ANA SƏHİFƏ / YAZARLAR

İctimai nəzarət

Ədil Ədilzadə

55561    |   2017-12-22 12:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir köhnə sovet maşınım var. 3 gün mən onu, 3 gün o məni "minir”. Yerdə qalan 1 günü isə razılaşırıq... Dostlar israr edir ki, sat, dəyiş, ancaq nəsə bu təkliflərlə razılaşmıram. Onu da deyim ki, Bakıda gəzmədiyim usta yanı qalmayıb. Hətta Bakı-Sumqayıt yolunda mənim üzümdən dəfələrlə tıxac yaranıb. Yəqin bu yazıdan sonra Bakı-Sumqayıt yolundan istifadə edənlər sosial şəbəkələrdən və digər vasitələrdən istifadə edərək mənim nə vaxt işdən çıxacağımı öyrənib planlarını ona görə qurmalı olacaqlar. Əl qərəz sözüm maşında, tıxacda və mənim üzümdən yolda artıq benzin yandıran vətəndaşlarımızın keçirdikləri hisslərdə deyil...

Bu gün ictimai nəzarət deyilən bir mexanizm haqqında hamı ağız dolusu danışır. Hətta Milli Məclisdə, İctimai sektorda, eləcə də KİV-lərdə də bu məsələyə tez-tez toxunulur. Araşdırmalar isə göstərir ki, vallah, bu mexanizm bizdə olsa da heç cürə işləmir. İşləsə belə mənim maşınım kimi, 3 gün işləyir, 3 gün yox.

Bu günlərdə maşına lazım olan avadanlığı almaq üçün üz tutdum bazara. Bazarda deyilən qiymət münasib olsa da nədənsə müsəlmanlığım tutdu. Dedim, bəlkə rayonlarda ucuz olar, yolum düşəndə baxaram. Bir müddətdən sonra yolum Şirvan şəhərinə düşdü. Orda həmin avadanlıq 2 dəfə baha qiymətə təklif olunsa da, məcbur olub aldım. Yoxsa geri qayıdanda yolda qalacaqdım. Düzdür, qiymətə görə satıcı ilə çox çənə-boğaz oldum. Ancaq farslar demiş, çifayda?! Satıcı iddia edir ki, vergi, digər instansiyalar yoxlamaya gəlir. Onu yola sal, bunu qarşıla – xərclərimiz çox çıxır. Ona görə də, məhsulun qiyməti budur. Sonda isə "alırsan al, almırsan alma” məşhur ifadəsi. Satıcının bu sözlərinə qarşılıq bircə onu deyə bildim ki, ilahi ictimai nəzarət. Nədir bu nəzarət? Çoxları elə bilir ki, ictimai nəzarət deyəndə hökmən burda dövlətin bir barmağı olmalıdır. Yox qardaşım. İctimai nəzarət sənin öz daxilində olan nəzarətdir. Yəni sən fərd olaraq bu kimi yerli işbazların hərəkətlərinə göz yummamalısan. Bu sahə üzrə fəaliyyət göstərən aidiyyatı qurumlar var. Onların qaynar xəttləri fəaliyyət göstərir. Ora müraciət edə bilərsən. Eyni zamanda sosial şəbəkələr var ki, vallah, KİV-ləri üstələyib. Orda yayılan məlumat ildırım sürəti ilə ünvana çatır. Maşallah bütün qurumların nümayəndələri də bu sosial şəbəkələrdən istifadə edirlər. Bir kəlmə status yazmaq bəs edər ki. problem ictimailəşsin. İndi sual oluna bilər ki, bəs sən hansı addımlar atdın? Mən artıq bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etmişəm. Cavab gözləyirəm.

Yeri gəlmişkən, bəlkə elə satıcı da haqlıymış, bəlkə həqiqətən əlavə xərcləri çox çıxır. Onda bu ictimai nəzarət elə onun özünə də lazımdır.

Bu arada bir müddət öncə nazirliklərdə Apelyasiya Şuraları yaranmışdı. Aradan keçən müdət ərzində bu şuraların heç bir fəaliyyəti gözə dəymir. Nə qədər şikayət var, bu şikayyətlərdən nə qədəri araşdırılıb və nəticə nədir? Güman olunur ki, sözügedən şuralara müraciət edənlərin sayı azdır. Çünki, bəziləri hələ də ora necə müraciət etməyi belə bilmir. Və ya müraciət etsələr belə nəticələrini görmür...





İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK