Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Xalq artisti: “Burnu əyri, qulağı yekə aktyorları baş rolda çəkirlər” Adalet.az | Xalq artisti: “Burnu əyri, qulağı yekə aktyorları baş rolda çəkirlər” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Xalq artisti: “Burnu əyri, qulağı yekə aktyorları baş rolda çəkirlər”

“Azərbaycanda nə qədər istəsən aktyor var, amma demək olar ki, rejissor yoxdur"

77712    |   2017-04-04 15:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq artisti Ağaxan Salmanlının Adalet.az-a müsahibəsini təqdim edirik:

-Azərbaycanda kifayət qədər aktyor varmı?

-Azərbaycanda nə qədər istəsən aktyor var, amma demək olar ki, rejissor yoxdur. Bir-iki rejissor varsa da, onların da maliyyə imkanları məhduddur. 28 teatrımız var. Bu teatrlarda çalışan aktyorlardan da çox işsiz İncəsənət Universitetinin məzunları var. Təəssüf ki, bizim teatrlarımızda vakansiya məhdudiyyəti həmin istedadlı gənclərin arzularını ürəyində qoyur. Onlar başlayırlar başqa sahədə çalışmağa. Məcbur olurlar ki, gedib yarmarkalarda, ticarət mərkəzlərində alverlə məşğul olsunlar.

- Rejissorlar nə qədər maaş alır ki?

- Əvvəla onu deyim ki, dövlət teatrlarında maaş yoxdur, olmayıb, olmayacaq da. Dövlət teatrlarında həmişə maaş az olub, elə sovet vaxtında da belə idi, indi də belədir. Rejissorun orta əməkhaqqısı 300 manatdır. Akademik Milli teatrının rejissorları milli olduqlarına görə bizdən təxminən 2 dəfə çox maaş alırlar.

Amma sənə bir şey deyim yadında saxla: Qadından yaş soruşmazlar, artistdən də maaş. (gülür)

- Aktyor üçün janr fərqi olmalıdırmı?

- Elə aktyorlar var ki, onun həm xarici görkəmi, həm aktyorluq bacarığı dramda və ya əksinə komediyada uğurlu ola bilər, amma əsl aktyor bütün janrlarda oynamağı bacarmalıdır. Məsələn, mən gənc olanda saçlarım hələ tökülməmişdi, o zamanlar Romeonu oynayırdım, Cəfər Cabbarlını oynayırdım, Arturu oynayırdım. İndi qocalmışam və əsasən komedik rollar oynayıram, xarakter cizgiləri olan rollar oynayıram. Ona görə də aktyor bir istiqamətdə getsə gələcəkdə çörəksiz qalar. Aktyor bismillahdan başlayandan gərək özünü müxtəlif janrlarda yoxlasın ki, ona lazım olanda kosa-keçəli də ifa edə bilsin, lazım olanda Hamlet, Elxan və yaxud Aydını da. Amma çox təəssüf ki, indiki rejissorların işini yarıtmaz sayıram. Onlar aktyoru seçərkən axtardıqları cəhət həmin aktyorda üzdə görsənirsə, bax onu zəli kimi sovurub qoparırlar. Təsəvvür elə ki, normalda almanı yedikdən sonra onun piçalını (qalığını) tullayırlar. Rejissorlarımız da aktyorlardan bax belə istifadə edirlər.

Amma keçmişdə rejissorlar belə deyildilər. Təsəvvür edin ki, mən Cəfər, Romeo oynadığım məqamlarda həm də Hacı Qəmbərdə Cəbi rolunu oynayırdım. Mən tələbə vaxtı Əbdül Əli bəyi oynayırdım. Doğrudur, Sevil dram əsəri olsa da orada Əbdül Əli bəy komediya obrazı idi. Mən "Eşq və intiqam"da Piri babanı oynamışam. Deməyim odur ki, məni rejissorlarım tərbiyə edib. Bizim Zəfər Nemətov, Kərim Əsədov, Əliheydər Ələkbərov, Mehdi Məmmədov, Adil İskəndərov, Tofiq Kazımov, Şəmsi Bədəlbəyli kimi dahi rejissorlarımız olub.


İndiki rejissorlar aktyora baxırlar görürlər ki, "gözəl"dir, bununla da məsələ həll olundu. Yəni onların gözündə aktyora görünüşünə görə rol verilir. Komediya filmi çəkən rejissor burnu əyri, çənəsiz, yekə qulaqları olan, qısası gülməli sifəti quruluşu olan birini baş rola dəvət edirlər. Aktyoru müxtəlif janrlarda oynatmaq və onu təkmilləşdirmək işi rejissorun əsas funksiyasıdır. Təəssüf ki, XXI əsr rejissorlarımız bu məsuliyyətlərdən qaçırlar və işlərini asan yolla həll etməyə çalışırlar. Və beləcə aktyorları da məhv edirlər. Ona görə də tamaşaçı baxır, nə dram oynayandan, nə komediya oynayandan tam zövq ala bilmir.

- "Stand up" şoular keçmişdə də göstərilib. Hətta sizin də belə çıxışlarınız olub.

- Bizim vaxtımızda monoloq adlanırdı və estrada janrı sayılırdı. AzTV kanalında bayramlarda gülməli monoloqlar deyirdik.

- Fərdanın "Stand up" şoularını bəyənirsiniz?

- Bəyənirəm təbii ki, o da estrada janrıdır. Bizim köhnə monoloqlarımızın deyərdim ki, modernizasiya olunmuş formasıdır. Bu zamanın tələbinə görə dəyişir. Təbii ki, mənim yaşda olan aktyorlar indi "Stand up" şou apara bilməz. Biz keçmişin səhnə tərbiyəsini görmüşük. Bizim vaxtda bir aktyor səhnədə bir və ya iki monoloq söyləyərdi. Tamaşaçını yormaq istəmirdik. İndi fərqlidir. "Stand up"çı çıxır səhnəyə və xırda replizlərlə bir saat, yaxud saat yarım səhnədə olur. Görünür bu tamaşaçıya zövq verir. Bizim peşəkar monoloqlarımız olub. Hamımızın tanıdığı Qorxmaz Əlili, Eldəniz Zeynalov, Allahverdi Yolçuyev bu janrda özlərini yaxşı sınayıblar. Təbii ki, monoloq deyəndə təkcə komediya, satira yada düşməməlidir. Belə məqamda Böyük Filarmoniya səhnəsində görkəmli sənətkarımız Ələsgər Ələkbərov Otellonun monoloqunu deyirdi. Fərda və digərlərinin çıxışlarında da rejissor işinin olmaması özünü büruzə verir. Bir qədər bayağılıq, eyni zamanda budanmaya ehtiyacı olan məsələlər var.


Tamaşaçıda günah yoxdur, günah aktyorlardadır

- Tamaşaçı daha çox bayağı ifalara, səhnələrə meyil edir...

- Təəssüf ki, elədir. Bunun səbəbkarı aktyorlar və rejissorlardır. Məhz budanmadan səhnəyə çıxan aktyorlar göstərdikləri performanslarla tamaşaçının zövqünə təmas edir. Yadımdadır, uşaq vaxtı nənəm deyərdi ki, uşağa gic deməzlər. Bir dəfə, iki dəfə üç dəfə dedikcə artıq bu söz uşağın ağlına batır və başlayır gicləməyə. Tamaşaçının zövqünü formalaşdıran səhnədir, efirdir. Bizim mentalitetlə götürəndə son illərin gənc aktyorların çıxışında bir qədər uyğun gəlməyən sözlər, söhbətlər var. Avropada, Almaniyada, Fransa da aktyorlar səhnədə daha sərbsətdirlər, onlar daha açıq sözlər ifadə edirlər və bu orada qəbul olunur.

-Mentalitet məsələsi var yəqin?

-O mövzunun dərinliyinə getmək istəmirəm, amma bizim vaxtımızda ümumiyyətlə belə tendensiya yox idi və qəbulolunmaz idi. Sizə deyim ki, heç bizim vaxtımızda televizorlarda pampers, babasil, və ya insan orqanlarını göstərəcək reklamlar yox idi. İndi belə şeylər tamaşaçının gözünü açıb. Bizim ekranlarda insan orqanlarının bütün əzazillərini sağlamlıq müzakirəsinə çıxarırlar. Avropada bu hal çoxdan mövcuddur. Biz də indi xırda-xırda başlamışıq. Keçmiş aktyorların dilində xalq belə ifadələr eşidəndə diksinir, amma cavanlar səhnədə və ya ekranda sərbəst olanda qəbul edilir və izlənilir. Gəncləri bağışlamaq olar, amma yaşlıları heç vaxt.


-Bildiyimizə görə İncəsənət Universitetində də dərs demisiniz. Niyə ayrıldınız oradan?

- Bəli, mən zaman-zaman fasilələrlə dərs demişəm. Mədəni- maarif texnikumunda, İncəsənət və mədəniyyət universitetində. Bildiklərimi öyrətmək mənə xoş olur. Lakin öyrənmək istəyən olanda. Öyrənməyə həvəsi olmayan, teatr sənətini sevməyən bir qrupa zorla sənət sevgisi aşılamaq olmaz. Dörd semestr bu cəzanı çəkdim, nəticədə faydasız olduğunu anlayıb, imtina etdim.

-Gənc aktyorlar sizi çox əsəbiləşdirir?

- Bizim işimiz ümumiyyətlə əsəbi işdir. Düzgün olmayan bir intonasiya, məqamında səslənməyən replika, yaxud gecikmiş bir baxış əsəblə qarşılanır. Axı bütün dediklərim və demədiklərim stolarxası məşqlərdə, səhnə məşqlərində dönə-dönə deyilir, diqqətli olmaq tələb olunur. Bunun müqabilində buraxılan bütün səhvlər əsəblə müşayiət olunur.

-Kinolarımız sərhədi aşa bilib, ancaq teatrda bu uğuru qazana bilməmişik...

-Görünür kinonun reklamı daha genişdir, ona görə belə fikir yaranıb. Azərbaycan teatrı da dünyanın bir çox ölkələrində qastrollara, festivallara gedir və uğurla qayıdır. Elə Gənc Tamaşaçılar Teatrını götürsək dəfələrlə və illərlə xarici qastrollardan uğurla qayıtmışıq.

Rüfət Soltan




İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK