ANA SƏHİFƏ / YAZARLAR

Dəyişən ölçülər

12553    |   2017-06-23 15:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün psixoloqlar iddia edir ki, imkanlı ailədən olan uşaqların onlara daha çox ehtiyacı var. Bu iddianı hərə bir cür qəbul edir...

Məşhur ulduz Beyons konsert üçün dünyanın başqa ölkələrinə gedərkən qızını evdə tək qoymamaq üçün Nyu-Yorkda onun üçün kirayəsi bir milyon yarım olan mənzil tutub. Qız ata -anasının konsertini otağından canlı-canlı izləyə biləcək. Bir neçə il əvvəl isə Beyons qızı üçün kristal daşlarla bəzədilmiş yemək stolu düzəltdirmişdi. Şakiranın isə bir yaşı tamam olan qızına səksən milyon dəyərində üstü on səkkiz brilliant qaşla bəzədilmiş Barbi kuklası aldığını da oxudum...

Bunların psixoloqun şərhi ilə nə əlaqəsi olduğunu yəqin ki, təxmin edənlər oldu. Varlı balaları doğulduğu gündən ən zəruri, hətta zəruri olmayan tələbatlarla da təmin olunurlar. Yəni, nəyi isə əldə etmək üçün çalışmır, əziyyət çəkmir, hər şeyə asan yolla nail olurlar. Buna görə də gənc yaşlarından istədikləri, arzuladıqları bir şey qalmır. Oxumaq istəsə, ən yaxşı pedoqoqlar tutulur, xarici dil öyrənmək istəsə, həmin ölkədən mütəxəssis gətirilir, istirahət etmək istəsə, dünyanın ən məşhur guşələri hüzurunda hazır, öyrənmək istədiyi hansısa peşənin, sənətin biliciləri tədris üçün sıraya düzüləcək... geyim, yemək, əyləncə haqda isə deməyə dəyməz. Beləliklə, onun üçün maraqlı, həsrətində olduğu əlçatmaz heç nə qalmır. Və onun üçün artıq maraqsız olan həyatda təzə bir macəra axtarışına çıxırlar. Bu macəra isə çox vaxt qadağan olinmuş, ziyanlı vərdişlərə meyillənməklə başlayır ki, bu da çox vaxt onları faciəli sonluğa aparır...

Onların xəbəri olmur ki, əməklə qazanılanın bəhrəsindən ləzzətli həyatda heç nə yoxdur. Zəhmət çəkilməsə, əldə olunanın heç bir qiyməti olmur. İnsan zəhməti sayəsində mükəmməlləşir, inkişaf edir (Darvinin təkamül nəzəriyyəsinin bura dəxli yoxdu). Nə qədər imkan, şərait olsa da, tərbiyə üçün düzgün metodlardan istifadə etmək hər bir valideynin məsuliyyətidir. Çünki bu gün etdiyin səhv tərbiyə sabah öz üzünə duracaq. "Mən görmədim, balam görsün. Mənə nəsib olmadı, övladım məhrum olmasın" deyib, onları əslində harın böyütdüyümüzün fərqində olmuruq bəzən.

Milli Məclisdən verilən məlumata görə Azərbaycanda övladlığa götürmə mexanizminin gücləndirilməsi müzakirə ediləcək və bununla bağlı Ailə Məcəlləsində dəyişikliklər olacaq. Milli Məclisin Sosial siyasət komitəsinin sədrinin açıqlamasına əsasən: "Kasıb ailələrə uşağı etibar etmək olmaz!"

Maraqlıdı, bir çox maddi imkanlardan məhrum olsa da, "ürəyinin işığını, gözünün yağını" balasından əsirgəməyən kasıb onun gələcəkdə layiqli insan olması üçün əlindən gələni əsirgəmədiyi halda, nədən ona uşaq verilməsin? Çox şeydən məhrum olan valideynə bu sevincdəmi çox görülməlidi? Axı özü ac qalsa da, balasını təmin etmək üçün dəridən-qabıqdan çıxır kasıb. Varlının, imkanlının balalarının məhrum olduğu nemət - valideyn sevgisi kasıblarda daha çox öz əksini tapır. İş, biznes, "yuxarı"ların təzyiqindən başı qarışıb bəzən uşaqlarını unudan nə qədər imkanlı ailələr var... Pul çox şeyi həll etsə də, hər şeyi həll etmir. Bircə gecə dayəsinin yox, valideyninin ona nağıl oxuyaraq, yaxud heç olmasa başını sığallayaraq yatızdırmasının xiffətini çəkə - çəkə böyüyən o qədər imkanlı ailə uşaqları var ki... Belə böyüyərək laqeyd, bivec olur, gələcəkdə valideyninə qarşı soyuqluğuyla onların etdiklərini təkrar edirlər. Bu problemlə böyüdükcə onlarda nə valideynə, nə də doğulub böyüdüyü Vətənə qarşı sevgi, təəssübkeşlik hissi inkişaf etmir.

Bu gün qanunlarımızda zamana uyğun dəyişikliklər edilməsinə həqiqətən ehtiyac var. Müzakirəsi gözlənilən iki qanun layihəsi haqqında açıqlama diqqətimi çəkdi. Onlardan biri övladlığa uşaq verilməsi ilə bağlıdı. Axı kasıbları övlad sevincindən niyə məhrum edək? Qanunu dəyişmək əvəzinə övladlığa uşaq götürən ailənin maddi durumu qənaətbəxş deyilsə, bu ailəyə maddi kömək etmək haqda qərar qəbul edin! O zaman həm siz deyən olar, həm onlar istəyən, həm də bir uşaq sevinclə ona qucaq açan ailəyə qovuşaraq xoşbəxt olar.

Digər layihəyə görə isə, işsiz gənclərin nikaha girməsində, ailə qurmasında olacaq problemlər haqdadır. Yəni, gənclərdən heç biri işləmirsə, onların ailə qurmasının qadağan edilməsi gözlənilir. Təbii ki, heç bir gəliri olmayan gənc evlənmək arzusunu bir neçə il yubadır. Amma ailənin onları dolandıra biləcək başqa üzvü varsa, nikahı illərlə gecikdirməyin nə mənası? Bəlkə işsizlik problemini həll edək? Bu, hər kəsin, o cümlədən də yeni ailə qurmaq istəyənlərin arzusunu gerçəkləşdirər. Bir anlıq təsəvvür edin ki, ailə qurmaq istəyən gəncin iyirmi beş - otuz yaşı var və o, beş - altı il münasib iş tapmadı. Onda belə çıxır ki, ölkədə subaylar ordusu meydana gələcək, həttda artıq gəlməkdədir. Bu da əhalinin sayı baxımından statistikada enməyə gətirib çıxaracaq. Və nəhayət, əsl o zaman atılmış uşaqların sayı artacaq...

Barəsində düşünməli əsl məsələlərdən yayınmayaq...




İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK