ANA SƏHİFƏ / YAZARLAR

BATABATA GƏLMİŞƏM - II yazı

Əbülfət MƏDƏTOĞLU

27486    |   2016-09-27 15:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

II yazı

«Zorbulaq»ın suyundan bir ovuc da içib maşına əyləşirəm. Sürücü mühərriki işə salır. İndi dağlardan üzü aşağı qayıdacağıq. Amma hələ bu ətrafda görməli, baxmalı çox yerlər var. Ona görə üzümə baxan sürücüyə deyirəm:

- Heç buralardan ayrılmaq istəmirəm. Gəl bu ətrafı da bir az dolaşaq.

O da gülümsəyib yerli ləhcəylə:

- Baş üstə, müəllim! – deyir.

Maşınımız gölün kənarı ilə hərəkət edir. Mənə elə gəlir ki, «Üzən ada» qarışıq, bu ərazi bir sükuta qərq olub, ayrılıq sükutuna. Öz-özümə deyirəm kmi, sorağına uçub gəldiyim bu yerlər deyəsən məndən, mənim kimi qonaqdan ayrılmaq istəmirlər. Mənim onları necə özlədiyimi duyub onlar da mənə bir sevgi bağışlayırlar. Bax, o sevginin, o duyğusallığın içərisində dolanırıq gölün başına. Yamacda gözəl bir bağ var. Ağaclar və o ağacların arasındakı kənardan diqqəti çəkən səliqə-səhman məni daha artıq maraqlandırır. Bunu duyan sürücü bildirir ki, ora «qonaq evidi». Naxçıvana gələn hörmətli qonaqlar orada istirahət edirlər. Bu, mənim həmişə yüksək qiymətləndirdiyim milli mentalitetimizin çox gözəl nümunəsidi. Çünki qonaq gördüyünü danışan, gördüyünü indiki dildə desək, reklam edən şəxsdi. Ona normal şərait yaratmaq, onu ətrafla tanış etmək təbii ki, həmin məkanın da tanıdılması, təqdir edilməsidir. Biz qonaq evinə gedən yolun xeyli hissəsiylə hərəkət edib buradakı diqqətçəkən mənzərələri seyr edirik. Hətta şəkillər də çəkmək fürsəti qazanırıq. Elə bu vaxt diqqətimi qoyun sürüsü çəkir. Çoban itləri, çobanın cilovundan tutduğu atı və bir də sürünün önündə ağaclara, kol-kosa dırmaşa-dırmaşa özünü ora-bura vuran keçilər… Mütləq onlarla söhbət etməliyəm. Ona görə də uzaqdan çobanı səsləyirəm. Başını qaldırıb əliylə məni salamlayır:

- Bərəkətli olsun! – deyirəm. O da öz növbəsində mənə «sağ ol» göndərir. Elə uzaqdan etdiyimiz bu söhbət, yəni barmaqsayı kəlmələr bizi bir az yaxınlaşdırır. Onun əlini sıxıram, güzəranını soruşuram. Çox ağayana, həm də daxili bir məmnunluqla cavab verir:

- Çox şükür, hər şey yaxşıdır. Davarlarımız da Allaha şükür bu il o qədər də bizə əziyyət verməyib. Ot-ələfi var, örüş var, su var...

Mən elə bu sözdən yapışıb:

- Bəs ağartı, pendir, süd, qatıq?...

- Min bərəkət, heç nədən korluğumuz yoxdu. Gedək qonağım olun. İstərsən çəpiş kəsərəm, istərsən quzu.

Mən kənd adamının, xüsusilə çoban tayfasının necə səxavətli olduğunu bilirəm. Ona görə də dəvətin ürəkdən gəldiyinə də inanıram və:

- Sağ ol, qardaş! – deyirəm. Məmnuniyyətlə gedərdik. Amma vaxtımız azdı, gəzib görməli yerlər isə çox. İnşallah, bir də yolum bu tərəfə düşəndə mütləq qonağın olacam. Elə bu sözlərlə də çobanın əlini sıxıb sağollaşırıq.

Bəli, dağlara qalxan yolla indi dağlardan üzü aşağı gəlirik. Yol kənarlarındakı lövhələrə diqqət yetirirəm. Bu lövhələrdə qoruq zonasından, təbiəti sevməkdən bəhs edən fikirlərə rast gəlmək mümkündür. Meşənin içərisindəki "Söyüdlü bulağın önündə dayanırıq. Suyu o qədər gurdu ki, əlini qarşısında saxlamaq olmur. Soyuqluğu, dadı-tamı da ki, bir başqa aləm. Bax, elə o bulağın önündən üzüaşağı, dərə boyu boylanıram. Bir yaşıllıq sanki evləri də, dağı-daşı da qucağına alıb bələyib. Və ancaq onun bələyi gül-çiçəkdi, gözəllikdi. Mən hələ ötən yazımda vurğulamışdım ki, yol boyu ucaldılan hasarlar bu gözəlliyi gizlədə bilməz. İndi buna bir daha əmin oldum. Biz üzüaşağı enəndə diqqətimi bir yol nişanı çəkir. Burada Qızılqışlaq kəndi yazılıb. Dərhal yadıma dostların söylədiyi bir məqam düşür. Onların verdiyi bilgilərə görə, əslində indi iki kənd olan Qışlaq bir zamanlar Rəmeşin adlanıb. Və bu sözün də mənası böyük və uzun meşə deməkdir. Çünki kənd həqiqətən meşənin içərisindədi. Bax, yolun kənarındakı nişan da dostlarımdan birinin kəndinə gedən istiqaməti göstərir. Mən sürücüyə bu kənd haqqında məlumat verirəm. O, əvvəlkindən də təəccüblü bir şəkildə:

- Müəllim, siz naxçıvanlısınız? – deyə soruşur.

Mən də çox ciddi şəkildə:

- Bəli! – deyirəm.

O, bir az da təəccüblənir və mən izah etmək məcburiyyətində qalıram:

- Qardaş, ruhun harda rahatdısa, könlün-gözün haranı sevirsə, özünü harda göz açdığın topaqda olduğun kimi görürsənsə, deməli, sən həm də oralısan. Bax, bu dağların, bu çayların oxşarını mən Qarabağda görmüşəm. Orda yaşayanda bu yerlərin həsrətini çəkmişəm. Daha doğrusu, buraları gəlib görmək istəmişəm. İndi qismət olub, gəzirəm, görürəm. Deməli, həm də istəyimin, arzumun vətənindəyəm. İndi bildinmi ki, mən də naxçıvanlayım.

Sürücü bu dəfə lap ürəkdən gülüb:

- Müəllim, bir az qəliz danışdınız. Amma siz doğrudan da naxçıvanlısınız – deyir.

Hə, bu da Kükü kəndi. Kəndin qəribə bir mənzərəsi var. Məktəbi, inzibati binaları həqiqətən adamın gözünü əçkir. Yoluna, cığırına söz yoxdu. Hələ internetdən oxumuşdum ki, bu kənddə qırx bulaq var, hərəsi də bir səmtdən qaynayır. Bu kəndin arıçıları, yəni buranın balı dillər əzbəridi. Tərəvəzi də onun kimi. Alması da adladı. Mən eləcə yol kənarındakı evlərin həyətlərinə boylanıram. Yarpaqlar yavaş-yavaş saralır. Ağaclarda alma, armud, qoz gözə dəyir. Bu mənzərənin içərisində olarkən sürücünün səsi məni ayıldır.

- Müəlim, bəlkə qabaqda bir çay içək?

- Olar – deyirəm. Amma ürəyimdə Zorbulağın suyundan sonra çayın nə dadacağını düşünə bilmirəm. Heç o dadı itirmək istəmirəm. Sadəcə etika xatirinə razılıq verirəm.

Maşınımız ailəvi istirahət mərkəzi yazılmış əraziyə daxil olur. Sürücü elə girişdə maşını saxlayır.

- Siz bir ətrafı gəzin, mən də samovar çayı sivariş verim- deyir.

Mən Naxçıvanda olduğum bu iki gün ərzində ikinci dəfə bu cür səliqəli, həm də təbii bir güşəyə qonaq oluram. Burda elə bil ki, hər şey öz-özündən bitib, öz-özündən boy veribdi. Sadəcə, insanlar dincəlmək üçün quraşdırdıqları qurğuların, stolların yanına daş plitələrdən cığırlar çəkiblər. Bir də yeməkxananın önü asfaltlanıb. Qalan hər şey təbii yaşıl otluqdu. Ağacların başı, yalan olmasın buludlara söykənib. Özü də hər cür ağac var. Xan çinardan tutmuş, cır alçaya qədər. Biz çay boyu gəzirik. Burda balıq yetişdirirlər. Balıqlar çayın içərisində qurulmuş maneəni aşıb gedə bilmirlər. Elə oradaca yemlənib, oradaca böyüyürlər. Həm dağ çayının suyuyla, həm də onları becərənlərin verdikləri yemlə. Balıqlara diqqətlə baxdığımızı görən bir nəfər bizə yaxınlaşır. Salamlaşırıq. O da qonaq olduğumuzu hiss edib bizi ətraflı məlumatlandırır. Burdakı balaca qonaq evlərini göstərir. Bildirir ki, şəhərdən ailəvi gələnlər gecələr bu evlərdə qalırlar. Burda uşaqlar üçün hər cür şərait yaradılıb. Böyüklərin də arzuladığı təbiət ovuc içindədi. Onun icazəsiylə balaca qayığa oturub balıqlara bir az da yaxın oluruq. Bizə yaxınlaşan oğlan balıqlara yem atır. Hə... yem uğrunda əsl savaş başlayır. Və sonra da bizi gözləyən sürücünün yanına qalxırıq. Xan çinarın dibində, yaşıl otların üstündə yaşı ən azı 60-ı keçmiş bir mis samovar buğlanır. Üstündə də dəm çayniki. Süfrəyə Naxçıvan mürəbbələri və qənd, konfet qoyulur. Qaysı mürəbbəsini qoyub kim burda qəndlə çay içər ki? Az qala samovarın yarısın içmişik. Sürücü gözucu saatına baxır. Onu başa düşürəm, getmək vaxtıdı. Qalxıb çayın pulunu ödəyirəm. Amma haqq üçünə bu yerin sahibi pulu götürmək istəmir. Mən təşəkkür edib bildirirəm ki, gələn qonaqların hamısını bizim kimi pul almadan yola salsan, buranın heç vergisini ödəyə bilməzsən.

Bəli, sürücü maşını işə salıb magistrala çıxanda hara gedəcəyimizi soruşur. Deyirəm ki, Duzdağına. Maşınımız sürətlə irəliləyir. Dağlarda bir xeyli vaxt itirdiyimiz üçün sürücü zamanı qabaqlamağa çalışdı. Amma mümkün olan iş deyil. Zamanı qabaqlamaq üçün gərək zamanın özündən qabaqda olasan. O da dahilərə nəsib olan işdi. Biz isə…

Naxçıvan şəhərinin içərisindən keçib məhz Şahbuza gedərkən ayrılan yolun indi də Babək istiqamətinə gedirik. Şəhərdən 10-12 kilometr aralıda yerləşən «Duzdağı» Fizioterapeya Mərkəzi kənardan diqqəti çəkir. Bu mərkəzə gedən yol da ayrı bir aləmdi. Dəniz səviyyəsindən təqribən 1200 m yüksəklikdə olan bu yerdə hər şey adamda çox qəribə bir duyğu yaradır. Xüsusilə yolun sağında və solunda parıldayan yamaclar elə bil ki, günəşi əks etdirir. Sanki, dağa almaz qırıntıları səpilib. Hiss edirəm ki, bunlar duz qırıqlarıdı. Bax, o parıltının içərisində mərkəzə yaxınlaşıb özümüzü təqdim edirik. Kənar adamlara giriş qadağan olunsa da, bizə güzəşt edirlər. Əynimizə ağ xalat geyinib duz tuneliylə - yerin altıyla hər şeyi gözümüzə köçürə-köçürə gəzirik… xəstələrə şəfa diləyirik… burda çalışanlara uğurlar deyirik. Və bir neçə dəqiqəlik yerin altındakı bu mərkəzdə oturacaqda əyləşirik. Havadan doymaq olmur. Mən bilirəm ki, nə vaxtsa bu mövzunu bir də yazacam. Çünki Duzdağını bir sözlə, bir görüşlə ifadə etmək mümkün deyil. Amma indi:



Dolubdu ürəyim, qan var gözümdə

Kükrəyən, qovrulan can var gözümdə

Elə bil bir Qanlı Yanvar gözümdə -

Ağlayıb isladır sinəm duzlağı -

Duzdağı!


Möcüzən hökm edir diz üstə çöküm,

Duz üstə gözümün yaşını töküm.

Başıma haranın daşını töküm,

Görə bilmirəmsə qəmdən uzağı? -

Duzdağı!


Yüyürdüm - yoruldum, qaçdım - yoruldum

Bir açıq qapını açdım, yoruldum.

Sevgiyə, sevincə acdım - yoruldum!

Həsrətdi başıma açan tuzağı -

Duzdağı!


Ümid qapısısan şəfa ünvanlı,

Göynəyən sinəyə dəva ünvanlı,

Nəfəssən – ən təmiz hava ünvanlı

Olmusan bu yurda həm də üz ağı-

Duzdağı!


Vermisən torpaqla kürək-kürəyə

Qatmısan dadını sözə, çörəyə!

Sən ki, dağ deyilsən sevən ürəyə,

Şöhrətsən, nemətsən bizə, duz dağı -

Duzdağı!


Bəli, «yeraltı» dünyadan aryılırıq. Bizi hələ Naxçıvandayıq




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK