ANA SƏHİFƏ / YAZARLAR

ÜŞÜYƏN XATİRƏLƏR

Əbülfət MƏDƏTOĞLU

29971    |   2016-12-09 11:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hələ ki onlarla isinirəm

Hava qəflətən dəyişdi. Əslində heç qəflətən də deyildi. Az qala on gün idi ki, simləri tez-tez dəyişirdi – gah aşağıda çalırdı, gah yuxarıda. Necə deyərlər, «mesajını edirdi» bizlərə. Elə bu «mesajı edirdi» sözünü dilimə gətirəndə yadıma bir lətifə düşdü. Onu ustad Hüseyn Arifin adı ilə də bağlayırlar. Amma nə qədər doğrudur deyə bilmərəm. Lətifə belədir ki…

Deməli, günlərin birində Əzrayıl hazır olur bir Allah bəndəsinin qarşısında və deyir:

- Dur gedək!

Allah bəndəsi bir aşağı baxır, bir yuxarı baxır və deyir:

- Bu boyda da namərdlik olar? Gəlməmişdən bir xəbər göndərərdin, mən də hazırlığımı edərdim. Heç olmasa əlimdəki işi bitirərdim.

Əzrayıl halını pozmadan deyir:

- Sağdakı qonşun Məmmədi tanıyırdın?

Bəndə dərhal cavab verir:

- Əlbəttə, Allah rəhmət eləsin.

Əzrayıl:

- Onu keçən ay apardım. Soldakı qonşun Qulamı tanıyırdın?

Bəndə yenə dillənir:

- Əlbəttə, Allah rəhmət eləsin.

Əzrayıl yenə halını pozmadan:

- Onu da keçən həftə apardım. Day bundan başqa nə cür xəbərdarlıq edəydim sənə?

Bəndə susur…

Bəli, indi hava da bizə müxtəlif simlərdə ismarıcını elədi. Gah isti oldu, gah qəflətən soyuq, gah yağış, gah tufan… Bütün bunlar xəbərdarlıq idi də… Bütün bunlar qarın gəldiyini söyləyirdi də - həm bizə, həm də başımızın böyüklərinə. Nə isə… dərd hava dərdi deyil. Dərd bu havada üşüməkdən necə qorunmağın dərdidi. Lap bir az da dəqiqliyə getsəm, heç üşüməkdən qorunmaq da dərd deyil. Yəni olub-qalanını geyinəcəksən, yorğanına, adyalına bürünüb bir küncdə oturacaqsan. Dərd üşüyən ürəyin, üşüyən ruhun dərdidi. Onu isitmək üçün o üşüyən ruh qədər, üşüyən ürək qədər də odlu-alovlu ürəyin, ruhun atəşi gərəkdi sarılsın bir-birinə, söykənsin bir-birinə… dursun göz-gözə, dursun nəfəs-nəfəsə və qalib gəlsin təbiətin çılpaqlığına… qalib gəlsin duyğuların pozulmuş nizamına… qalib gəlsin özünə, sözünə, bütövlüyünə…

Bəli, bu fikirlərin arxasınca düşüb getmək bəlkə də sizə xoş gəlməyəcək. Amma mən son vaxtlar daha çox baş verən hadisələrin mahiyyətində, cizgilərində, hərəkət mexanizmində öz iç dünyamın çırpıntılarını, düşüncələrini, istəklərini, lap hansısa xırdaca bir iynə ucu vintini görmək istəyirəm, tapmaq istəyirəm. Bəlkə də bu dəlilikdi, bəlkə də özündənmüştəbehlikdi… lap bəlkə də xəstəlikdi... nə bilim. Amma hər nədisə mən öz içimin diqtəsinə uyub ətrafda qurduğum xəyalın, içimdə daşıdığım aləmin, beynimdə cilaladığım düşüncələrin oxşarını, bənzərini, eynisini və yaxud da kiçicik bir nöqtəsini tapmaq üçün sinov gedirəm. Elə bilirəm onu tapsam, bəlkə nə isə dəyişdi.. bəlkə nə isə baş verdi.. və bəlkə o nə isə məni ümidləndirdi. Amma neyləyim ki, mən soraqlayıram, mən axtarıram, zaman isə öz axarındadı. Mən bu axara necə «dur!» deyim, necə «dayan!» deyim bilmirəm. Bildiyim odur ki:


Gözümü yumuram

içində

gözümü açıram

önündə

ötən anlarımda,

günümdə

səninlə

göz-gözə

üz-üzə

dayanıram, dururam…

mən

səndə yaşayıram

səndə

özümü unuduram-

bunu

sən istəməsən də!..


