Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | MONQOL SƏFİRİNƏ MƏKTUB Adalet.az | MONQOL SƏFİRİNƏ MƏKTUB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MONQOL SƏFİRİNƏ MƏKTUB

Əbülfət MƏDƏTOĞLU

29670    |   2017-05-12 15:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu hələlik bildiyim dildə yazdım

Uzun sürən ağır xəstəlikdən sonra müalicəsi tapılmayan evimin fatihəsi verildi. Necə deyərlər, yuyatdan sonra əlimi üzüb çəkildim öz dünyama. Nə başsağlığı qəbul etməyə, nə də başsağlığına gələnlərə Allahın bir stəkan çayını təklif etmək gücüm olmadığından gözdən iraq və könüldən də iraq olamağa üstünlük verdim. Bu üstünlük məni çəkib apardı xeyli uzaqlara. Yaddaşımda alatoran bir mənəzərə yarandı. Özüm özümdən xəbərsiz o alatoranlığın içərisində az qala XIII əsrin əvvəlinə gedib çıxdım. Tarixi mükəmməl bilənlər məni bağışlasın. Ola bilsin ki, hansısa faktı, rəqəmi bir balaca təhrif etmiş olum. Bu da bilərəkdən yox, elə durumumun özünün bəhrəsidi. Məsləhət verə bilərsiniz ki, faktları dəqiq göstərmək üçün ən azından internetə müraciət etmək olar. Mən bunu da artıq özümə yük saydım. Axı, nəfəs almağa həvəsim olmadığı bir məqamda internetə baxmaq istəyim də büsbütün ölüb. Və yeganə içimdə qalan qığılcım həmin o alatoranlığın içərisində mənim hələ bitmədiyimi göstərən əlamətdi. Mən də o əlamətə söykənib nəsə bir yol axtarmaq, qərar vermək zorundayam. Amma doğrudan-doğruya çox çətindi. O qədər çətindi ki, adam heç yaşamaq da istəmir. Və yaşamaq istəməyən adamın birdən-birə monqol səfirinə məktub yazmaq istəməsi sizə əcaib görünməsin. Ola bilsin ki, bu məktub özü də bir anormallıqdı və yaxud da son sözdü… Nə bilim vallah. Hər nədisə içimdən gəlib keçdi - son istək kimi, son dua kimi, son arzu kimi. Və mən…

Bəli, niyə məhz monqol səfirinə? Öncə burdan başlayım. Tarixçilərin sübut etdiklərinə görə, monqolların məmləkətimizə üç yürüşü olub. O yürüşlərin birincisində monqollar Beyləqan şəhərinə də gəlib çıxıblar. Bu fakt yadıma düşəndə həmin o içimdəki son qığılcım qımıldamağa başladı. Elə bil kimsə onu alvolandırmağa cəhd göstərdi. Sən demə, bu kimsə həmin o tarix, həmin o yaddaş imiş. Axı mən də erməni işğalından sonra Beyləqana üz tutmuşdum. Burda bir nüans var. O nüans da monqolların işğalçı kimi gəlməyidi, mənim qaçqın, köçkün kimi. Üstəlik o nüans həm də monqolların ilk yürüşüdü, mənim üçüncü dəfə ev tikmək, ocaq yandırıb balalarımı ətrafıma yığmaq cəhdi. Hətta bu yerdə yadıma düşdü ki, məhz Beyləqanda yazmışdım:


Bir qış nağılıdı bu qış gecəsi

Şaxta da, sazaq da köhnə tanışım…

Bircə evim yoxdu balalarımı –

Toplayıb başıma nağıl danışım…


Sən demə, bu nüanslar təsadüf deyilmiş. Və mən də təsadüf olmayan həmin o nüanslardan sonra qərara gəldim ki, üst-üstə düşən oxşarlıqlardan bir məktub düzəldim. Gücüm çatan, qələmim tutan, dilim yatan bir məktub göndərim monqol səfirinə. Qoy o da mənim kimi xatırlasın həmin o zaman kəsiyini. Bəlkə XIII əsrə nə vaxtsa kimsə bir işıq çəkdi. Həmin o işıqda mənim də payım olsun. Və işığın altında görsünlər ki, evi olmayan bir qaçqının sən demə, tale qırıqlığı təsadüf deyilmiş. Bax, bu məqsədlə də hələ XIII əsrin əvvəlində Hülakü xanın Beyləqana gəlib çıxmasını mən taleyimin yazıldığı anın başlanğıcı sayıram. Bilmirəm ona rəhmət oxuyum, yoxsa yox, amma həqiqətən dünyanın o biri başından durub Arazın qırağına gəlib çıxmaq və burda da mənim yazılacaq taleyimə işartı olmaq çox böyük bir məsələdi, çox böyük bir mövzudu anlayan üçün!..

Bəli, indi dünyanın durumu elədi ki, əksəriyyət günün hardan başlayıb, harda bitdiyini, dan yerinin necə sökülüb, necə qaraldığını öz canında, qanında hiss edir. Bir qism insan isə həmin dediym hissləri, yaşantıları özləri üçün ya dondurublar, ya da elə bil dona bürünüblər ki, elə bir kodlaşdırma həyata keçiriblər ki, təcrid olublar. Özləri özlərini ayrıca bir dünya üçün yaşadıb sakin ediblər. Bu, bir az qarışıq cümlənin arxasında nə Monqolustan dayanmır, də monqol səfiri. Bu, bir zamanın maddiyata, səlahiyətə söykənən göstəricisidir. Axı indi özünü hamıdan, hər kəsdən güclü, üstün, ən vacibi isə qüdrətli sayan bir təbəqə var. Onlara hər kəs bir formada, bir adla müraciət edir. Mən isə onları eşitməyən və duymayan bir qrup hesab edirəm. Çünki eşidən və duyan mütləq reaksiya verməlidi – istər mənfi, istər müsbət. Əgər bu reaksiya yoxdusa, deməli, mövzunu qapamaq daha doğrudu. Elə ona görə də monqol səfirinə demək istəyirəm ki:


Səhərimiz var idi

Gülürdü üzümüzə…

O səhərlə ümidlər

Düşürdü izimizə -

Bir vaxtlar…


Tələsirdik hər yandan,

Hər tərəfdən bir yerə

Uçurdu nəfəsimiz

Bir-birinə sirr verə -

Bir vaxtlar…


Gözümüz yol dərirdi,

Əllərimiz hərarət

Tanrımız göndərirdi

Bizə ancaq məhəbbət -

Bir vaxtlar…


İndi xatirələr də

Perikibdi, hürkübdü

Xoşbəxtlik çiçəyini

Birzdən gizli tökübdü -

Bir vaxtlar…


***

Hə, mən uzun-uzadı öz təkliyimin içərisində düşündükdən sonra gəldiyim yekun nöqtə əlimdəki qələmin kağızla təması oldu. O təmasdan anladım ki, qələm, kağız bir-birini nə qədər diqqətdə saxlasa, bir-birinə nə qədər can atsa, o qədər şansım olacaq. Bu şans da əslində həm də bir sığınacaqdı. Doğrudu, bu sığınacağın dam örtüyü yoxdu. Amma bu sığınacaqda duyğu var, hiss var, ürək var, bir də oxucu nəfəsi. Qapısız, pəncərəsiz, dam örtüksüz bu sığınacaqda bir də bolluca işıq var. O işıq haqdan gəlir. Ona görə də mən sıxıntımı, ağrı-acımı bir kənara qoyub qələmlə kağızın təmasını elə qurmağa, elə əlaqələndirməyə çalışıram ki, heç kim inciməsin. Hətta içimdən keçənləri elə ifadə etmək istəyirəm ki, bilmədiyim monqol dilində yazmağa cəhd etdiyim məktubu monqol səfiri rahat oxuya bilsin. Və o hörmətli şəxs görsün ki, mən çox səmimi bir şəkildə ünvanladığım məktubda heç nəyi gizlətmirəm. İçimdə nə varsa hamısını yazıram – sərbəst, səmimi bir az da nostalji duyğularla. Axı itirdiyin yuva, uçurulan ev mənə bu hisslərdən yaxa qurtarmaq imkanı vermir. Gərək bunu oxucularım da, hörmətli monqol səfiri də düzgün anlasın. Yeri gəlmişkən, hətta bir şeir də yazmışam. Yazmışam ki:


Özümlə, sözümlə əlbəyaxayam

Çıxmaq çətinləşib mənə içimdən…

Düşünmə acizəm, ələbaxanam -

Nə keçir, deyirəm sənə, içimdən!..


Yorulan ürəyin nəfəsi təntik

Burda yersiz olar axtarmaq məntiq…

Biz fələk əlində göyrəmiş dəndik -

Gəlib ağrı keçdi dənə içimdən!..


Yükü çiynindədi dağın, aranın

Sinəmə vuralan hər cür yarının…

Barı indi bilək qədrin hər anın -

Sənə, «naz et!» deyim mənə içimdən..


Bu şeiri sözgəlişi xatırlatdım. Demək istədim ki, inanasınız və əmin olasınız ki, ancaq içimdəkini, ancaq yaşadıqlarımı yazıram, düşündüklərimi yox, arzularımı yox. Yazıram ki, içim rahatlansın. Və mənimlə birlikdə sizin də, sənin də içinizdə bir rahatlıq hakim olsun. Bununla paralel olaraq məndən bir addım kənara çəkiləsiniz. Narahatlığımın, ağrılarımın üstünüzə sıçramasından qorunasınız. Elə həmin o çəkildiyniz yerdə də, nöqtədə də misralarımı eşidəsiniz, duyasınız. O misraları ki, onları da sizə ünvanlamışam. Siz bütün hallarda hər şeyin yaxşısını görməyi bacardığınız kimi, hər şeyin yaxşısına da layiqsiniz. Ona görə də:


Dinclik diləyirəm

könlünə

bu dinclik

həm də

rahatlıq gətirsin

ömrünə

mənli, ya mənsiz

təki

həyatın mənalı olsun

ürəyincə

sakit, səssiz…


Doğrudu, səssizlik bəzən adamın təkcə içinə yox, çiyinlərinə də yük olur sıxır onu. Bəzən isə bir rahatlıq və az qala bir xoşbəxtlik gətirir. Odur ki, mən səssizliyin həmin o xoşbəxtlik tərəfini sizin kandarınıza istiqamətləndirirəm. Açın qapınızı, pəncərənizi, gözlətməyin onu qapınızda, gözlətməyin onu kandarınızda. Onsuz da zaman gözləntiləri həmişə alt-üst edir. Çünki onun sürəti böyük, gücü tükənməzdi. Biz isə ona qoşulub gedirik. Onu özümüzə tabe edə bilmirik. Tabe edə bilmədiyimiz bu zamanın istisi də, soyuğu da, gecəsi də, gündüzü də bir ilmədi, bir naxışdı. Harda, necə tutacaq onu öncədən bilə bilmərik. Şəxsən mən bu zamanın adamı ola bilmədim, bu zamanın nəbzini tutmağı bacarmadım. Ona görə də onun mənim ömrümə vurduğu naxışlar, ilmələr o qədər qarmaqarışıq bir formadadı ki, adam onu üzə çıxarmağa utanır. Düzdü, müdriklər deyib ki, yanlışın özü də bir naxışdı. Mən bunu qəbul edirəm, amma hansı yanlışın və hara qədər olan yanlışın bir naxış olmasına nə özümü, nə də başqasını inandıra bilmirəm. Bir halda ki, özüm özümü inandırmağı bacarmıramsa, ya da buna gücüm çatmırsa, onda niyə başqalarının qarşısında sual qoymalıyam? Axı, sual işarəsi bir az da boynubükük adamları xatırladır. Adamların boynunun bükülməsi təkcə ümidsizlik deyil, həm də mənim kimi Bakı köçkünü olmasıdı… torpaq itirməsidi… ümidlərinin alt-üst olmasıdı… güvəndiyinin, həyatının mənası hesab etdiyinin, şıltaqlığına, israrlarına, inanclarına, bir sözlə, hökmünə boyun əyməsidi…

Deyəsən sözü sözə calayıb uzatdım. Xəbərim olmadı ki, yazdığım məktub ölçüləri, qaydaları bir az siyasi anlamda söyləsəm, reqlamenti pozdu. Axı, hər bir məktubun, xüsusilə rəsmi məktubların ölçüsü, forması əvvəlcədən müəyyən edilmiş bir qayda və qanuna tabe olur. Onu pozanda ən azından ədəbsizlik etmiş olursan. Bax mən də fatihəsi verilmiş, salavatı çevrilmiş, yuyata götürülmüş evimin cümə axşamı ərəfəsində ağlımdan gəlib keçənləri belə ifadə etməyə çalışıram.


Sən özünü qorxutma,

Dərdi içindən qaldır.

Mənə quran oxutma

Bir kədər marşı çaldır -

Cümə axşamlarında…


Xatirə şəkillərin

Tök dizinin üstünə

Öpəndə şəkilləri

Qızınacam istinə

Cümə axşamlarında…


Çay dəmlə təbəssümlə,

İçinə çiçək də qat...

Fincanıma əlinlə

Bir dilim limon da at

Cümə axşamlarında…


Unut son məkanımı,

Məzarıma üz tutma.

Ruhum qonaq gələcək -

Bazarlığı unutma

Cümə axşamlarında!..


Bəli, bu məktubu necə yazdım və ümumiyyətlə, bu məktub necə alındı, onu siz məndən daha yaxşı bildiniz. Amma doğrudan-doğruya indi özümü Mozambikin, ya da Anqolanın sakit olmayan bir güşəsində oturub monqol dilini öyrənən adama bənzədirəm. Elə görkəmim də kənardan bu bənzətməni təsdiq edir. Olsun! Hər halda öyrənmək heç vaxt gec deyil. Mən dərd çəkməyə öyrəşdiyim kimi, evsizliyə də artıq öyrəşməyə başlamışam. İnanıram ki, elə olduğum, oturduğum yerdəcə bir az da bərk dayana bilsəm, monqol dilini də öyrənəcəm. Və onda sənə şeirlərimi oxuculardan gizlin olacaq nöqtələrini monqol dilində yazacam. Axı sən, mənim hansı dilimdə yazmağımdan və danışmağımdan asılı olmayaraq, anlayırsan.

P.S. Bu məktubun heç bir siyasi yozumu və məramı yoxdu. Bu, sadəcə Hülakü xanın Beyləqana gəlib çıxmasını xatırladığım nöqtədə ağlıma gələn pıçıltılardı.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK