Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İradə TUNCAY: Hər bir TV yaxşıdır ...Hansını istəsən ... keç... Adalet.az | İradə TUNCAY: Hər bir TV yaxşıdır ...Hansını istəsən ... keç... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İradə TUNCAY: Hər bir TV yaxşıdır ...Hansını istəsən ... keç...

71634    |   2017-02-11 12:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İki "T" söhbətini bir az arxaya çəkim... Deyəcəm bunu da... Hələlik aparıcı söhbətini davam edərək söyləyim ki, aparıcı "Sima" deməkdi. Və simanın tanınması deməkdi. Nə qədər tanınırsansa nüfuz o qədərdi. Mədəni sözlərdən danışsaq Opra Uinfrinin simasını dünyanın 117 ölkəsində tanıyırlar. Bu da Amerika xülyasının tərkib hissələrindən biridi. İrqçilik, onun tarixdə qoyduğu izlər və bu gün bunun unudulması cəhdlərindən biridi çox sayda qaradərili ulduzun olması. (Düzünü deyim, mən, məsələn, fikirləşirəm ki, indiki Amerikanın qaradərili vətəndaşları quldarlığa minnətdar olmalıdı. Məsələn, elə Obamanın babalarını 300-400 il əvvəl qul edib Afrikadan Amerikaya gətirməsəydilər indi o da başqa afrikalalılar kimi budaqdan-budağa tullanıb banan dərirdi). Bu siyasətdi. Lap dərin siyasət isə toplumu siyasətdən uzaqlaşdırıb öz gündəlik işlərinə yönəldir. Amerikada ulduzlar bu prinsip əsasında yaradılır. Yəni əslində tanınan Opranın siması deyil ki - mənsub olduğu studiyanın, şəhərin, yekun nəticədə ölkə əhalisinin, ölkənin qüdrətinin göstəricisidi. O aparıcı ölkəni təqdim edir dünyaya.

Kamera! Motor! Başladıq! Yoooxxxx, olmadı. Bir aparıcıdan ibarət deyil ki, proqram... Komanda söhbəti var.

Hər yeni proqram (normal halda bütün işlər kimi. Sözgəlişi deyirəm - yəqin anladınız) ideyadan və ideyanı həyata keçirəcək komandanın nüvəsindən başlanır. Komandaya isə redaktor, rejissor və prodüsser daxildi. Müəlliflərin seçilməsi, aparıcı üçün informasiyanın toplanması, lazımdısa müsahibə üçün sualların, mətnin hazırlanması, proqramı tamaşaçıya tanıtdıracaq materialların yazılması redaktorun vəzifəsinə aiddi. Mətnə qulaq asmaq, baxmaq, kəsmək... Bu vəzifələr hər kanalda bir az fərqli çalarlar alır. Deyək ki, informasiya, xəbər yüklü, sırf siyasi proqramlardan başqa əyləncə və təəssürat janrı var dünya kanallarında. Bu TƏƏSSÜRAT (impressiya yəni) sözünü yadda saxlayın, qayıdacağıq buna... İdeya düşünüləndən sonra redaktor və rejissor inkişaf etdirir bunu - məqsəd, məram, vasitələr aydınlaşır, aparıcının kim ola biləcəyi perspektivi müəyyən olunur. Ssenari dərindən analiz olunur, loru desək, lap quymaq kimi yumşaq hala gətirilir ki, komandanın digər üzvləri də rahatlıqla uda bilsin bunu, nəticəyə təsir edəcək şəkildə. Redaktor da komandada işləməyi bacarmalıdı və sevməlidi. Geniş dünyagörüşü, savadı, cəmiyyətdə baş verən proseslər haqqında ətraflı məlumatı olmalıdı, janrların istiqaməti, mənbələrin seçilməsi, texniki sahəni (televiziyada ) və danışıq dilini, həm də yazı qaydalarını bilməlidi. Birbaşa işidi yaradıcılıq və nəzarət, insan obrazının yaradılması, mədəniyyətlə texnologiyanı sintez etmək.

Rejissor isə heç nədən konfet düzəldib, lap darıxdırıcı hadisəni çox əyləncəli süjetə çevirən insandı. O ekranın sahiblərindən biridi - əlindəki gili gözəl vazaya çevirən adamdı. Onun təfəkkürü görünənləri planlayır, idarə edir. Ssenaridə yazılmış hissləri, emosiyaları tamaşaçıya o yaşadır. Ekranda görünən hər rəsm üçün o məsuldu operatorla birgə. Gördüyünüz kimi, bu da komandada işləmək bacarığı tələb edir. Hansı nəticəyə gəldik? Komanda işidi televiziya, amma bu komanda əmioğlu, dayıqızı, bibiqızının nəvəsindən təşkil olunmur. Ölkədəki istedadlı adamlardan seçilir. Seçilir ki, dünyaya, şəhərə, qəsəbəyə, kəndə, hər evə göstərə biləsən (yəni belə olmalıdı demək istəyirdim).

Nəyi göstərəsən? Varmı? Əlbəttə var. İnsanın təməl istəkləri də var - o özünə aid hər xatirənin özləmi ilə yaşayır. Öz televiziyasına baxmaq istəyir... Sevmək istəyir... Sevilənlər isə var...

Savaş meydanını xatırladan, baş qəhrəmanı "Qalmaqal" olan televiziyalarımızın setkasında "Sevilənlər" proqramı da var axı. Nə gözəldi amma yaxşı adamlarla sakit söhbətə qulaq asmaq. Sevilənləri görmək. Sanki ilk dəfə görürmüş kimi görmək. Həyatda olan və haqq dünyasında olan, amma daxildən gələn işıqları hələ də sönməyən, sənətini sevən -sevdirən insanları dinləmək. Dövrün qəddar gerçəkləri içində onlar üçün darıxmaq. Hər insanın həyat hekayəsinin saplarından yeni hörgülər hörmək, bəzən stereotipləri dağıdıb da yeni obraz formalaşdırmaq. İnsanı yaralamadan, ehmalca qəlbinə girə bilmək. Hətta xoş olmayan bir qonağı da istədiyin məcraya yönəltmək. Fərqli sahələrin kadrlarına fərqli rakurslardan müxtəlif planlarda baxmaq. TƏƏSSÜRAT...

Ölkəyə və onun insanına pozitiv baxış. Biz beləydik və qalır içimizdə belələri. Onların əməlləri böyük idi, bərkdən qışqırmırdılar. Nəciblik ölməyib!!! Və yalnız belə proqramların verdiyi mesajlarla bu sərsəm dünyada yaşamaq şansımız olacaq. Proqramı izləyənlər aparıcını görür və tanıyır - Nərgiz Cəlilova. Uzun illərin dostluğu var aramızda - vasvası (sözün məsuliyyət, ciddiyyət anlamında ) Nərgizlə işləməyin necə çətin olduğunu bilirəm. Amma dedim axı, TV komanda işidi - burda Afaq Vasifqızı kimi savadlı redaktor var, Teymur Quliyev kimi təcrübəli rejissor var. Hər üçüynən bir otaqda oturmuşam uzun illər. Söhbətlərimizi xatırlayıram - bu adamların hər üçüynən istənilən mövzunu müzakirə etmək olar .

Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Tofiq Quliyev, Vasim Məmmədəliyev, Nəriman Həsənzadə, Rasim Ocaqov, Amaliya Pənahova, Azərpaşa Nemət, Firəngiz Əlizadə, Sənubər İsgəndərli, Eldar Quliyev, Xoşbəxt Yusifzadə... İki ildə 100-dən çox proqram gedib efirə. Təsadüfi bir ad gördünüzmü burda? Atamla bağlı proqramın hazırlanması prosesində Afaqla bəlkə 40 dəfə detalları dəqiqləşdirmişdik. Çəkiliş vaxtı mərhəmətlə ürəyimdə "can" dedim dostlarıma - bilirdim montajı ağır olacaq. Amma həm də arxayın idim. Peşəkarlığa, savada, məsuliyyətə arxayın idim... Onların mövzuya olan hörmətindən başqa, həm də özlərinə olan hörmətinə arxayın idim. Yuxarıda sadaladığım peşə xüsusiyyətləri vardı haaaa - bax, burdadı həmin nüvə. Deməli, mümkündü. Sadəcə əmiqızı, dayıoğlu prinsiplərindən uzaq durmaq lazımdı. (Toplumun dostbazlıq prinsipindən geri qalmadım deyəsən. Amma bu mənim dostlarım, o da sizin... Necə deyərlər "hərənin öz kruqu var da"). Deyək ki, Dövlət Televiziyasının böyük arxiv imkanları, texniki bazası var. Yenə yuxarıda dediyim TƏƏSSÜRAT janrı üçün bunlar ümdə şərtlərdi. Çox vacibdi bu gün həmin janrı yenidən sevdirib reytinq qazandırmaq. Anası ölmüş reytinq qaçaq düşüb deyir... Niyə? Özbaşınadı? Başqa sahələr necə, bu da elə...

                                                                   ***

Filankəs ağıllı adamdı, onun kimi ol - indi dəb olan virtual şüar...

Həəəə, gəldik əsas söhbətə - kimdi ağıllı? Təhsildən danışmağa neçə-neçə ağlamalı proqram yaradıb ulduz yaratmaq olar eee... Olarmı? Yox, deyəsən səhv elədim. Elə tamaşaçı formalaşıb ki, təhsil üçün ağlamaz, amma Rusetdə hansısa Tanyaynan tapışan, evindən qaçan, iyirmi ildə bir dəfə ailəsini arayıb-axtarmayan adamın ekspertlər tərəfindən müzakirəsi ağladır onu. Ühühühü... Və bu anda reklam girir araya - ağlayan qadın da kiriyir. İndi sevinc vaxtıdı tam - filan yerdə xəz kürklər var, götürün bəylərinizi aparın ora, alsınlar sizə. ???!!!! Yüz faiz ağlayan və ağlamayan hər qadının beynində bir qığılcım yarandı - kürk? O da istəyir kürk - kimdən əskikdi? Təməl istəkləri var, demişdim axı insanların. İnstinkt. Məsələn, mağarada yaşayan insan ovlanmış heyvanın ətindən, sümüyündən, dərisindən istifadə edirmiş . Özü ovlamayıbsa qəbilədəki başqa adamı öldürüb sahiblənirmiş buna. Kürkü olurmuş onun. Bir yumruqnan, daşnan... Əlində nə varsa... Mağara insanı məktəbə getmir, maaş almır, ən əsası televizora baxmır. Kürk ona soyuqdan qorunmaq üçün lazımdı. Fors eləmək üçün yox. Təməl istəklərin üstünə televizorda gördüyü "istəklər" gələndə vəziyyət dəyişir - məktəb yox, bilik yox, savad yox, düşünmək yox, amma yeni texnologiyalardan istifadə edə bilir, ən azından telefondan. Ağıllı telefonlar var bəşəriyyətin düşüncəsiz toplumları üçün - "İstəkləri" istəyir. Amma düşünməyə gücü çatmır, o ancaq görüntülərlə yaşaya bilir. Ona fikirləşmək öyrətməyiblər. "Baş əy" deyiblər ona. Amma başıyla bərabər beyni də əyilib. Biri deyir gül - gülür, alqışlayır. O biri deyir ağla - ağlayır, alqışlayır. Onlarla şəkil çəkdirir, onları necə sevdiyini deyir ,"Allah sizi bizə çox görməsin" deyir vəəə axşam gedib saxta niklərdən internetə girib söyür!!!! Söyür nədi, hədələyir !!! "Az qalıb, başınızı kəsəcəyik " !!! (Kürk istəyir !!! Amma bunu demir ) "Sizə olar, bizə yox?" . Ta kim nə qədər oxuyub hansı yerə gəlib, bu artıq maraqlı deyil (görür axı başqa cürdü, fikirləşir tale amansız olub ona qarşı. Onun da orasını-burasını əməliyyatla düzəltsələr o da "ağıllı" olar). Faktiki bu showlar ideoloji proqram halına gəlib ölkədə. Ancaq orda deyilən sözlərə inanırlar və sosial şəbəkələrdəki söyüşlərə. Ciddi proqramlara baxmırlar!!! (Qərar, qətnamə, sərəncamların məhz showlarda elan ediləcəyi gün uzaqda deyil kimi görünür . Təsəvvür edin, məsələn, Mikayıl gəlir əlində hansısa sərəncam - Gəldi eee, gəldi!!! Əl çalın, oynayın...) Baxırlarsa reytinq söhbəti nədi o zaman? Ya da baxıb ələ salırlar - televizornan danışan adamlar var nə qədər... Eşitdiyi hər sözə "yalansa sənin..." deyən... Və sonra bunları sosial şəbəkələrdə qusan... Adını yazanda beş hərf səhvi edir, amma iddiası "kürkdü"... İnqilab ediblər artıq TV-lər və Təhsil sistemimiz. Rəngli olmasın, kriminal olsun... Həbsxanada "bankadan" hamilə qalan qızı xatırlayırsınız? Az qalmışdı Janna Dark elan eləsinlər, təkliflər gəlirdi "serial çəkilsin bu qızın həyat və fəaliyyəti haqqında". Və güman etməyək ki, elə klaviatura qəhrəmanlarıdı bu adamlar. Marağı olan qüvvələr onları nəzarətdə saxlayır və gərəkli olanda istifadə edirlər... Beyinləri yuyulub. Təhsil yoxdu... Elə bilirsiz yaxşıdı bu - öz TV-lərinə baxmamaq? Sizə baxmır, ölkəyə düşmən olanlara baxır. Onlara inanır. Düz sözünüzə də inanmır. Alternativ fikir olmayınca baxmayacaq da... Hər şey gözəl deyil həyatda - "ühühü" deyənlər deyir "dərdli" adamlar var... İnanmamaq olmaz, reytinqi var!!!

                                                                    ***

İki "T"... Təhsil və Televiziya. Ən çox müzakirə olunan, gündəlik həyatın bir parçası. Görün elə son günlər təhsillə bağlı nə qədər qalmaqaldan yazdılar - olub demədim haaa. Yazdılar dedim. Artıq bu reality showların yetişdirdiyi insanların fikirləridi. Belə izlənim yaranıb ki, məktəbdə uşaqlar və müəllimlər dərsdən başqa nəylə desən məşğuldular. Hadisə olan anda - arxasında duracaq təşkilat geri çəkilir. Çixartdıq işdən filan direktoru! Nə tez? Öyrəndinizmi - bəlkə şərdi, böhtandı? Televiziyadakı süjetdən sonra direktor infarkt keçirir... Direktor şagirdini zorladı - heç nə məlum deyil, şəkili paylaşılır və linç başlanır. Necə oldu bu hadisə? Kimdi fikirləşən? Hurreeey, vurun getsin... Fikirləşmək üçün ağıl lazımdı, təhsil lazımdı... Qapalı dairə... Televiziya güzgüdü... Çox işlənir bu söz. Bəs, necə güzgüdü? Əyri, ya doğru? Biz kimik? Fikrət Əmirov, ya Fəlakət? Bəlkə bir qərara gələk ? Fəlakətin reytinqi Fikrət Əmirovdan üstündü... ...Fəlakət yaxşı oğlandı, onun kimi OL! Ya da Öl canın çıxsın...

Pafos deyil ee bu. Kriminal toplumdan qorxudu. Artıq bu showların hesabına yaşlı adamlar da ailə üzvlərini şantaj edir - bax, çıxaram filankəsin proqramına haaa!!! Qadınlar kənddən qaçır şəhərə, ərini bəyənmir... Deyirlər ki, bütün dünyada var da belə proqramlar - var əlbəttə. Amma orda çox şey var. Yarımçıq niyə götürək ki ? Biz buna hazır deyilik , dövlət tariximiz gəncdi, toplum formalaşmayıb. "Potyomkin" kəndləri ifadəsi var - cənab Cabbarovdan soruşun desin, mütləq bilir. Televiziya da həmin kəndlərdən biridi. Onda hamısı eyni olsun da, hərəsi bir cürdü axı? Biri deyir dərd yoxdu, biri deyir var...

Sokrat deyir - danış, tanıyım səni. Kim danışsın? Ustudyalardakı "çıqqılı tuman" qızlar? (ifadə bir rəfiqəmə aiddi. Müəllif hüquqlarını qoruyuram) Şeir deyən ədəbiyyatdan xəbərsizlər? Bomboz siyasi şərhçilər?.. Bunu da soruşum, obrozovonski aparıcılar sınıq-salxaq Türkiyə türkcəsində danışacaqdılarsa ta filmləri niyə eybəcər dildə dublyaj edirdiniz ki?

Yenə mədəni sözlərdən gəlsin - bütün dünyada informasiya yüklü proqramları, populyar showları bəlli bir yaşı olan, təcrübəli insanlar aparır. Larri Kinq 76 yaşına kimi efirdə oldu, Opra Uinfri 64 yaşında... Rus kanallarında eyni vəziyyət... Nazirlər cavan ola bilər, amma TV ideologiyadı. İnanmaqdı bu ideologiyaya... Ta ardını yazmıram... Nazir nəyinə lazımdı tamaşaçının? Nazirin elədiklərini TV - çatdırır da... İnadırmaq da onun vəzifəsidi . Əgər kadr yoxdusa (var təbii - sadəcə əmioğlu deyil ) ideologiya ilə zarafat halına salmaq?!. Vallah da, billah da kiməsə məsləhət verəsi halım da yoxdu, həvəsim də... Amma artır "kürk" istəyənlər... Publikanı qaçanlar, qovanlar gün-gündən daha çox maraqlandırır - hər kəs özünü, öz şəxsi həyatını görür elə bil orda. Aldadılmış və təhqir olunmuş qismində. Burda isə göz yaşı mütləqdir. Sonra da intihar gəlir, ya da kimisə bıçaqlayıb öldürmək... Bunun nə psixoloji, nə də estetik əhəmiyyəti var...

                                                                      ***

Komanda söhbəti hər sahə üçün keçərlidi... Hər ölkənin nə qədər inkişaf etdiyi onun yüksək təbəqə insanlarının nə geyindiyi, necə danışdığı, nəyi bildiyi ilə ölçülmür. Əhalinin hansı şüurda, hansı dərrakədə olmasıdı vacib olan... Hələ iqtisadi vəziyyəti demirəm ... UÇURUMU İSƏ TƏHSİL VƏ TELEVİZİYA YARADIB...

Bilirəm eee yoruldunuz... Elə mən də... Vaxtınızı halal eləyin. Çox adam dedi bunu mənə - niyə yazırsan ki? Böyük adamlar da yazdı - nə dəyişdi? Deməli, o qədər vacib işlərinin içində bu mövzuya toxunublarsa alqış düşür onlara.

Hələ nə yazdım ki? Nələr, nələr qaldı... Yuxu kimiydi... Yenə də ayıldım kameranın qarşısında.

Nəsə dəyişəcəkmi? Yox!!! Qırx səbəbdən birincisi - bunu heç kim istəmir... Çünki komanda söhbəti var... Amma biz Çaydan deyilik... Kadr da var, bunu hər planda göstərəcək rakurs da...

Kamera! Motor!.. Bitdi!!!

Yazının əvvəllini BURADAN oxuya bilərsiniz.

iradetuncay@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK