ANA SƏHİFƏ / YAZARLAR

OVQAT YARADAN…

Əbülfət MƏDƏTOĞLU

8527    |   2017-08-11 16:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Özəl yazı

Yazını yazmamışdan öncə, daha doğrusu, bu yazını diqtə etməyə başlamazdan öncə son günlərin stresini bir qədər atmışdım. Ona görə ki, bu gün «Ədalət» adlı ailəmizin mənim üçün doğma olan, bir az çılğın, bir az qətiyyətli, bir az sərt görünən, amma əslində ipək kimi ürəyi olan Gülər qızımın doğum günü idi. Düzdü, xanımların yaşını soruşmurlar və vurğulamırlar da, amma mən onun yaşını deyəcəm. Mənim hesabıma görə, Gülərin 12+3 yaşı var. Yəni bu dünyanın uşaqlıq qoxusunu da, uşaqlıq həyasını da, uşaqlıq düşüncəsini də hələlik qoruyub saxlayır və onun üstünə də bu dünyanın böyüklər çəkən yükündən xırda-xırda əlavə edir. Ona görə də bəzən Xəzər dənizi kimi coşub sahili sulara qərq edəndə, yəni kirpikləri nəmlənəndə elə bilirəm ki, məktəbdə müəllimin verdiyi qiymətdən ağlayan balaca bir qızcığaz dayanıb qarşımda. Amma kükrəyəndə öz-özümə deyirəm ki, yaxşı ki, əlində dəhrə-balta yoxdu, yoxsa qan su yerinə axardı.

Bütün bunlar həm zarafatdı, həm də gerçək. Çünki bu ovqatı yaradanın özü Allahın yaratdığı, xəlq etdiyi bir bəndə olaraq daha çox Haqqın yanındadı, daha çox Haqqın qoruyucusudu. Ona görə də hamının gözünün içərisinə rahatca baxır, elə mənim də. Elə mən də başqalarını deyə bilmərəm, özüm həqiqətən onu bir ata kimi bağrıma basıb təbrik edirəm. Və ürəyimdə də deyirəm ki, «yaxşı ki, beş-altı söz bilirəm, bununla da borcumu yola vermiş oluram!».

Hə, bax, elə bu ovqatla da yazıya başlayıram və Gülərə də söz vermişəm ki, yazı boyu ağlaşma olmayacaq. Axı onun ad günüdü! Və məcburi qaydada sözümü tutub bu gün ad günü olanların hamısının xoş ovqatına qoşuluram. Və…

Həqiqətən insan özündə ovqat yarada bilməyəndə ətraf onun üçün cansıxıcı olur, dözülməz olur. Amma ətrafda səni anlayan, sənə ovqat yaradan biri qarşına çıxanda yükün yüngülləşir, içindəki «ah»ı ya dəfn edirsən, ya da efirə ötürürsən. Bununla da günün aurası yavaş-yavaş cilalanır. Bu cilalanan günün rəngləri göz, könül oxşayır. Sən də rəngarəngliyin içərisində öz rəngini axtarırsan. Amma Sənə nədəndisə qara rəng daha çox yaraşır. Bilmirəm, bu rəngin, yəni qaranın böyük anlam verməsindənmi, böyüklük ifadə etməsindənmi irəli gəlir bu, yoxsa Sənin bu rəngə özəl münasibətindən. Amma mən Sənə daha çox yaşılı yaraşdırıram. Çünki yaşıl mənim üçün həyat deməkdir, oyanış, inkişaf, gözəllik, bir sözlə, sevgi, məhəbbət… deməkdir.

Təbii ki, seçim sahibi Sənsən. Mənim də borcum Sənin seçdiyin rəngə hörmət etməkdi, sayğı göstərməkdi. Doğrudu, son vaxtlar məni çaşdırmaq üçün tez-tez digər rəngləri də diqqətimə çatdırırsan. Elə bilirəm ki, burda da günahkar özüməm. Axı mən nəyə münasibət bildirsəm, nəyi bəyənsəm, o, bir müddətdən sonra səndə qıcıq yaradır. Elə bilirsən ki, səninlə məzələnirəm, əylənirəm, Sənə yumşaq desək, sataşıram. Amma yox! Doğrudan-doğruya Sənin elə bir dünyan var ki, sənə al da yaraşır, şal da. Təki ovqatın yerində olsun… təki bu ovqat çevrəndəkilərə də özəl ovqatlar yaşatsın. Və mən də sənə bir şeir pıçıldayım:


Tanrıdan istədiyim

Dinclikdi ürəyinə!

Bu dinclik sevgi qatsın-

Duzuna, çörəyinə…


Tanrıdan istədiyim

Təbəssümdü gözünə…

Bizim olan dünyanı-

Sən cənnət bil, özünə!


Tanrıdan istədiyim

Xəyalında olandı…

Bu istəklə sən məni-

Yar, başına dolandır!


***

Bəli, çevrəmizdə baş verənlər təkcə yanımızda yox, elə ömrümüzdə də iz qoyub gedir. Ona görə də bircə anlıq dayanıb ləngiyəndə və yaxud arxaya çevrilib baxanda bəzən heyrət etməli olursan. Bu heyrət də həmin o yanında və ömründə olan izlərədi. Çünki bu qədər izin yanından, ömründən necə gəlib keçdiyindən xəbər tutmaq imkanım olmayıb. İndi də xəbər tutanda buna necə dözdüyünü, bunu necə bütün ömrünə, bütün həyatına səpələdiyini anlamaqda çətinlik çəkirsən. Ona görə də həzm edə bilmirsən. Amma nə olur-olsun gerçək elə gerçəkdi. Və bu gerçəyin də şah damarı məhz hər bir fərdin həm ömründə qalan izlərdi, həm də hər bir fərddən dünyada qalan izlər. Məhz bu mənada bir anlıq ləngiyib, ya da elə belə geriyə boylanıb baxanda həmin o izlərin yaratdığı xofun aurası təkcə stimul vermir, həvəsləndirmir. Bununla yanaşı, həm də adamın əlindən, ətəyindən sallaşır. Onu geriyə, özünə tərəf çevirməyə çalışır. Təbii ki, bir insan olaraq hamımız dediyim bu məqamları həyatımızda yaşamışıq və yaşayırıq da. Sadəcə, bizə, şəxsən mənə təsir edən o izləri kimlərinsə pozmaq cəhdi, görməmək, görəndə də gülüş, qarğış ünvanına çevirməsidi. Bu adamlar anlamırlar ki, onların ironiyası, onların rişxəndi, sabun köpüyüdü. Ömrü də bir an!

Zənnimcə, şərhə, izaha ehtiyac yoxdu. Təbii ki, söhbət ömürdən gedirsə, o, yalnız doğum, ölüm məsafəsindəki illərdən ibarət deyil. İstəyir 30 olsun, istəyir 60, istəyir 100! Söhbət yaşanan və yaşadılan, eləcə də yaşatdıran anlardan gedir. Bu anlar bəzən illərə bərabər olur. Böyük yazıçı, dünya şöhrətli qələm adamı Çingiz Aytmatovun təbirincə desək, əsrə bərabər gün! Deməli, bax, əsrə bərabər anlar yaşamağın özü artıq həmin o dediyim illəri insan üçün, onu yaşayan üçün sevinclə naxışlayır və insan da həmin o naxışlarla ümidlənir…

Düşünürəm ki, mənim də həyatımda yaşanan sevincləri bir sapa yığsaq, bir təsbehə çevirsək, onu ələ götürmək o qədər asan olar ki! Və heç kim də bu təsbehlə zikr etmək fikrinə düşməz. Çünki daşlar kifayət qədər az olacaq. Lakin bu təsbehi elə göz muncuğu, tutiyə kimi də qoruyub saxlayıram mən. Axı o sevincin səbəbkarı, ünvanı, onu bağışlayanı Sənsən! Mən də sənə baxıb, səni düşünüb sənli anları ürəyimdən keçirib o sevinci yaşadıram, onu tər saxlayıram və deyirəm ki:


Sevgim,

sevincim

həyatda

hamıdan öndəki-

Birincim!

Havam,

ürəyim,

yeganə gərəyim,

köməyim-

bir incim!

Duyğum,

hissim,

göz yaşım,

gülüşüm,

varım,

yarım ,

varlığım!

Allahdan sonra

tək inandığım!

Sən canımsan,

qanımsan-

inamımsan,

imanımsan!

Arzumsan,

xəyalımsan,

gerçəyimsən,

göyçəyimsən!

Və bir də

bağıra-bağıra

deyim,

bitsin şeirim:

əlacımsan,

qənimimsən,

çox şükür ki

sən mənimsən!

mən bu qədər səmimiyəm

sənsə deyirsən

səninkiyəm!..

***

İstənilən anda zaman öz diqtəsini edir. Onu ram etmək, ona təzyiq göstərmək küləklə vuruşmaq kimi bir şeydi. Yəqin ki, həmin o məşhur qəhrəmanın adını bilirsiniz. Bilməyənlər də bilənlərdən inşallah soruşub öyrənərlər. Mən sadəcə bu fikri ona görə vurğulayıram ki, hər anın hökmü var deyənlər yanılmayıblar. Elə anın hökmü də bizləri bir aurada, bir məcrada saxlamağa çalışır, bizi özünə kökləyir, özünü isə bizə. Və biz də hardasa bir yanlışlıqla, bir büdrəməylə qarşılaşanda çox laqeyd bir şəkildə zamanı günahlandırırıq. Hətta bəzən deyirik ki, «zəmanəniz dağılsın!»

Amma bilmirik ki, bu nə qarğışdı, nə də alqış. Yəni bizim əslində guya qarğadığımız, qarğış etdiyimiz zəmanə gözlə görünən, əllə toxunulan, yeriyən, yüyürən, yıxılan nə əşya deyil, nə də canlı. Əgər belə olsaydı, bəlkə də qarğışımız müstəcəb olardı. Biz isə bir boşluğa, lap elə hava axınına, saata, (burda konkret nə divardan asdığımız, nə də qolumuza bağladığımız cihazdan söhbət getmir – Ə.M) qarğış edirik, yəni söhbət saat sözünün arxasında dayanan vaxtdan, zamandan gedir. Deməli, bu da onu göstərir ki, bizim «zəmanən dağılsın» deyə etdiyimiz qarğış əslində həmin o vaxtadı, o saatadı. Vaxtın da, saatın da qarğış qəbul etdiyini, bundan darmadağın olduğunu və yaxud da qəhr olacağını düşünmək, ağlın ucundan keçirmək özü-özlüyündə gülüncdü. Mənə elə gəlir ki, heç kəs bu gülünclüyü boynuna götürməz. Həm də gülünc olanın kiminsə işinə yarıdığını da düşünmək lazım deyil. Sadəcə, yaxşı şeyləri, yaxşı məqamları, yaxşı anları düşünmək, onları ürəyinə yaxın buraxmaq, ürəyinin bir küncündə yerləşdirmək gərəkdi ki, qarşına da həmin işığa yalnız yaxşılar çıxsın. Və bu yerdə mən mütləq vurğulamaq istəyirəm və rəhmətlik Alı Mustafayevin təbirincə kökləndiyim havanın üstündə pıçıldayıram misraları:


Səni görməyəndə səbrim daralır

Səni görəndə də havalanıram…

Səni görməyəndə ömrüm qaralır-

Mən səni özümə hava sanıram!..


İşıqsan, atəşsən, bir az da mehsən

İşıqda, atəşdə, mehdə yanıram…

Dan üzü ruhumu oxşayan şehsən-

Sənə İlahi tək mən inanıram!..


Sevincsən, kədərsən, vüsalsan, qəmsən

Yağışsan, dolusan, boransan, qarsan…

Sən də mənim kimi kirpiyi nəmsən-

Şükür ki, tək mənə həyatsan, yarsan!


Dünyam varlığında, sənsə dünyada

Pərvanə doğuldun sevginə sənin!

Bir fikri salıram mən hər gün yada-

Ürəyim tapıbdı səndə Vətənin!


***

Bütün bu yazının ovqatı elə ilk cümləmdə vurğuladığım kimi, Gülər xanımın doğum günüylə bağlıdı. Düşünürəm ki, artıq söylədiklərimi bilgisayarın yaddaşına köçürən Gülər xanım bu yazıdakı xoş ovqatın nəqarəti olan şeirləri özünə hədiyyə sayacaq. Çünki mən şeirləri ona iki dəfə oxutdurdum. Oxunuşdan, şeirə olan münasibətindən hiss etdim ki, pis alınmayıb. Deməli, pis alınmayıbsa hədiyyə də vermək olar. O ki qaldı ürəyimdəki Sənə?!

Gəl belə danışaq. Deməli belə. Özün də bilirsən ki, rəhmətlik böyük Səməd Vurğun demişkən, şeirlərimin baş qəhrəmanı da, mübtədası da, xəbəri də Sənsən! Ona görə də bu yazıdakı duyğuları sən də bölüşə bilərsən və üstəlik, mənə Gülərin ad günündən başlayan ovqatın əhvalını davamlı şəkildə yaşamağa Sən də imkan verdin, yardımçı oldun. Mən də o yaşadığım anlara uyğun olaraq Sənə də bir şeir göndərirəm. Düzdü, bu şeiri öncə Gülər oxuyacaq. Ancaq incimə, axı onun ad günüdü. Elə Sən də bu şeirlə onu təbrik etmiş olarsan. Razısan, diqtə edim:


Mən danışım, sən mürgülə

Qollarımın üstü yerin…

Ürəyim kövrək sevginə-

Kaş olsun ən isti yerin!


Bil, məndəki bir umuddu

Gözlərim dolu buluddu…

Gözün gözümü unutdu-

Öz-özündən küsdü yerin…


Xəyal qurdum – baxam səndən

Şimşək kimi çaxam səndə…

Ürəyim, həm yaxam səndə-

Deməli, ən pisdi yerin!


Bütün bu yazıya, bütün bu duyğulara görə, öncə Allahıma, sonra da ovqat yaradan Gülər xanımla Sənə minnətdaram! Oxuyanlar üçün isə özəl təşəkkürüm var.




İmza:

YAZARIN ARXİVİ

2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK