viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ATILMIŞ "VİZİT KARTLAR" Adalet.az | ATILMIŞ "VİZİT KARTLAR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ATILMIŞ "VİZİT KARTLAR"

Fəridə RƏHİMLİ

26835    |   2017-07-07 14:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər kəsin şəxsi keyfiyyəti onun vizit kartıdır. Yəni, insan qarşısındakı tərəfindən tanındığı qədər sevilir, dəyərləndirilir. Bir də var ehtiyac üzündən, hansısa işini həll etmək üçün ikiüzlülük, riyakarlıq etmək, yalançı məddahlıq, vicdansızca tərifə boğmalar, istədiyi həyata keçəndən sonra isə bütün bunları unutmaq, necə yaltaqca təriflər yağdırırdısa, eləcə də vicdansızca arxadan danışmalara, saymazlıqlara başlamaq... Əslində bunu daha sərt sözlərlə yazmaq istərdim, çünki insan, əsasən də güclü cins hesab edilən kişilərin ehtiyac üzündən masqalanmasını qəbul etmək çox çətindir. Əvvəllər "Kişi kimi söz verirəm" demək möhürdən, peçatdan daha önəmli sayılırdı.

Dəyərli bir insanın "vizit kartı"nı nəşriyyatın həyətinə atılmış gördüyümdə bu düşüncələr keçdi beynimdən. İnsan bəzən ən etibarsız, ən güvənsiz, ən xəyanətkar bir varlığa çevrilə bilir. Və bunu nə ilə əlaqələndirirsiniz əlaqələndirin, ən birinci səbəb o insanın qanındakı, mayasındakı "qarışıqlıq"dır. El arasında buna "zatıqırıqlıq" deyirlər.

Kart sahibinin adına gözüm sataşınca əyilib götürdüm. Bu, xalqımızın kifayət qədər tanıdığı, Cəlil Məmmədquluzadə məktəbinin davamısı, maliyyə çətinliklərinə rəğmən uzun müddət şəxsi gücüylə onun ənənələrini davam etdirərək "Kirpi" jurnalını yaşadan Əməkdar incəsənət xadimi, çoxlarına maddi-mənəvi arxa olan hörmətli Polad Qasımovun kartı idi. Kim bilir, o vizit kartı əldə etmək üçün nə sifətlərə düşməli olmuşdu indi onu lazımsız sanıb atan. Bəlkə də bir çox çörək verdiyi, sonradan nankor çıxanlardan idi. İndi isə o, yoxdu - Haqqa qovuşmuşdu və yəqin ki, onun vizitkasını atan riyakar başqa bir qapıya üz tutmuşdu və yeni rəzilliklər düşünürdü.

İllər öncə hörmət bəslədiyim bir şairin Rasim Qaracaya avtoqrafla bağışladığı kitabını atılmış bir yığın kitabın arasında görüb çok məyus olmuşdum. Bu, o şairə qarşı sayqısızlıq idi. Həm də qələmin ucundan tökülən duyguların içdən, qəlbdən gəldiyini anlayan biri tərəfindən atılmışdı o kitab. Yazarların, şairlərin malik olduqları ən qiymətli var-dövlət onların yazıları, kitablarıdır. Və o, qiymətli bildiklərini özləri üçün dəyərli sandıqları insanlara hədiyyə edirlər. Bu da bir bəladır ki, yazarlar elə vəziyyətə salınıblar ki, artıq kitablarının satışıyla deyil, kimlərəsə bağışlanması ilə rahatlıq tapırlar. Və kitabları oxunsun, qiymət verilsin deyə, onları anlayan, ürəklərinə yaxın sandıqları insanlara hədiyyə edirlər. İçindəki hisslərini, duyğularını kitaba çevir, haqsız-minnətsiz birinə hədiyyə et və o da lazımsız əşya kimi zibilliyə atsın...

Daha sonralar belə şeylərlə çox üzləşdim - nəşriyyatda yerini dəyişənlər, bağlanan qəzet-jurnalların sahibləri gedərkən bir yığın kitabları foyenin pəncərəsinə qalaqlayıb gedirlər. Hətta Əziz Musanın kitabını altıncı mərtəbənin pəncərələrinin birinin önündən götürdüm... Kitabı uşaqlığlmdan çörək qədər müqəddəs hesab etmişəm. Və çörəyin ayaq altına atılması xalqımız tərəfindən qəbuledilməz olub.

Bəli, çox insanlar yaxşılıqları tez unudan, buqələmun həyatı yaşamağa alışaraq hər mühitə uyğunlaşmağa cəhd edən varlığa çevrilməyi zamana görə hərəkət etmək hesab edirlər. Amma günahkar zaman deyil, sadəcə zamanın hər kəsiyində belələri olub və olacaq.

Sevdiyin, sayqı duyduğun, sənə hörməti olduğunu zənn etdiyin insanlar tərəfindən atılmaq, tərk edilmək çox ağırdı. Atılmış kitablar, vizit kartlar da elə onun sahibinin atılması deməkdir.

O, atılmış kitab, vizitkart sənsən, mənəm, odur - qırılmış qəlb, alçaldılmış hisslər, xəyal qırıqlığıdı. Və bunu biz bir-birimizə yaşadırıq...


f_rehimli@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK