QALXIN, OTURAQ!

FAİQ QİSMƏTOĞLU
201364 | 2017-11-22 13:35

Yəqin bu sözləriçoxlarınız eşitmisiniz və biz biz də Amerika kəşf etmək istəmirik. Sadəcə olaraqbu mövzunu gündəmə gətirməklə bəzi qaranlıqmətləblərin üstünə işıq salmaq istəyirik. İşıq salmaq istəyirik ki, bir çoxları ictimai nəqliyyatda – metroda, avtobusdagedərəkən belə anlarla tez-tez üzləşirlər. Və tez-tez üzləşən adamlar bəzən əsəbləşir,bəzən dilxor olur və bəzən də ona yer verməyən adamı qınayır. Hətta yer vermədiyinəgörə, bir neçə gənci təhqir edən yaşlı nəslin nümayəndəsini də görmüşük.

Təbii ki, bu məsələlərəheç də çoxları birmənalı yanaşmaq istəmir. Ən azından ona görə ki, yer istəyən dəvar və yer verməyən də. Yer verməyənlə, yer istəyənin aydındır ki, fikiləri bir-biriilə toqquşur. Avtobus və metrodan bu sətilərin müəllifi də tez-tez istifadə edir. Yəni biz də metroya, avtobusaminərkən bu cür münaqişəli və müqayisəli anların şahidi oluruq. Şahidi oluruq ki,yaşlı bir ağsaqqala, xəstəyə gənc oğlan və ya qız yer vermir. Yaxud da avtobusaminən hamilə qadına, əliuşaqlı xanıma kimsə yer göstərmək fikrindən uzaq olur. Eləməhz münaqişə və mübahisələr də bu zaman baş qaldırır.

Əlində zənbil birqadın metro qatarına daxil olur və qatarda da oturmağa yer yoxdur. O göz gəzdirirki, görəsən kim qalxıb ona yer verəcək vəo da əyləşəcək. Gözləyir, gözləyir, görür ki, kimsə ona yer vermir. Gözü cavan birqıza sataşır və gənc qız da əlindəki mobil telefonda hansısa maraqlı oyunu izləyir.Qadın bir də diqqətlə baxır. Axırda əsəbi tab gətirmir və dillənir:

- Ay qızım, ayaqlarımxəstədir, əlimdə də yüküm var, nəvəm yaşdasan, qalx oturum!..

Qız isə başını qaldırmadancavab verir:

- Rəhmətliyin qızı,elə bilirsən mən gəncəm deyə problemim yoxdu? Səhərə qədər ayağımın ağrısından yatabilmirəm. Həkim də deyir ki, revmatizmsən. İndi həkim mənə bir resept yazıb, o darespstdəki dərmanları da almağa gücüm çatmır. Heyim yoxdur ki, ayağa qalxım. Burdanda dərsə gedirəm. Məni bağışla!

… Orta yaşlı birkişi ayağa qalxır və həmin qadına yer verir.Əlizənbilli qadın gəlib əyləşir onun yerində, heç o kişiyə «çox sağ ol» da demir.Elə bil dədəsinə kişinin borcu varmış…

Əliuşaqlı bir qadınsanövbəti stansiyada qatara daxil olur. Bir boş yer tapıb əyləşir və yanında əyləşmişorta yaşlı kişiyə tərs-tərs baxır. Kişi dəəlində qəzet nəsə oxuyur. Kişi görür ki, qadın ona tərs-tərs baxır, eynəyini çıxarıbqadından soruşur:

- Ay bacı, nə günaheləmişəm ki, mənə tərs-tərs baxırsan?

Qadın hövsələdənçıxır:

- Görmürsən, uşaqayaq üstdə qalıb. Qalx ayağa, uşaq otursun!..

Kişi isə bu haqsızlığadözə bilmir.

- Ay xanım, uşağıalın qucağınıza, qoyun otursun. İndi mən bu yaşımda sənin rahatlığın üçün ayağaqalxmalıyam? Özümündə ürəyim xəstədir. Açıq əməliyat elətdirmişəm. Gərək hər şeyidanışaq, ondan sonra sakitləşəsiniz?!

Bu sözləri eşidəndənsonra qadın səhvini anlayır və uşağı qucağında əyləşdirir.

Növbəti stansiyada isə başqa bir orta yaşlı qadın qatara daxil olur.O da gəlib kəsdirir bir cavan oğlanın başının üstünü ki, qalxsın qadına yer versin.Hansı ki, bir qədər qabaqda boş yer var. Cavan oğlan bunu hiss edir və qadına deyir:

- Ay xala, başımınüstünü Ərəbzəngi kimi niyə kəsdirmisiniz?!Gözləyirsiniz sizə yer verim? Odey, orda boş yer var, zəhmət çəkin keçin əyləşin!

Qadın həmin yerigörmürmüş kimi onun dediklərinə əhəmiyyət vermədən gedib boş yerdə əyləşir, dodağınınaltında nə isə donquldanır. Gənc isə ona əhəmiyyət vermir.

Bir çoxları metroya,avtobusa minəndə düşünür ki, elə ona hamı yer verməlidir. Güya kiminsə həmin adamaborcu varmış, xüsusən də orta yaşlı və yaşlı adamlar bu düşüncə ilə insanlara yanaşırlar.Cavan bir oğlan onunla mübahisə edən yaşlı bir kişiyə yer verərkən dedi ki, ay əmi,biz insanlara yaşına görə yox, əməlinə görə hörmət eləyirik. O gün bir yaşlı kişiavtobusda mənə dişinin dibindən çıxanı dedi. Mən də baxdım ki, atam yaşda adamdı,baş qoşmadım. Görün o kişi mənə nə deyir:

- Deyir ay eşşək,qalx, oturum! Mən də ona əhəmiyyət vermədim. Bircə onu dedim ki, oğlunuz yaşdayam.Ayıb deyil, mənimlə belə danışırsınız?

Kişi yenidən mənitəhqir etməyə başladı. Amma yenə əhəmiyyət vermədim. Ona görə də yaşlı adamlaraağ saçına görə yox, əməlinə görə hörmət eləmək lazımdır. Və hər saçı ağarana daağsaqqal, ağbirçək demək olmaz…

Ümumiyyətlə, istərmetroda, istərsə də avtobuslarda bu cür anlarla tez-tez rastlaşmaq mümkünlür. Xüsusən də hər hansı gəncbaşqasına yer verməyəndə yaşlı nəslin nümayəndələri onu qınayır, hətta deyirlərki, əşi, indiki cavanların lap zibili çıxıb: nə qanacaqları var, nə də mərifətləri!

Çox təəssüf! Bütüncavanları, gəncləri mədəniyyətsiz və mərifətsiz adlandırmaq böyük bir qəbahətdir.Elə gənclər var ki, insanlara, xüsusən də yaşlılara böyük məhəbbətlə, sevgiylə yanaşırlar.Dəfələrlə bir şeyin şahidi olmuşuq ki, o savadlı, tərbiyəli, ziyalı gənclər yaşlılaraöz valideynləri qədər hörmət göstəriblər. Bəs bunlara sözünüz nədir?! Ona görə dəyaşlı nəsil gənclərlə münasibətdə çox diqqətli olmalıdılar. Yəni bir yer verməməyəgörə onları alçaldıb təhqir etməməlisən. Çünki o gənclərin də arasında əsəbi, son dərəcə çətin tərbiyə olunan və həran əlindən xəta çıxan cavanlar da var. Bir-iki il bundan əvvəl metronun Səbael stansiyasınıniçərisindəki oturacaqda əyləşmiş gənci yaşlı adam təhqir edərək deyir ki:

- Ay alçaq, qalxayağa, mən əyləşim!

… O uşaq da çox əsəbiymiş.Bıçağı çıxarıb və yaşlı adamın ürəyinə sancıb. Bəlkə də o yaşlı adam ağlına beləgətirməzdi ki, uşaq bu cür cinayətə əl atar. Amma yeniyetmələr və gənclərlə ünsiyyətdəyaşlı nəslin nümunəyndələri bu məqamları yaddan çıxarmalı deyillər. Çünki hər adamınöz yanaşma tərzi, dili, ünsiyyət forması var. Ona elə xoş soz deyərsən ki, o cavanəsəbi olsa da ayağa qalxar və sənə yer verər. Tay təhqir eləməklə, onun mənliyinialçaltmaqla kimdənsə yer istəmək heç özü mədəniyyətə sığan iş deyil.

İndiki gənclər30-40 il bundan əvvəllərin gəncliyi deyil. Çünki indiki gənclər o qədər çətin anlar,sıxıntılı məqamlar və məşəqqətli anlar yaşayıblar ki. Bizim dövrümüzün gəncliyi çox rahat və firavan keçib.Amma bu cavanların yaşadığı ömür narahat olduğuna görə, onlara da çox əsəbi və lorudildə demiş olsaq, «çırt-qoz» olurlar. Belələrinə də bir söz deyəndə o dəqiqə əşib-coşurvə yaşlı nəsillə kobud rəftar edirlər. Bizim hamımızın evində gənc nəslin nümayəndəsivar. Elə çox vaxt onun şahidi oluruq ki,bu uşaqların çoxu evdəkilərlə mübahisə edir, dava salır və bəzən də heç kimə demədənqaçırlar. Deməli, indiki gəncliyin kifayət qədər psixologi problemləri mövcuddur.

Hər halda, yaşlınəsil həm özünə, həm də gəncliyə hörmətlə yanaşmalıdır. Bir-iki diqqətsiz, əhlikefuşağa görə, bütün gəncliyi tərbiyəsiz adlandırmaq bir o qədər də ədalətli deyil.Ən azından ona görə ki, o tərbiyəsiz uşaqların tərbiyəsi üçün biz yaşlı nəslin nümayəndələricavabdehdilər.

Metroya, avtobusaminərkən yaşlı nəslin nümayəndələri bir az səbrli olmalı, bir az təmkinli olmalı,bir az da o «cırt-qoz» uşaqları başa düşməlidilər.Bir də ki, ay rəhmətliyin uşaqları, yer üstündə dava salmağa da ehtiyac yoxdu. Əgərkimsə sənə yer verəcəksə, o ayağa qalxacaq və sənə hörmətlə yanaşacaq. Yoxsa, kiməsə «qalx, oturum!» deməklə kimsə sənə yer verməyəcəkvə yersə də kini-kinli baxacaq və ürəyində səni qınayacaq…


TƏQVİM / ARXİV