ANA SƏHİFƏ / YAZARLAR

DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏRİ

Faiq QİSMƏTOĞLU

18878    |   2017-10-25 13:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada çox gözəl şəhərlər, məkanlar var. Və bu gözəl şəhərlərin hər birinin öz yeri, öz görünüşü diqqəti cəlb eləyir. Ən azından ona görə ki, gözəl şəhərlər milli memarlıq üslubuyla, tikililərin orijinallığı, park və xiyabanların gözəlliyiylə insanları özünə daha çox çəkir…

Mən çox gözəl şəhərlər görmüşəm: İstanbul tarixi abidələriylə seçilir, Moskva öz möhtəşəmliyiylə insanların diqqətini özünə çəkir. Qədim Kiyev isə öz abidələri, şəhərin yaşıllığıyla adamı heyran qoyur. Mən bu şəhərlərin arasında bir şəhəri də oxucuların diqqətinə çatdırmaq istəyirəm: Horadiz şəhərini! O şəhəri ki, son 10 ildə cənab Prezident İlham Əliyevin böyük qayğısı və köməyi nəticəsində çox möhtəşəm inşa ediblər. O gözəlliyi ki, 1993-cu ilin avqustun 23-də ermənilər Füzuli rayonunu işğal edərkən orda daşı daş üstə qoymayıblar. Horadizin yaşayış binalarını, eləcə də dövlət və sosial obyektlərinin hamısını yandırıblar. Həmin anları mən öz gözlərimlə görmüşəm. Və yanmış qəsəbəni görəndə dizimi yerə qoyub hönkür-hönkür ağlamışam. Çünki o yanan evlərin arasında mənim özümün evim olmasa da, doğmalarımın, əzizlərimin dişi və dırmağıyla, əzab-əziyyətlə və alın təriylə tikdikləri evlər də vardı. Tək o evlər yanmamışdı. Orda insanların uzun illər qalan xatirələri, gözəl anları və bir də keçmişləri külə dönmüşdü. Bu anları görəndə düşünürdüm ki, Allah, görəsən Horadizi bərpa etmək və yenidən tikmək mümkün olacaqmı? Amma Allah bizi çox istədiyindən və sevgisindən bu şəhər zaman-zaman yenidən inşa edilməyə başladı.


Belə ki, ölkə Prezidenti Ulu Öndər Heydər Əliyevin qayğısıyla Horadizdə bütün məsələlər ön plana çəkildi. Yəni Füzulinin 1994-cü ilin yanvarında işğaldan azad olunmuş 22 kəndi ilə yanaşı, Horadiz də əsaslı surətdə yenidən tikilib bərpa edildi. Prezident İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Horadizə şəhər statusu verildi. Və bu müddətdə şəhərin bütün küçələri, prospektləri, yolları əsaslı surətdə yenidən inşa edildi. Bir-birindən gözəl, bir-birindən yaraşıqlı yaşayış binaları, sosial obyektlər tikilərək əhalinin istifadəsinə verildi.

İnanın, o şəhərə əvvəllər yolu düşən adamlar bu gün gəlsələr, bu gözəlliklərin qarşısında bəlkə də heyrət onları bürüyər. Heyrət onları bürüyər ki, qısa zamanda yerlə yeksan olub külə döndərilən şəhər necə müasir üslubda tikilib. Burda çox böyük əzəmətli Heydər Əliyev parkı salınıb. Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Dram Teatrı, Tarix - Diyarşünaslıq muzeyi, bir sözlə, bir-birindən gözəl və yaraşıqlı milli-memarlıq üslubunda inşa edilən tarixi abidələr… Ona görə tarixi abidələr deyirik ki, hər bir tikilən yeni bir mədəniyyət ocağı həm də tarixi abidədi. Onlar hamısı memarlıq baxımından XXI əsrin görkəmli abidəsi sayıla bilər.


Horadizin bir-birindən gözəl yerləri, məkanları çoxdur. Adam həmin şəhərə gedəndə özünü sanki cənnətdə hiss eləyir. Sovet dövründə bu şəhərdə yayın istisində işləmək, yaşamaq çox çətin idi. Ona görə yox ki, şəhərdə insanlar çox işlər görürdülər. Ona görə ki, Sovet dövründə indiki kimi Horadizdə çoxlu sayda şam, çinar və digər ağaclar əkilməmişdi. Elə şəhərə də sərinliyi gətirən 7 il bundan əvvəl əkilmiş müxtəlif ağaclardı. Bir vaxtlar istidə burda tab gətirməyənlər indi isti yay günlərində şəhərdəki Heydər parkında istirahət etməyə gəlirlər. Ona görə ki, isti günlərdə bu parkda dincəlməyin və istirahət etməyin özgə ləzzəti var.

Hələ biz dağın döşündə salınmış möhtəşəm Bayraq meydanını demirik. Bu Bayraq meydanı bir vaxtlar diqqəti bir o qədər də cəlb eləmirdi. İndi bu Bayraq meydanında dağın döşündə böyük bir park salınıb və minlərlə şam ağacları əkilib. Və o ağacları da bu illər ərzində elə bəsləyiblər ki, onlar hamısı böyüyüb və ətrafa sərinlik gətirməklə yanaşı, bir gözəllik də bəxş edib.

Prezident İlham Əliyev son 10 ildə Füzuliyə 6 dəfə səfər edib. Rayonun və Horadiz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı çoxlu Fərman və Sərəncamlar imzalayıb. Eyni zamanda Horadiz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da diqqət və qayğısını hiss edib. Belə ki, Mehriban xanımın köməkliyi ilə Füzuli rayonunda 5 böyük layihə həyata keçirilib. Onun 4-ü Horadizin payına düşüb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Horadiz şəhərində 240 yerlik məktəb, 100 yerlik uşaq bağçası, Tarix-Diyarşünaslıq muzeyi və Rəsm Qalareyası tikilib istifadəyə verilib.


Horadizə şəhər statusu verilməsinin 10 illiyi ilə bağlı böyük mərasim keçirilib. Bu mərasimdə Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev, Prezident Adminstrasiyasının ərazi təşkilatçılığı məsələləri şöbəsinin məsul əməkdaşı Əflatun Rufuyev, Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili seçilmiş Bahar Muradova , deputat Elman Nəsirov, Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov, Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri – general-mayor Rasim Əliyev və general-mayor Mais Bərxudarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, «N» saylı hərbi hissənin əsgər və zabitləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış edərək Horadizin tarixi ilə bağlı danışmış və bildirmişdi ki, Prezident İlham Əliyevin 10 il bundan qabaq imzaladığı sərəncamla Horadizə şəhər statusu verilib. Alı Alıyev onu da qeyd etmişdir ki, Füzuli rayonunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə mərhum dövlət başçısı Heydər Əliyevin rəhbərliyi altında 22 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunmuşdur. Qısa zaman kəsiyində Horadiz qəsəbəsi və işğaldan azad olunmuş digər yaşayış məntəqələrinin bərpa olunmasına başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında Horadizdə təhsil, səhiyyə, mədəniyyət və digər infrastruktur obyektləri, həmçinin işğal dövrü yandırılmış, dağıdılmış evlər və küçələr bərpa olunub. Füzuli sakinləri öz doğma evlərinə qayıdıblar.

Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, Müdafiə Nazirliyinin rəsmiləri çıxış ediblər. Horadizin şəhər statusu almasının 10 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə silahlı qüvvələrin mahnı və rəqs ansambılının Müdafiə Nazirliyinin xüsusi orkestr müşayəti ilə konsert proqramı təşkil edilib. Bir sözlə, Horadiz özünün ən gözəl, ən yaddaqalan və tarixə çevrilən günlərindən birini yaşayıb.

Yazımızın əvvəlində belə bir fikir iştəlmişdik: Dünyanın Ən Gözəl Şəhəri. Bəli, bu fikrimizin də üstündə dururuq və deyirik ki, Dünyanın Ən Gözəl Şəhəri Horadizdi və Dünyanın Ən Gözəl Şəhərinə kimin yolu düşsə, bunun şahidi ola bilər. Ən azından ona görə ki, Horadizə gələn adamlar onun həm gözəl gündüzünü, həm də gözəl gecəsini görəcəklər. Gündüzü gecəsindən, gecəsi gündüzündən gözəl şəhərə baxmaqla adam doymur. Xüsusən də şəhərin başının üstündə yerləşən Bayraq meydanındakı rəngarəng işıqlar gecələr bu şəhəri sanki Parisə, İstanbula və Londona bənzədir…

İnanmırsınız, gəlin baxın! Görün, düz deyirik, yoxsa düz demrik! Bakıdan Horadizə cəmi-cümlətanı 320 km məsafədir. Bu da orta sürətlə avtomobilə gedərsənsə, 4 saat, 4 saat yarıma çatmağa imkan verir. Deməli, Dünyanın Ən Gözəl Şəhərini ürəyi isətəyən adam görən bilər. Əgər Horadizə getsəniz və Bayraq meydanına qalxsanız, o yüksəklikdən siz Laçının, Qubadlının, Zəngilanın, Cəbrayılın, Şuşanın havasını hiss eləyəcəksiniz!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK