ANA SƏHİFƏ / AVTOMOBİL

BU MAŞINI 1,7 MİLYON AVROYA SATIRLAR

57196    |   2017-08-29 14:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«Ferrari»di, 1969-cu ildə istehsal olunub. İtaliyanın Maranello (Marneuli yox ey, Maranello) şəhərində satışa çıxarılacaq, sentyabrın 9-da. 1969-73-cü illərdə bu avtomobildən 1200 ədəd buraxılıb. Bunlardan yalnız biri şəhərə, yola çıxa bilərdi. O da «Ferrari»nin qurucusu Enzo Ferrarinin yaxın dostu Luçiano Konteyə satılmışdı və ona da istədiyi vaxt avtomobildən istifadə etmək hüququ verilmişdi. Sonra bu maşın əldən-ələ satılır. 1971-ci ildə yaponlar alır, 1980-ci ildə isə Makoto Takayi adlı bir yapon alıb qatıb maşınlarının kolleksiyasına, saxlayıb qarajda, amma sürməyib. Sürəti saatda 280 km-dir. Həmin dövr üçün bundan böyük sürət yox idi. Bu avtomobil əfsanə sayılır.

İndi onu 1,7 milyon avroya hərraca çıxarıblar.

Görün indi nə qədər səfeh adam bu avtomobili almaq üçün hərracda bir-birlərini qıracaqlar. Allah eləsin o səfehlərin arasında bizimkilər olmasın.




İmza:
SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK