TRANSPLANTASIYA

NİCAT NOVRUZOĞLU
58638 | 2017-10-06 15:54

Yaradanınbizə bəxş etdiyi orqanların dəyişdirilməsidi bu. Bir azda aydınlıq gətirsək vəelmi yanaşsaq toxuma və orqanların bir orqanizmdən başqasına, yaxud orqanizminözündə bir nahiyədən başqa nahiyəyə köçürülməsidi.

Yaxşıbir şeydir. Hansı orqanın xarab oldusa bir az babatını tapıb transplantasiyaedirsən, işlər düzəlir. Olursanqoz kimi. Bəzən də elə olur ki, heç orqanın ağrımasa da onu transplantasiyaedirsən. Ağrımıyan orqanını transplantasiya edənlər adətən ya kişilikdən bezibözlərini qadın edənlərdir, ya da ki, qadınlıqdan bezib kişi olmaq istəyənlər. Bu gün həm xəstəlikdən, həm də kefindəntransplantasiya etdirənlər kifayət qədərdi. Və yəqin ki, nə vaxtsa Milli oftalmologiya, onkologiyamərkəzlərimiz olduğu kimi Milli Transplantasiya Mərkəzimizdə olacaq. Bumütləqdi. Çünki burda həm sağlamlıq, həm də azadlıq olacaq. Kişilikdən bezibqadın olmaq istəyənlərin və qadılıqdan bezib kişi olmaq istəyənlərin azadlığı. Ənəsası bu azadlıq mərkəzini Avropa da yüksək qiymətləndirəcək. Məncə biz beləbir mərkəzi açmaqda çox gecikirik. Tələsmək lazımdı.

Mən özdünyamda Milli Transplantasiya Mərkəzimizi açmışam. Hələ ora getmişəm də,üstəlik transplantasiya da elətdirmişəm. Amma bu transplantasiyamənə çox baha başa gəlib.

Bir gün eləmədimtənbəllik, dedim gedim görüm burda nəyi dəyişirlər. Getdim gördüm ki, boş-boşşeylərlə məşğuldurlar. Böyrək dəyişirlər, ciyər dəyişirlər və s.

Soruşdum:"Vicdanı dəyişirsiz?”

AdınınMübadil olduğunu söyləyən həkim eynəyini uzun burnunun üstündən azacıq aşağıdüşürdüb gülümsədi: "Yox. Vicdanını niyə dəyişirsən ki?”

- Məndəyişmirəm. Mənimki hələ ki, normal işləyir. Dedim görüm, dəyişirsinizsə, vicdanıxarab olmuş məmurlar var, bəlkə bir kampaniya keçirib onların vicdanınıdəyişək. Savabdı, camaatımız üçün.

Həkim ciddiləşsədə nə cavab verəcəyini bilmədiyi üçün fikrə getdi. Handan-hana özünü ələ aldıvə suyu üfürə-üfürə içən adamlar həngi dilləndi: -Vicdan dəyişilmir.

Nə qədəracı olsa da həzm elədim bu cavabı.

-Bəs insafı necə, dəyişmək olur?

-Yox. Onu da dəyişmək olmur.

-Niyə?

-Çünki gözlə görünməyən bir zadı necə dəyişmək olar ki?Götürək ağılı. Beyini nə qədər də parçalasan onun içində olan ağılı tapmaqmümkün deyil. Çünki ağıl gözə görünmür, UZİ-yə düşmür.

-Deməli, ağılsızlara da ağıl köçürdə bilmərik?

-Mümkün deyil.

-Bəs neynəyək bu vicdansız, insafsız məmurları?

-Gəl onlara toxunmayaq. Heç bilmək olmaz ki, onlarayeni vicdan yerləşdirsək bədənləri onu qəbul edər, ya yox.

-Qəbul etmiyə də bilər?

-Əlbəttə. İstəyirsən sənə bir başqa adamın orqanınıyerləşdirim gör yaşaya bilərsən?

-Yaşaya bilməyəcəmsə niyə dəyişək ki?

-Yox, məni düz başa düşmədin. Yaşayacaqsan, sadəcə, görbaşqasının orqanı ilə necə yaşayırlar. Sözün məcazi mənasında yaşayabiləcəksinmi?

Maraqbürüdü məni. Doğurdan da, başqasının orqanı mənim bədənimdə özünə necə yer tapabilər? Həkim gözlərini gözümdən çəkmirdi. Cavab gözləyirdi. Ehtiyatla soruşdum:

-Hansıorqanımı dəyişəcəksiz?

Bu sual həmdə razılıq cavabım idi. Tezcənə sualımı cavablandırdı: "Qoy, bu sənin üçün sirrqalsın. Yaşayarsan, xoşun gəlməz sonar öz orqanını qoyaram yerinə.

Razılaşdıq.Jurnalist üçün bundan gözəl araşdırma ola bilməzdi.

Hər şey çoxqısa vaxtda baş verdi. Anestezioloq yaxınlaşdı və mən bir də gözümü açandaartıq hər şey hazır idi.

Ürəyimidəyişmişdilər. Məmur övladının ürəyini qoymuşdular ürəyimin yerinə. Bunu mənədeyəndə çox sevindim. Bundan sağlam ürək hardan tapa bilərdim ki? Saat kimivururdu.

Mübadilişini başa vurmuşdu. Mübadiləsi bitmişdi. Ürəyimi xüsusi qabda –kantenerdəetibarlı yerə qoymuşdular. Dedilər get,yaşaya bilsən sənin ürəyini də verərik başqabirinə, bilməsən gələrsən ürəyini qoyarıq öz yerinə.

İlk günlərhər şey yaxşı idi. Döyüntülər, təzyiq hər biri əlak səviyyədə. Lakin zamankeçdikcə...

Əvvəlcədöyüntülər artdı. Ambulator həkim bildirdi ki, bu aclığın nəticəsidir. Gərəközünə baxasan. Yoxsa ürəyin getdikcə döyünmə sürətini artıracaq.

Biz nəyeyirik ki, səhər bir az yağ-pendir, günorta kolbasa çörək, ya da dönər,axşamda qarnımızı yüngül midilənmə ilə aldadırıq. Beləcə günü və mədəni yolaveririk. Qələm əhlinin yeməyi budu. Ayda bir-iki babat məclis olardı ki, o daqalıb keçmiş zamanlarda. İndi nə tapırıqsa ona da min şükür.

Başladımbir az yeməyimə fikir verməyə. Yağla pendirin böyrünə yumurta da qoydum,günortalar arada qazan yeməkləri də yedim, axşamlar da bir az çox midiləndim.Xeyiri olmadı.

Düşündümki, əgər bu ürək Milli Transplantasiya Mərkəzindən çıxıbsa yapışım başqa "millilərimizdən”,bəlkə köməyi ola. İlk öncə üz tutdum Milli Parka. Yeri ki, yeriyəsən. Dənizəbax ki, baxasan. Milli Parkda nə qədər milli havamızı və iyimizi uddumsa daxeyri olmadı.

Üz tutdumMilli Muğam Mərkəzinə. Zal dolu, gözəl musiqi insanı aparır bir sakit dünyaya.O dünyanın rəngarəngliyinə bu dəfə həsrət qaldım. Ürəyim az qaldı çıxsınyerindən. Bildim ki, yox, bu ürəyinmuğuamla heç arası yox imiş.

Bəlkə,Milli Konservatoriyamız kömək edə. Mümkün olmadı. Döyüntülər artırdı.

GəldimMilli Dram Teatrımıza. Ürək burda teatr durquzdu ki, gəl görəsən.

Milli Kitabxanamızda köməyimə çatmadı. Daha doğrusu ürəyimi sakitləşdirə bilmədi.

Yəqindöyüşmək üşün çırpınır bu məmur balasının ürəyi. Özümü verdim Milli Orduya. Azqalməşdı ürəyim güllələsin məni.

Artıq budöyünütü səsi qulağımın içini də dağıdırdı. Başımı da ürəyimi də götürüb iri-iriaddımlayırdım. Bilmirdim hara gedirəm. Bu gedişlə bir xeyli yol getdim. Vəbirdən hiss etdim ki, ürəyimin döyüntüsü bir az azaldı. Başımı qaldırıb gördümki, şəhərimizin bahalı butiklərindən birinin qarşısındayam. Dəbdəbəli və zadəgangörünüşlü obyekt idi. Başqa vaxt olsaydı içəri girməyə ürək eləməzdim. Bu dəfəisə hansısa bir ilahi qüvvə mənə elə bir sərbəstlik verdi ki, buraya rahatca içəridaxil oldum.

Ürəyim bir azsakitləşmişdi. Pərt olmamaq üçün asılmış paltarlara baxırdım. Çox yaraşıqlı birpencək gözümü tutdu. Götürüb keçirdim əynimə. Yaraşırdı. Ən əsası isə o idi ki,ürəyim artıq saat kimi işləyirdi. Sevindim. Ürəyimin dərdi bu imiş. Həzm edəbilmirmiş əynimdəki köhnə paltarları. Necə həssas ürək imiş. Qərar verdim ki,alım bu pencəyi. Qiymətini 3 dəfə soruşdum. Çünki hətta üçüncüdə də qulaqlarımainanmadım. 5000 manat.

Çıxdımdükandan. Başladım yoluma davam etməyə. Ürək yenə yerindən çıxırdı. İndianladım ki, mənim orqanlarımla, mənim yaşayışımla, mənim qidamla yaşaya bilmir bu ürək.

Hirs və fikir məniboğurdu. Qalmışdım bir ürəyin əlində. Bir məmur balasının ürəyinin əlində.

Yalnız içki mənisakitləşdirə bilərdi. İçməli idim. Beynimdəki fikirləri, içimdəki hirsi atmaqüçün içməli idim.

Qarşıma çıxan ilkkafeyə atdım özümü. 200 qramı birbaşa içdim. Ürəyim döyünürdü. Artıq mən onu anlayırdım.O 200 qramı 2 manata araq görmüşdü?Bilmirdim ürəyi qınayım, ya özümü? Amma qınamaq artıq gec idi. Bir 200 qram daatıb çıxdım bayıra. Gözüm maşınımı axtarırdı. Maşın sürmək istəyirdim. Özü dəsürətli.

Tapdım maşınımı. Sür ki,sürəsən. Hələ maşınımda belə ürəkli oturduğum, onu belə ürəkli sürdüyümolmamışdı. Və birdən hiss elədim ki, artıq camaatın üstünə sürürəm. Tapdalamaqistəyirəm onları. Əzib keçmək istəyirəm onları. Ürəyim istəyirdi bunu. Vargücümü topalayıb saxladım maşını. Düşüb qapıdan üz tutdum qaçmağa. Dayanmadan,fikirləşmədən qaçırdım...

Artıq Mübadil həkiminotağında idim. O qədər qaçmışdım ki, ürəyim ağzımdan çıxırdı. Elə özüm də onakömək olurdum ki, çıxsın ağzımdan. Yalvara- yalvara:

- Qaytar mənim ürəyimi. O jurnalist ürəyimi. Ozülümlərə dözmüş, o xislətlər çəkmiş, o ac qalıb səsini çıxartmayan, okasıbçılıq çəkən, ona dözən, fəryad etməyən ürəyimi. Məni yaşadan ürəyimi.

Mübadil yenə eynəyiniburnun üstündə sürüşdürüb azacıq təbəssümlə dedi:

-Nooldu, nə tez gəldin? Eləbilirsən dəyişdirdin, vsyo? İndi başa düçdünmü ki, kiməsə vicdan yerləşdirməkləonu vicdanlı etmək olmur. Gərək bütün vücudda o vicdana ehtiyac yarana ki, birşey alına. Get bala, get gir cərrahiyə otağına. Götür öz ürəyini də çıx getburdan. Otur bufetdə peraşkini ye.


TƏQVİM / ARXİV