***

Var-gəl edirəm. Bu, havanın soyuq olmasına bir işarə deyil. Ona görə var-gəl edirəm ki, özümü axtarıram. Kimdənsə soruşmağa utanıram. Necə soruşum ki, məni görmüsünüz? Təsəvvür edin ki, belə bir sualla sizə müraciət edirəm. Onda mənə necə baxarsınız? Bax, onu təsəvvür edib ehtiyatlanıram və heç kimdən məni görüb-görmədiyini soruşmuram. Özüm özümü axtarıram var-gəl edə-edə, fikirlərimi dağa-arana daşıya-daşıya. Və bir də dəftər-kitabın, kağız-qələmin arasına boylanıram. Fikirləşirəm ki, orda ilişib qalmış olaram. Adətən kitabxanada, kitab mağazalarında o qədər ilişib qalmışam ki... O yaddaşla baxıram kitab-dəftər arasına. Amma yox! Orada da yoxam. Deməli, mən çox-çox uzaqlardayam. Əgər yaxında olsaydım gözə dəyərdim, kimləsə qarşılaşardım. Heç olmasa dostlardan, tələbə yoldaşlardan kimsə halımı soruşardı, salam verərdi. Mən özümü görüb tanıyardım. Bax, bu məqamda rəhmətlik Vahid Əlifoğlu yadıma düşür. O bir dəfə mənə məktub yazmışdı. Yazmışdı ki: «Ayə, ay qağa, sənin nə ölümün var o Bakıda. Axtaranda da tapmaq olmur. Telefonuna da zəng çatmayanda ağlımdan yüz-yüz fikir gəlib keçir. Fikirləşirəm ki, bunu maşınmı vurdu? Küləkmi götürüb atdı dənizə? Yoxsa, gecəqondusu uçdu, qaldı altında?». Hə, Vahid, Allah sənə rəhmət eləsin! Vaxtında sənə qulaq asmadım, səni dinləmədim. Sözünü eşitsəydim, indi mənim də dörd yoldakı çayxanada küncün birində yerim varıydı. Oturmuşdum bir küncdə sənlə siqaret tüstülədib, çay içib böyük ədəbiyyatdan danışardıq. Amma qulaq asmadım. Yapışdım Bakının asfaltından. Axırda da elə asfalta da çevrildim tapdalana-tapdalana. Ruhumu hər kəs öz istədiyi kimi yabaladı, süngülədi, dəlik-deşik etdi…

İndi də ayağa durmaq, yerimək, bir az iri addımlar atmaq istəyirəm. Amma o təpərim yoxdu, o gücüm qalmayıb. Sən demə, o təpər də, o güc də dostlarımdan, Haqqa qovuşan üzü nurlu adamlardan ibarət imiş. Onlar öz gedişləriylə, öz köçləriylə mənim gücümü də, mənim təpərimi də apardılar. Amma yaxşı elədilər. Mən də onların dalınca gedəndə yüküm yüngül olacaq, tez gedib çatacam, yorulmayacam yolda… Nə isə…

Bəli, mən özümü axtardığım bir məqamda hardansa yadıma gəlib düşür və mən yadıma düşən o məqamı təkrar yaşamaq istəyirəm. Çünki onda mən var idim, onda mən özümü axtarmırdım hələ və səninlə göz-gözə dayanmışdım. Elə göz-gözə dayandığım məqamda da sənə demişdim bu misraları:


Çətin olacaq sənə

Kirpikdən yaş qoparmaq…

Bu yaşı da ovcunda

Məzar üstdə aparmaq-

Axı qatil özünsən!...


Hər dəfə düşünəndə

Səslənəcəkdi bir ah…

Ömrün boyu çiynində

Daşınacaq bu günah-

Axı qatil özünsən!..


Şəhər yer axtaracaq

Gözünü gizlətməyə

Hətta sənin özündən

Özünü gizlətməyə –

Axı qatil özünsən!...


Nə cavab verəcəksən

Dilin çaşıb ad desə

Bu adın qatilinin

Adın sənə yad desə-

Axı qatil özünsən!


***

Yaxın günlərin söhbətidi. Bir dostla günümüzü-güzəranımızı müzakirə edirdik. Elə istəyirdik ki, uyğun bir variant tapaq. Elə bir variant ki, sıxıntılardan, bizə olan basqılardan və nəhayət, qurduğumuz xəyallardan sevdiklərimizi müəyyən qədər qoruya bilək. Çünki bizim zəifliyimiz, hətta xəyalpərvərliyimizin özü belə sevdiklərimizə həmişə problem yaşadır, onları həmişə çətin duruma salır. Bizim xəyalımızla onların gerçək ölçüləri ziddiyyət təşkil edib. Bu da sonda könül qırıqlığına, ruh incikliyinə səbəb olubdu. Bax, bundan sığortalanmaq mümkün olmasa da, hər halda bir az qorunmaq, bir az daldalanmaq mümkündür. Amma nə qədər çalışdıqsa, uyğun bir variant tapa bilmədik. Buna həm zamanın sürəti imkan vermədi, həm də bizim maddi durumumuz. Ona görə də əlimizi utandığı cibimizdən çıxarıb elə bir-birimizə tərəf uzatdıq. Möhkəm-möhkəm sıxıb ayrıldıq. Başqa vaxtlar belə etmirdik. Heç olmasa cibimizdə utandığından gizlənən əlimizi müəyyən qəpik-quruşla sevindirib ikimiz bir masa arxasında ən azı iki möhtəşəm tost demək xoşbəxtliyini yaşayırdıq. Amma sən demə, bunun ömru bura qədərmiş. O da tarixin arxivinə üz tutub. Və biz onun arxasınca kədərli-kədərli baxırıq. İçimizdə nələr düşünürük, dilimizdə isə:

- Qalsın gələn dəfəyə, onda oturarıq! – deyirik.

Hə, havanın şıltaqlığı müxtəlif ovqatlar yaratsa da, mənim yadımdan mövzunun lap ilk cümləsində dediyim üşüməyi çıxarmır. Çünki ürəyim üşüyür, ruhum üşüyür. Və mən indiki hava durumunu yalnız cismin üşüməsi kimi qəbul edənləri gülməli adamlar sayıram. Və onlara özümü axtara-axtara gülürəm. Görəsən bu adamlar niyə özlərini isti bir yerə verib isinmirlər ki? Çayxanalarımız, kafelərimiz, barlarımız, nə bilim saysız-hesabsız əyləncə yerlərimiz… Ya da məhəllədəki qazanxanalar.. Gedib kürəyini söykəyirsən iri ölçülü boruların birinə və xumarlanırsan. Nə səndən pul istəyən yoxdu, nə də kimsənin yerində durmursan ki, desin bir az o yana çəkil…

Hə, mən bütün bunları dedim və bilgisayarda da yazdırdım. Siz də uyğun bilsəniz oxuyacaqsınız. Amma mən sizdən soruşduğum suala cavab ala bilmədim. Yəqin o cavabı nə vaxtsa tapsanız mənim ünvanıma mesaj atarsınız. Çünki mən qalan ömrüm boyu ancaq var-gəl edə bilmərəm. Nəhayət ki, dayanmalıyam, özümü tapmalıyam. Bax, indi bu dəqiqə hiss edirəm ki, göy üzünə doğru gedirəm və ordan qulağıma səslər gəlir. O səsləri sizə də mən pıçıldayıram. Yəni əslində onlar mənim anladığım dildə danışırlar. Ona görə mən sizə onu çevirib çatdırıram.


Bir həzin

musiqinin

sədaları altında

həm də

göyün

sonuncu qatında

başını

söykəyib sinəmə

sol əlimi

alıb əlinə…

sağ əlimi isə

ilgək edib

belinə

ağır-ağır

rəqs edir

havalanmış

xatirələrim…


Hə, nə vaxtsa bu pıçıltıları lap açıq-aşkar eşitsəniz ürpənməyin, narahat olmayın. Onsuz da bu həyatın üzü havanın üzü kimi çox soyuqdu. Sadəcə, o, kimləri çöldən üşüdür, kimlərisə içdən. Mən hələ ki, xatirələrlə isinirəm.




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK