ANA SƏHİFƏ / YAZARLAR

UÇQUN ALTINDA QALAN XATİRƏLƏR

Əbülfət MƏDƏTOĞLU

21712    |   2016-12-02 14:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onların səsini kimsə eşitmir

Birbaşa mövzuya keçirəm. Çünki daha "mus-mus" deməyin vaxtı ötüb keçib. Bıçaq sümüyə dirənib. Ona görə də "mus-mus"dan Mustafaya keçmək və gerçəyi də birbaşa söyləmək artıq qaçılmaz bir zərurətdi. Və mən də bu zərurətin az qala enini-boyunu dəfələrlə ölçüb-biçəndən sonra fikrimi açıq mətnlə ifadə etmək qərarını verdim. Və onu da deyim ki, bu açıq mətnlə çıxış etməyə məni yaşadığım sıxıntılar və bir də oxuduğum bir şeir məcbur etdi. Başlayıram sıxıntılardan...

Məlum olduğu kimi, Dağlıq Qarabağ hadisələrinin az qala ilk saniyələrindən atəşkəsə qədər o proseslərin içərisində oldum, hər üzünü gördüm. Bir gecənin içərisində, daha doğrusu, bir anda evim-eşiyim yandırıldı, alov göylərə bülənd oldu. Və mən onda üzümü Tanrıya tutub dedim ki, "harda oturmusan?", "niyə görmürsən bütün bunları?". Onun ardınca başqa bir şeirdə pıçıldadım. Yazdım ki:


Yandı evim, eşiyim

Yandı divarım, daşım...

İsit, qoyma üşüyüm -

İsit məni, göz yaşım!..


Təəssüf ki, səsimə göylərdən cavab gəlmədi. Heç "yuxarılar" da cavab vermədilər. Onda 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecə idi... Həmin gecə bir kənd kül oldu... Bir ev didərgin düşdü... şəhidiylə, əliliylə, zəliliylə, ayağı yer tutanıyla. Hər kəs o gecə canını və bir də övladını götürüb Füzuli şəhərinə səmt aldı. Burda sığınacaq tapdı. Mən və ailəm də o cümlədən. Sonra Füzuli şəhəri işğal olundu... Burdakı sığınacağımızı da külə döndərdi düşmən... Beyləqan şəhərinə yol aldıq... Uşaq bağçasına sığındıq... Burdan da bütün ölkənin cəmləşdiyi Bakıya gəldik... Yataqxana... sonra da gecəqondu... dörd dəfə yurd dəyişdim. Buna məni düşmən məcbur etdi. Kitab-dəftərlərim səpələndi bu yurd dəyişmələrdə. Üzülmədim. İçimdəki ümid o yolu bir də geri qayıdacağıma inam aşılayırdı mənə. Amma indi heç anlamadığım, ağlımın ucundan da keçirə bilmədiyim bir sıxıntı aldı başımın üstünü. Qışın nəfəsinin otaqlara dolduğu bir vaxtda yaşadığım ərazinin sökülməsi qərarı verildi!!! Gecəqondunun başının üstündə oynayan qılınclar yavaş-yavaş öz işini görməyə başladı. Artıq bir neçə qonşunun evi xarabalığı andırır. Buldozerlər öz işini görüb - sökhaçökdü. Bəlkə də siz bu yazını oxuyanda mənim hasarımdan içəri keçmiş olacaqlar. Hələlik isə...

Mənə bu yazını yazmağa vadar edən şeirin adı - "Sökülən evlər, ömürlər, xatirələr". O şeiri təkrar-təkrar oxudum və hər misranın alt qatına işıq salmağa çalışdım. Çünki misraların adama çox sadə görünən görkəmi ilk baxışdan o qədər də dərin təsir etmirdi. Sanki sıradan bir şey idi. Amma mən içində olduğum sıxıntının təsiri ilə təkcə bu şeirin adının, özündə nələri ifadə etdiyini çox aydın gördüm. Anladım ki, sökülən evlə birlikdə o evdə olan bir ömür də sökülür. O evin divarına-daşına hopmuş xatirələr də sökülür!.. Siz bunu düşünə bilirsinizmi?! Dişinlə-dırnağınla ev tikəsən, yuva qurasan və günlərin bir günündə o evi yandıralar, sökələr... sən ordan əl izlərini götürə bilməyəsən, sən o divarlardan nəfəsini qopara biləmyəsən... sən o evin tavanına sancılıb qalmış gecəyarıya qədər həmsöhbət olduğun ay-ulduza dediklərini kirpiklərinin ucundan ox kimi üzü yuxarı havalandıran baxışlarını, nəzərlərini gətirə bilməyəsən... Bütün bunları sən sonra hardan alacaqsan? Bütün bu xatirələri sonra hardan toplayacaqsan? Bütün bunları sonra hardan ipə-sapa düzəcəksən? Mən inanın ki, düşünməkdən, içində olduğum şokdan bir qərara gələ bilmirəm, bir çıxış yolu, bir ipucu tapmıram. Elə bil bütün dünya mənə qarşı yönəlib. Elə bil hər kəs mənim üstümə gəlir.

Bəli, mən dərd çəkməyi bacarıram, dərdə dözməyi də bacarıram. Hətta hələ 1992-ci ildə çap etdirdiyim şeirdə yazmışdım ki:


Dərdin

böyüyü-kiçiyi olmur

dərdin ölçü vahidi

ürəyin tutumudu...


Sonralar da dərdlə çox həmsöhbət oldum. Və hər dəfə də etiraf etdim ki, Allah dərdi dərd çəkənə verir. Amma deyəsən Tanrım da bezib məndən. Ona görə də dərd yox, əzab verir. Və mən də bu əzabın ağırlığı altında çapalaya-çapalaya "günahım nədir? - sualının cavabını araşdırmaq istəyirəm. Vaxtında doğulmamağımmı? Yerində doğulmamağımmı? Bəlkə...Hə, oxuduğum şeirin başlığındakı o alt qatın içərisindəki fikirlərə daxil oluram.


Sökmək, vurub dağırmaq asan -

Toz dumana qarışıb,

bir azdan sakitləşəcək,

xatirələrin avazımış rəngi kimi.


Bu bənd sökülən evin başına gətirilən faciənin ilk təsviridi. Həqiqətən toz-duman ətrafı bürüyür, həqiqətən içimdəki xatirələr solur, hardasa ölüm ayağına doğru yaxınlaşır. Və bunun ardınca bir ağır, hüzn dolu sükut hakim kəsilir. Həm sökülən evin yerinə, onun dağıntıları üzərinə, həm ev sahibinin iç dünyasına, həm də bu mənzərəni müşahidə edənlərin varlıqlarına. Və beləcə, yaradılmış mənzərə rəssam fırçasıyla sökülən evin fonunda bir xatirə buludu dalğalandırır... Qapqara buludunu... son dəfə yağacaq buludunu...


Sökülən evlərin yerində

daş-kəsək, solğun divar kağızları

görünəcək

min-min

dipdiri xatirələr qalacaq

uçqun altında.


Hə, çox kədərli bir mənzərədir elə deyilmi? O diri xatirələrin səsi, ünü sizin də qulaqlarınıza gəlib çatırmı? Siz o xatirələrin səsinə səs vermək üçün nəsə edirsinizmi? Yoxsa ürəyiniz daşlaşıb? Yox, mən sizi qınamaq, acılamaq üçün demirəm. Sadəcə, sizə xatırladıram ki, yaman soyuqqanlı olmusunuz elə içi mən qarışıq. İynə özümüzə batmayana qədər ağrısını hiss etmirik. Tikan öz əlimizə batanda ufuldayırıq. Təəssüf ki, onda da tikan işini görmüş olur. Bax, elə sökülən evlər kimi... o evlərin uçqunları altında qalmış xatirələr kimi... Heyf, çox heyf. Allahın verdiyi və qədəri bizə məlum olmayan ömürdə ev sökmək, ev uçurmaq nə üçündür? Bu sualı nədənsə düşünmürük. Ancaq özümüzə uyğun, özümüzə xoş olanların ardınca qaçırıq. Özümüzə gün ağlayırıq. Özgənin gününü isə göy əsgiyə bükürük... dərdini başından aşırırıq. Özü də min-bir bəhanəylə, min-bir üsulla, fəndlə. Mən də bütün bunları görüb içində boğulduğum dərdin sahilinə çıxa bilmirəm. Ona görə də yazıram:


Saman çöpü

gəzirəm -

ümid adında...

üzə bilmədiyim

dərdlərin

içində

boğulanda

yapışıb

sahilinə çıxım

dərdimi!..


***


Bəli, "Sökülən evlər, ömürlər, xatirələr" şeirində yazılır:


Kiminin uşaqlığı, kiminin gəncliyi

Kiminin tənhalığı, kimsəsizliyi

Yazıq-yazıq inləyəcək, boylanacaq.

Daş-kəsək altında

Adamlar gələcək köhnəlmiş ümidləriylə

Qərib-qərib süzəcəklər.


Bu misralar da elə mənim, həm də artıq evinin tozu küləklərə qoşulub getmiş qonşularımın durumunu gözəlcə ifadə edir. Axı, mənim övladlarımın uşaqlığı, nəvələrimin körpəliyi bu divarlar arasında keçib. Onların bu divarlara iz salmasına böyüklər o qədər qadağalar qoyublar ki.. Divarı ləkələmək olmaz, divarı yazmaq olmaz... divarı cızmaq olmaz... olmaz... olmaz... Onları özü də bir xatirədir. Artıq uşaqlarım başlayıblar danışmağa o xatirələri. İlk dəfə divara nar şirəsini necə çilədiyini və buna görə necə tənbeh olunduğunu söyləyən oğluma, qızıma çox yazıq bir nəzərlərlə baxıram. Qınıyıram özümü. Gör bir nəyə görə onların əlinə vurmuşam... Gör bir nə üçün onların xətrinə dəymişəm. Axı, bu divarın alnına sökülmək yazılıbmış, uçurulmaq yazılıbmış. Özü də lap yerlə-yeksan etmək səviyyəsində uçurulmaq, kökünü qazmaq səviyyəsində xaraba qoymaq püşkünə düşübmüş bu evin...

Mən bütün bunları içimdə təsbeh muncuğu kimi sağa-sola çəkirəm. Düşünməyin ki, zikr edirəm. Yox, artıq zikrdən də keçib. Və mənim iç dünyamda baş verənlər az qala terrora məruz qalmış bir adamın, bir ailənin yaşadıqlarıdı. Özü də bu elə bir terrordu ki, qan tökülmür, qan axmır, sadəcə adamın qanı quruyur, ürəyi parça-parça olur... dincliyini, rahatlığını itirir... dayanıb-durmağa yer tapmır... özünü, sözünü bilmir. Bir növü havalanır! Ərkəsöyün aşiqlər kimi!

İndi sökülən evlərin sonunun nə olduğunu yəqin ki, təxmin etdiniz. Mən də təxmin etmişəm. Amma mənə təsir edən həmin o şeirin sonunda tamam fərqli bir yaşam var. O qədər fərqlidir ki, inanın adam şeir müəllifinin bu qədər həssaslığına heyrət edir. Çünki o, məsələnin mahiyyətini incə bir nüansla, altını cızmaqla qoyur ortaya. Və yazır ki:


Qapısız xarabalıq önündə

ağlaya-ağlaya

heyrətlənəcəklər

asılacaq xatirələrin qapısı

olanlar,

keçənlər

milyonlara dəyişməyəcək,

yanacaqlar içlərində,

utanacaqlar,

susacaqlar.

peşman-peşman

sayacaqlar aldıqları pulları

bir, iki, üç, dörd

bu pul deyil,

dərddir, dərd!

Hamı sayır, saya-saya ağlayır

Sən say, qardaş, görək

Fələk nə sayır?!.


Bəli, mən indi bircə anın içərisində sökülən evlər üçün elan olunmuş məbləği gözümün önünə gətirdim. Və o məbləği alıb, tələm-tələsik evini buldozerin ağuşuna atmış qonşularımı düşündüm. Və elə o düşündüyüm məqamda da bu şeirdə olduğu kimi içimdən bir sərt, amma ağrılı sual qopdu:

- Yaxşı, aldığın bu pullarla sən bu evdə qoyub getdiyin xatirələri, bu divarlar arasında keçən ömrü alıb apara bildinmi? Hamısını demirəm, bircəcə anını, bircəcə saatını pula tərəziyə qoyub çəkdirə bildinmi? Yox! Edə də bilməzsən. Çünki sən pul saymısan. O evdə uçqun altında qalan xatirələrini, izlərini, günlərini saymamısan. Onlara tərəf əlini uzatmamısan. Onları qorumaq üçün irəli durmamısan. Və indi saydığın pulun sənə heç nə vermədiyini anlayıb köks ötürməyin də mənası yoxdu. Çünki seçimi özün etmisən. Və bu seçim də sənə ancaq pul qazandırıb - ölü pul.

Bəli, yazı boyu mənim sıxıntımla yanaşı əlimdən tutan "Sökülən evlər, ömürlər, xatirələr" şeiri idi. İndi məqamı çatıb. Sizə bildirmək istəyirəm ki, həmin şeirin müəllifi Sona xanım Vəliyevadı. Mən bu şeirə görə ordakı duyğulara, rəssam işinə, ordakı psixoloji anlara görə, Sona xanımın qarşısında bir oxucu olaraq baş əyirəm, əlinə, ürəyinə sağlıq! - deyirəm. Və təxmin edirəm ki, yaşanan bu həyat gerçəkliyini yazmaq Sona xanıma nəyin bahasına başa gəlir...

Hə, əvvəldə dedim ki, üç dəfə düşməndən qaçdım. Övladlarımı qucağıma alıb yanan evimə kənardan baxa-baxa. İndi də evimi sökürlər. Amma bu dəfə qaçmağa yerim yoxdu. Çünki nə ömür buna imkan vermir, nə yaşımın elə çağıdır ki, təzədən ev tikmək, ev qurmaq mənim üçün xəyal qurmaq, nağıl uydurmaq kimi bir şey olardı. İkincisi, indiki məqamda mənim evimi sökənlər ələrində bayraq etdikləri həqiqəti ancaq onlara sərf edən haqlarından istifadə edirlər. Ölçü vahidi onların arşınıdı. Bu arşın isə mənə boy vermir. Deməli, bu dəfə xatirələrim, nəfəsim, əl izlərim və az qala 25 ilə yaxın ömrün divarları arasında keçmiş söküləcək evin dağıntılara altında qalmaq daha məqsədəuyğundur. Nəinki kimlərinsə qucağına sığınıb, kimlərinsə qapısında gecələmək. Heç olmasa üstümə öz evimin daşının uçduğunu bilirəm və o uçan daşı divara da özüm qaldırıb qoymuşam.

Və lap sonda. Bütün bunların nə qədər ağır olduğunu mənim kimi hiss edən hər kəsə, eləcə də ürəyimin güvəndiyi insanlara, həm də Sənə demək istəyirəm ki:


Göz yaşı

ehtiyat saxlama

düşər-düşməzi olar...

yaxşısı budur

sən özünlə şəklimi,

ya da kitabımı apar...

yadına düşəndə

yəni ki, xatırlayanda

şəklimin üstünə

bir nöqtə qoy

kitabdan

bir vərəq qopar...

qopar ki, bitdiyim bilsin

və sənin də

üz-gözündən

kədər silinsin...


Hə, bax beləcə. Qismət olsa ağlayan daşların da dərdini kağıza köçürmək niyyətindəyəm. Amma bilmirəm ki, hələ fələk nə sayır.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK