ANA SƏHİFƏ / YAZARLAR

HÜQUQUN QİYMƏTİ OLMUR

Nicat Novruzoğlu

19606    |   2017-08-03 00:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünənin söhbətidir. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qarşısı, Abbas Mirzə Şərifzadə küçəsi. Avtomobillərin dayanması üçün nəzərdə tutulan ərazidə maşınımı saxlayıb düşürəm. Saçlarına dən düşmüş, əlində dəftər-qələm tutmuş və xüsusi formada olan bir ağsaqqal o dəqiqə başımın üstünü kəsdirir: "Ödəniş edirsiniz?". Sakitcə cibimdən bir manat çıxarıb uzadıram xüsusi formada olan bu şəxsə. Növbəti sualı belə olur: "Neçə çıxım?"

Və mən bildirirəm ki, 50 qəpik. Beləcə 1 manatımın qalığı olan 50 qəpiyi cibimə qoyub daxil oluram xəstəxanaya. Xəstəxananın qapısındaca məlum olur ki, qəbuluna gəldiyim həkim məzuniyyətdədir.
Dönüb qayıdıram dayanacağa. Və bura çatanda istər-istəməz maşını tərk edərkən saatda baxdığım rəqəmləri xatırlayıram 11-00. Masına əyləşib bir daha saata nəzər yetirəndə məlum olur ki, 7 dəqiqə ərzində gedib xəstəxanaya qayıtmışam. Dayanacaqda avtomobilin dayanması üçün ilk 15 dəqiqənin pulsuz olduğunu bildiyimdən həmən o ağsaqqalın 7 dəqiqə əvvəl mənə qarşı etdiyi cəld formada sıçrayışdan birini də mən edib özümü atıram ağsaqqalın qənşərinə ki, mənim 15 dəqiqəlik pulsuz dayanma vaxtım hələ bitməyib, zəhmət olmasa 50-ni qaytar.

İlk öncə ağsaqqal dodaqaltı gülümsədi. Təbiidir. Baxdı boy-buxunuma və təbəssümlə bildirdi ki, artıq o pul parkomata vurulub və qəbz də şüşəsilənin altına qoyulub. Dediyi düz idi, amma hərəkəti səhv. Artıq gec idi. Ağsaqqal çevik hərəkət etmişdi.

Sən bu dayanmadığın vaxta görə səndən alınan və rəsmiləşən ödənişini kimdən geri ala bilərsən ki?
Bir də ki, qardaş, sabah sən gəlib maşını həmin yerdə 15 dəqiqədən artıq saxladığın çox yox, cəmi 1 dəqiqə üçün pul verməyə bilərsənmi?! Əsla! Bax o ağsaqqal yapışar yaxandan ki, qanun tələb edir, verməlisən, tez o 1 dəqiqənin pulunu bura say. Amma əslində pulsuz dayanmaq vaxtına, yəni 15 dəqiqəyə görə ödədiyin 50 qəpiyi isə geri qaytarmaqda acizsən.

Bu gün mahiyyətinə varmadığımız belə hadisələr, cibəgirmələr hər birimizin həyatında baş verir, özü də tez-tez. Amma mahiyyətinə varmırıq, ən başlıcası da ona görə ki, bizə "xırdaçı adam" kimi yanaşılmasından ehtiyat edirik. Biz də "xırdaçı adam" olmamaq üçün məcburuq hər dəfə yola verməyə... Nə isə...

Sizlər üçün nə ödənişsizdirsə, çalışın ona elə ödənişsiz nail olasınız. Səhiyyədə, təhsildə və s. Çünki bu bizə dövlət tərəfindən verilən hüquqdur. Bizə verilən hüququ da ilk növbədə biz qorumalıyıq. Hətta o hüququn mahiyyəti 1 qəpik olsa belə. Amma söhbət o 1 qəpikdən getmir, sənin öz hüququna münasibətindən gedir. Çünki hüququn qiyməti olmur və hüquq sənə verildiyi kimi, sən də ona sahib durmağı bacarmalısan, əlbəttə ki, digərlərinin hüququnu tapdalamamaq şərti ilə.



YAZARIN ARXİVİ

2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK