Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Əli Kərimlinin kreslosundan qopmasını, müxalifətdə yenilik olmasını istəyirdim” - MÜSAHİBƏ Adalet.az | “Əli Kərimlinin kreslosundan qopmasını, müxalifətdə yenilik olmasını istəyirdim” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Əli Kərimlinin kreslosundan qopmasını, müxalifətdə yenilik olmasını istəyirdim” - MÜSAHİBƏ

Razi Nurullayev: “Cərimələri ödəməyə bir ömür yetməz”

73455    |   2017-03-16 17:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevin Adalet.az-a müsahibəsi.

-Razi bəy, 2017-ci ilin 3 ayı geridə qalıb. Bu dövr üçün ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- Hazırda ölkədə siyasi vəziyyət ağır olaraq qalmaqdadır. Mən bunu iqtidar və müxalifət arasında olan dərin uçurumla əlaqələndirirəm. Bu uçurum siyasi arenanı bir növ passiv duruma gətirib. Sosial və iqtisadi vəziyyətə gəlincə bu sahədə də ürək açan heç nə yoxdur. 2016-ci ilin sonunda baş qaldıran problemlər 2017-ci ilə də keçib. Ancaq 2018-ci ildə ölkədə prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq onu deməyə əsas var ki, ilin sonlarına yaxın siyasi sahədə müəyyən canlanma olacaq. Artıq bu istiqamətdə müəyyən işlər görülür. Bizim partiya da "2017-ci ili "Siyasi dəyişiklər ili” elan edib. Düşünürük ki, həyata keçirilən işlər ümumilikdə vətəndaşların siyasətə inamını qaytaracaq. Vətəndaşlarla siyasi partiyalar arasında olan mövcud inamsızlıq aradan qaldırılacaq. Hazırda bununla bağlı iş planımız var. İş planına uyğun olaraq fəaliyyətimizi davam etdiririk.

-Siyasi dəyişiklik deyəndə nəyi nəzərdə tutursunuz?

-Təcrübə göstərir ki, ölkədə keçirilən seçkilərdə müxalifət ya iştirak etməyib, iştirak edibsə belə nəticə əldə edə bilməyib, nəticə alınmayıb. Bütün bunlar isə insanların seçkiyə və siyasətə münasibətini dəyişdirib. Bir növ inamsızlıq yaranıb. Bizim hədəfimiz isə ondan ibarətdir ki, seçkilərə qatılıb gələcək qələbələrimizin təməlini qoyaq. Vətəndaşlarda seçkiyə, siyasi partiyalara inamı aşılayaq. Bu baş verdiyi təqdirdə vətəndaşlarda siyasətə və seçkiyə münasibət dəyişəcək.

-Müxalif cəhbədə yer almağınıza baxmayaraq nədənsə aksiyalar keçirmirsiniz. Ümumilikdə aksiyaların keçirilməsi üçün zəmin varmı?

-Azərbaycanda mitinqlərin bir məkanda keçirilməsinə razılıq verilir. Amma, digər aksiyaların keçirilməsi mümkün deyil. İcazəsiz və razılaşdırılmamış aksiyalar keçirdikdə isə cərimələr o qədər yüksəkdir ki, bunu ödəmək üçün indiki qazancımızla bir ömür yetməz.

-Nəticə etibarilə onu demək olar ki, vətəndaşlar da bununla razılaşıb...

-İnsanlarda müəyyən qorxu və inamsızlıq hissi var. Bu gələcəyə ümidsizliklə bağlıdır. Hələ də vətəndaşlar qərar verməyib ki, onun önündə hansı lider gedə bilər. Hazırda müəyyən dəyişikliklər baş verməkdədir. İnsanların davranışında, danışığında və münasibətində hiss olunacaq dəyişikliklər əmələ gəlir. Uzun çəkməz insanlar kimin arxasında gedəcəyini də müəyyənləşdirəcək. Ola bilsin ki, bu bir neçə nəfər də olsun.

-Bir neçə nəfər deyəndə kimləri nəzərdə tutursunuz?

-Mən ad çəkmək istəmərəm. Ancaq özümüz buna iddialıyıq. AXCP-nin yeni formatda fəaliyyətindən, müxalifətlə bağlı problemləri dilə gətirəndən sonra Azərbaycanda yeni vəziyyət yarandı. Demək olar ki, bütün partiyalarda inqilabi vəziyyət hökm sürür. Biz nə istəyirdik? Təbii ki, 10 illiklərdir ki, kresloda qalan insanlar kreslosunu təhvil verməlidir. Əgər biz Yeni Azərbaycan Partiyasını uzun müddət hakimiyyəti saxlamaqda ittiham ediriksə, özlərini müxalifət liderləri sayanlarn əksəriyyəti 80-ci illərdən qalma eksponatlardır. Elə buna görə də Əli Kərimlinin kreslosundan qopmasını, müxalifətdə yenilik olmasını istəyirdim. Yenilik yoxdursa, biz xalqı necə inandıra bilərik. Bütün siyasi partiyaların nizamnamələrində müddətsiz sədr seçilməsi məsələsi öz əksini tapıb. Belə olan halda xalq buna inanarmı? Biz 18 oktyabr 2015-ci ildə keçirdiyimiz qurultayda AXCP-nin nizamnaməsini dəyişdik və yeganə partiyayıq ki, nizamnamə tələbinə uyğun olaraq sədr 2 dəfədən artıq seçilə bilməz. Bu bizimlə yanaşı digər partiyalarda da həyata keçirilməlidir. Əgər biz xalqın inamını, etibarını qazanmaq istəyiriksə buna getmək lazımdır.

-Partiyanın adı ilə bağlı məhkəmə məsələsi nə yerdədir?

-Bu məsələ havadan asılı vəziyyətdə qalır.

-Razı bəy. Səfirlik və beynəlxalq təşkilatlar AXCP sədri kimi sizi tanıyırmı?

-Ədliyyə Nazirliyinin bu məsələ barəsində konkret qərar verməməsi müəyyən problemlərə yol açır. Təbii ki, bir sıra səfirliklər və beynəlxalq təşkilatlar qərar verməkdə çətinlik çəkirlər. Sizə bir məsələni deyim ki, hələ mən ənənəvi müxalifətlə bir yerdə olanda ənənəvi müxalifətin. O cümlədən "Yurd” sədri Əli Kərimlinin (Razi Nurullayevlə bərabər AXCP adına iddia edən Əli Kərimlini nəzərdə tutur. Müəllifin qeydi) beynəlxalq təşkilatlar və səfirliklər tərəfiindən qəbul olunmadığının şahidi olmuşdum. Bu gün bir sıra səfirliklər onunla görüşə bilər. Ancaq bunlar da formaldır. Ümumilikdə isə səfirlik və beynəlxalq təşkilatlar müxalif düşərgədə olan daxili ziddiyətlərdən narahatdırlar.

-Əli Kərimli sosial şəbəkələrdə aktivdir. Hər statusunda kifayət qədər bəyənmə, kifayət qədər paylaşım olur. Üstəlik xaricdə fəaliyyət göstərən TV ilə öz sözlərini deyirlər. Bununla bağlı hər hansı addım atırsınızmı?

- Əli Kərimli mənim gündəmimdə yoxdur. Sosial şəbəkələrdə təsadüfən qarşıma çıxmayınca maraqlanmıram. TV-nin fəaliyyətinə gəlincə bu işin arxasında ciddi maliyyə qaynağı durur. Bu qaynaq həm ölkə daxilindən həm də xaricdən formalaşır. Əli Kərimlinin həm daxildən həm xaricdən ciddi maliyyə qaynaqları var.

-Azərbaycanda tək-tük partiya sədri var ki, qoruma ilə gəzir. Onlardan biri də sizsiniz. Nə rəvac verir ki, qoruma ilə gəzirsiniz?

-Mən deməzdim ki, qoruma ilə gəzirəm. Onlar partiyanın üzvləridir. Bir zamanlar mənim həyatıma ciddi təhlükələr var idi. Hətta məni ölümlə hədələyirdilər. Bu hədələr bugün də öz aktuallığını qoruyub saxlamaqdadır. Mən bunları ictimailəşdirmək istəmirəm. Araşdırmalarım zamanı məlum oldu ki, bunlar "Yurd” zombiləri tərəfindən körüklənir. 100-lərlə saxta profillərdən istifadə etməklə mənə şər və böhtan yağdırmaları bir sıra insanların mənə qarşı münasibətinin dəyişməsinə səbəb olmuşdu. Ancaq xalqımız qədirbilən xalqdır. Sonradan bunun məqsədli iş olduğunu bildilər. Nəticədə, bu iyrənclikləri təşkil edənlər özləri pis vəziyyətə düşdülər.

-Onda belə demək olar ki, yaxın vaxtlarda sizi qorumasız da görmək olar...

-Sadəcə işdə olanda belə olur. Ailəmlə harasa gedəndə qorumaya ehtiyac olmur.

-Partiyada işlər necə gedir?

-Partiya daim inkişafdadır. Sosial və siyasi problemləri əldə olan resurslar vasitəsi ilə dilə gətiririk. Rayon şöbələrimiz yerindədir. İnternetin verdiyi imkanlardan yararlanaraq ictimai rəyə təsir edə bilirik. Məsələn, partiyanın da siyasi dəstək verdiyi internet televiziyası olan Talk Tv ciddi uğurlara imza atıb. Onlara bu kiçik üçotaqlı ofisimizdə yer vermişik. Burada yerləşsələr də müstəqil fəaliyyət göstərirlər. Fikirlərimizi bu TV vasitəsi ilə də cəmiyyətə çatdırırıq. İstəyimiz odur ki, Azərbaycan müxalifəti güclü olsun. Hakimiyyətə təklif və tövsiyyələrini qəbul etdirə bilsin. Biz olmasaq da digərləri olsun. Ancaq müxalifət öz sözünü həyata keçirə bilsin. Bu istiqamətdə bütün partiyalarla da əməkdaşlığa hazırıq. Əməkdaşlıqla bağlı işlər də aparırrıq. Ümid edirik ki, yaxın vaxtlarda nəticə olacaq. Artıq prosesə start verilib.

-Əməkdaşlıqla bağlı siyasi partiyalara ünvanladığınız məktublara cavablar necə olur?

-Danışıqlarımız olur. Konkret olaraq nəticə yoxdur.

-Müxalif siyasi liderlərlə 2018-ci ildə siyasi blokun yaratması məsələsi ətrafında hər hansı məsləhətləşmə və müzakirəılər olubmu?

-Çabalarımız var. İstəyirik ki, belə bir blok yaradılsın. Danışıqlar da gedir.

-Partiyanın saxlanması xərclərini necə saxlayırsınız?

-Partiyanın saxlanılması üçün elə ciddi maliyyə vəsaitimiz yoxdur. Yalnız bu oturduğumuz mərkəzi ofisimiz var. Burda olan insanlar isə ictimai əsaslarla fəaliyyət göstərirlər. Heç bir rayon təşkilatımızın da ofisi yoxdur.

-Regionlarda ofislə bağlı rayon rəhbərliyinə müraciətləriniz olubmu?

-Olub. Ancaq müsbət cavab almamışıq. Patiya üzvlərimiz əvvəllər çayxanalarda toplaşırdılarsa indi buna da imkan verilmir. Gizlənparç oynayırıq. Kimin evində şərait varsa müzakirə və toplantılar orda keçirilir.

-Belə görünür ki, icra başçılarından narazısınız...

- Rayon icra hakimiyyətləri fərqlidir. Bəzi icra hakimiyyətləri qəddar, dözümsüz, barışmaz və dünya görüşü çox zəifdi. Ona qızıl xırdalayasan başa düşməyəcək. Ancaq bəzilərinin az-çox dözümlülüyü olur.

-Regionlara səfərlərinizi planlaşdırırsınızmı?

- Regionlara səfərlərim olur. Bir başa partiya ilə bağlı getməsəm də olur. Əvvələr buna cəhd etdim. Orda olan görüşə gələn insanları təhlükəyə atdığımı gördüm. Onlar bizdən sonra incidilirdilər. Bu məsələlərdən iyrəndim. Bu gün biz onlara kömək edə bilmiriksə, heç olmazsa onların həyatını ağırlaşdırmamalıyıq.

Ədil Ədilzadə




İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK