ANA SƏHİFƏ / YAZARLAR

SAĞLIĞINDA QİYMƏT VERİN...

79063    |   2013-03-14 00:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sözü diri olan şair

Yol boyu bir misra ürəyimdə dolaşmaqda idi. Elə bil o misranı əzbərləmək istəyirdim... elə bil kimsə o misranı mənə diktə edirdi... və elə bil kimsə o misranın gücünü, hökmünü, gerçəkliyini və bir də səmimiyyətini açıb ortaya qoyurdu. Mən də bütün bunların içərisində "Azərbaycan" nəşriyyatından Fəxri Xiyabana doğru gedirdim. Bu da səbəbsiz deyildi. Bu gün Fəxri Xiyabanda ruhların bir araya gəldiyi, bir şeir şölənin toplaşdığı gün idi. Bu gün baharda doğulan şairlərdən birinin, xalq şairi Cabir Novruzun söz mülkünə qədəm qoyduğu doğum tarixi idi...

Adətən yazı stolumun üstündəki təqvimi hər ayın ilk günündə gözdən keçirirəm. Ona görə də tələbə dostum Müşfiq Cabiroğlu mənə telefon açıb hal-xoş edəndə bir az ərklə onun sözünü kəsib dedim:

- Müşfiq, bilirəm, martın 12-si Cabir müəllimin doğum günüdür, 80 yaşı tamam olur. Harda qeyd edəcəyik?

Sualımın cavabında Müşfiq də bildirdi ki, tədbir bir qədər gecikir. Çünki AYB-nin sədri, xalq yazıçısı Anar müəllim ölkədə olmadığından tapşırıq verib ki, özüm qayıdandan sonra AYB-də Cabir müəllimin 80 illiyini yüksək səviyyədə keçirəcəyik. Amma biz martın 13-də Fəxri Xiyabana toplaşacağıq. Saat 2-də vaxtın olsa, sən də gəl...

Təbii ki, söz adamı, özü də Cabir Novruz kimi sevilən bir şairi ziyarət etmək, onun anım törəninə qatılmaq və dəvətlilər arasında olmaq mənim üçün çox böyük şərəf idi. Mən də bu şərəfli məqamı dəyərləndirməyə çalışdım, Fəxri Xiyabana getdim...

Könül dostum, qələmdaşım Qəşəm İsabəyli ilə Fəxri Xiyabana çatanda artıq burda xeyli insan toplaşmışdı, əksəriyyətini də tanıyırdım. Onların arasında müxtəlif peşə, sənət sahibləri də var idi. İfasını böyük məmnuniyyətlə dinlədiyim xalq artisləri Yalçın Rzazadə, Firuz Əliyev, Ağaxan Abdullayev... xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili, yazıçı-publisist Elmira Axundova, Azərbaycanın çox dəyərli ədəbiyyat, elm adamı professor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, professor Teymur Kərimli və Cabir Novruzu sevən tanınan, tanınmayan sadə adamlar...

Anım məclisini açan Vüqar Əhməd ilk olaraq xatırlatdı ki, mart bayramlar ayıdı. Amma bu ayın bəxtində həm də böyük şairlərimizin dünyaya gəlişi də özünü yaddaşlara hopdurub. Təsadüfi deyil ki, Azərbaycanın xalq şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Cabir Novruz məhz mart ayında doğulublar. Bu bahar novruz sevinclərimizə qatılan daha böyük sevinclərin bir qismidi. Bugünkü mərasimdədə məhz Cabir Novruzu sevənlər, onunla çiyin-çiyinə işləyənlər, onunla dost olanlar toplaşıblar. Həmin dostlardan biri də xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayevdir, sözü ona verirəm. Toplaşanlara üz tutan Çingiz Abdullayev özünəməxsus danışıq tərzi ilə Cabir Novruzu sevənlərin yaddaşını bir balaca təzələdi. Bizə elə gəldi ki, onun dedikləri hardasa birbaşa Cabir müəllimin özünə ünvanlanır. Çünki Çingiz Abdullayev o qədər səmimi danışdı ki, onun söylədiyi hər bir məqam, altını çızdığı hər bir işarə bəlağətdən, təmtəraqdan çox uzaq, amma son dərəcə doğma idi. Çingiz müəllim bildirdi ki, Cabir Novruz sözün böyük mənasında xalq şairi idi. Təsəvvür edin ki, ona xalq şairi adı veriləndə Yazıçılar İttifaqına minlərlə teleqramlar, məktublar, telefon zəngləri gəldi. Hamı Cabir müəllimi təbrik edir, hamı o adın ona verilməsini alqışlayır və onun buna layiq olduğunu ifadə edirdi. İnanın ki, Yazıçılar Birliyində işlədiyim bütün illər ərzində mən bu qədər təbrik, minnətdarlıq məktubu görməmişdim. Bizim bütün xalq yazıçılarımız, şairlərimiz bu ada həqiqətən layiqdilər. Ancaq Cabir müəllimə olan xüsusi sevgi tamam fərqli idi. Digər bir məqam...

Bir gün Cabir müəllim mənim kabinetimə gəlib əlindəki açarları stolumun üstünə qoydu. Təəccüblə üzünə baxıb soruşdum:

- Cabir müəllim, bu nə açarlardı?

Cabir müəllim də həmişəki səmimiyyəti ilə dedi:

- Çingiz müəllim, mənə verdiyiniz evin açarlarıdı. Qardaş, mənim də, övladlarımın da evi var. Götürün bu açarları kimin evi yoxdusa, ona verin.

Doğrusu, çaşıb qalmışdım. Ona dedim ki, sizə verilən ev şəhərin mərkəzində, Gömrük Komitəsinin yanında, çox görkəmli bir yerdədi. Bu evi sizə prezidentimiz bağışlayıb. Götürün, yaşamasanız da pulundan istifadə edərsiniz. O isə:

- Mən prezidentimizə də minnətdaram, mənə dəyər verən sizlərə də. Ancaq mən şairəm. Evim də var. Götürün açarı, kimin evi yoxdu, ona verin.

Bəli, Cabir Novruz belə bir şair idi, belə bir insan idi. Mən onun haqqında saatlarla danışa bilərəm. Ancaq burda iştirak edənlərin hamısının ürəyi dolu olduğundan bir sözlə fikrimi tamamlamaq istəyirəm. Cabir müəllim deyirdi ki, "sağlığında qiymət verin insanlara". Amma biz hamımız şahidik ki, o, sağlığında qiymətini alan şairlərdən biri oldu.

Yol boyu ürəyimdə təkrarladığım misranın burada yenidən dilə gətirilməsi mənim Cabir müəllimlə bağlı xatirələrimə işıq saldı. Ancaq söz yazıçı-publisist, millət vəkili Elmira Axundovaya verildiyindən mən Cabir müəllimlə birlikdə işləmiş xanım millət vəkilimizi sayqı və diqqətlə dinləməyə başladım. Onun dediklərindən bir daha öyrəndim ki, Cabir müəllim üçün dünyada ən gözəl, ən maraqlı hədiyyə kitab imiş.

Təsəvvür edin ki, - deyə Elmira xanım vurğuladı: "Müxtəlif nəşrlərin abunəsi başlayanda, xüsusilə dünya ədəbiyyatı ilə bağlı abunələr olanda Cabir müəllim uşaq kimi sevinirdi. Özünəməxsus təbəssümlə mənim adımı birinci yazın deyirdi. Bu adam o qədər səbirli idi ki, yanına gələn hər kəsi kimliyindən asılı olmadan axıra qədər dinləyirdi. Amma elə xoş münasibətlə yola salırdı ki, onun yanına böyük iddialarla, hay-küylə gələnlər başını aşağı salıb razı şəkildə çıxıb gedirdilər.

Şair, millət vəkili, ictimai xadim Sabir Rüstəmxanlı Cabir müəllimlə bağlı fikirlərini söyləyərkən öncə hər kəsi bu Novruz günləri münasibəti ilə təbrik etdi və bildirdi ki, ilk dəfə Cabir müəllim haqqında, daha doğrusu, onun kitabı barəsində "Bakı" qəzetinə məqalə yazmışdım. Doğrudur, o məqalə vaxtında işıq üzü görmədi, ancaq bir Cabir müəllimin hər təzə kitabını, hər təzə şeirini böyük maraqla oxuyurduq, müzakirə edirdik. Görürdük ki, Cabir müəllimin bütün yaradıcılığı xalqla, torpaqla bağlıdır, xalqın ürəyindən gəlir. Təsəvvür edin ki, 200-dən artıq mahnının sözlərinin müəllifi olan Cabir müəllimin hər bir nəğməsi bu gün də öz təravəti, öz orijinallığı, öz gözəlliyi ilə hər birimizin könlünü oxşayır. Bir də Cabir müəllim Fəxri Xiyabanda dəfn olunan böyük sənətkarlarımızdan biridir. Ona görə ki, bu xiyabanda onunla yanaşı, Azərbaycanın çox qüdrətli şəxsiyyətləri - xüsusilə Heydər Əliyevlə Əbülfəz Elçibəy də uyuyur. Mən Cabir müəllimlə birlikdə parlamentdə də təmsil olunmuşam, onunla yanaşı əyləşmişəm. Son dərəcə sadə insan olan Cabir müəllim həm də son dərəcə prinsipial idi. O, millətlə bağlı məsələdə heç vaxt güzəştə getmirdi. Bir də ki, şair kitabının sayı ilə deyil, sözünün qüdrəti ilə yaşayır. Bir məqamı xatırladım ki, ötən il Gəncədə Nizamini yad edərkən xaricdən gəlmiş bir şair Nizamiyə həsr etdiyi şeirini oxudu. Həmin şeirin mənası belə idi ki, siz, yəni Nizami ev sahibidi, bizlər isə onun qonağı. Əslində bu, çox böyük həqiqətdir. 800 yaşı olan Nizami bu gün də yaşayır. Elə Cabir Novruz da bu gün yaşayır, diridi. Biz, onun qonağıyıq. Cabir müəllim sözü diri olan şair idi! Onun doğum günü mübarək!

AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, professor Teymur Kərimli Cabir Novruz haqqında danışarkən öncə onun adının mənasını açıqladı və bildirdi ki, Cabir sözünün mənası Allahın dərgahına yaxın məkan deməkdir. Biz bu gün məhz belə bir şairin ad gününə toplaşmışıq. Mən onunla böyük Füzulinin qəbrini ziyarət edəndə keçirdiyi hissləri müşahidə etmişəm. Onda Cabir Novruzun gözlərindən tökülən xoşbəxtliyi yığıb-yığışdırmaq olmurdu. Bu insan son dərəcə sadə və son dərəcə də sözə, ədəbiyyata bağlı idi. Onun ürəyində kinə, küdurətə yer yox idi. Anım tədbirində hər kəsin yaxından tanıdığı professor Qəzənfər Paşayevə söz verildi. Qəzənfər müəllim özünəməxsus təmkinli çıxışı ilə mənə sanki xatirələri çözən, onu rəsm əsəri kimi sərgiləyən bir yaradıcı təsiri bağışladı. Məhz o təsir altında onun söylədiklərini yaddaşıma köçürdüm:

- Cabir Novruzla ilk dəfə 1958-ci ildə "Bakı" qəzetində görüşdüm. Moskvada təhsilini başa vurub gəlmişdi. Qəzetdə poeziya şöbəsinə rəhbərlik edirdi. Beləcə, başladı tanışlığımız, dostluğumuz. Ondakı təmkin, ondakı daxili enerji məni həmişə özünə çəkirdi. Onunla həmsöhbət olmaq, yoldaşlıq etmək adama könül rahatlığı gətirirdi. Bu gün də Cabir Novruz hər birimizə həmin o könül xoşluğunu bir daha bəxş edir. Çünki o, Azərbaycanın ən böyük, ən nəhəng iki qüdrətli şəxsiyyəti ilə bir xiyabanda uyuyur. Onlardan biri Səməd Vurğun, digəri isə Üzeyir Hacıbəyovdur. Burdakılar yəqin ki, bilirlər. Səməd Vurğunun Üzeyir bəyin məzarı başında oxuduğu bir şeir var. O şeirin bir bəndi belədir:

Ölüm sevinməsin qoy,

Ömürün vermir bada.

Xalq qədrini canından,

Daha əziz bilənlər,

Sevilərək yaşayıb,

Sevilərək ölənlər!

Bəli, Cabir Novruz sağlığında sevilən, ölümündən sonra da sevilə-sevilə yaşayan xalq şairimizdir. Allah ona rəhmət eləsin!

... Sonra xalqa artisti Yalçın Rzazadə və digər söz, sənət adamları Cabir Novruzla bağlı ürək sözlərini söylədilər. Cabir müəllimin ad gününə toplaşanlar qarşısında çıxış edən oğlu Müşfiq hər kəsə öz ailələri adında minnətdarlığını bildirdi. Söylədi ki, Cabir Novruz övladı olmaq həm xoşbəxtlikdir, həm də məsuliyyətdir. Sağ olun ki, atama, sizin və xalqımın şairinə ehtiram göstərdiniz.

Bəli, Fəxri Xiyabana gedərkən ürəyimdən gəlib keçən misraları oradan ayrılanda dostum Qəşəm İsabəyliyə pıçıldadım. Səmimi etiraf edim ki, bir incikliyimi də gizlətmədim. O da Cabir müəllimin doğum gününə gələnlərin daha çox onunla bağlı olan, onun doğulduğu əraziyə aid olan insanların çoxluğu ilə bağlı idi. Mənim gözüm gələnlər arasında Azərbaycan coğrafiyasını göstərə biləcək Qarabağdan, Şəkidən, Şirvandan, Lənkərandan, Şimal bölgəmizdən, Naxçıvandan söz, sənət adamlarının dəvət edilməməsi idi. Qəşəm İsabəyli bildirdi ki, bəlkə anımı təşkil edənlər əziyyət vermək istəməyiblər və yaxud da daha böyük məclisə onları dəvət edəcəklər...

Hər halda, mən burda, yəni Cabir Novruzun doğum günündə Azərbaycan ədəbiyyatını yaradanların, təmsil edənlərin hamısını görmək istərdim.

Əbülfət MƏDƏTOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK