Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | MƏKTUB… Adalet.az | MƏKTUB… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏKTUB…

Göndərilməsi və oxunması zəruri deyil

17028    |   2016-08-12 17:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əbülfət MƏDƏTOĞLU

Ağlım kəsəndən, özümü tanıyandan özümə məktublar yazıram. Bilirəm ki, bu sadəcə mənim mənə təsəllimdi. Çünki o məktubları heç yerə göndərmirəm. Göndərsəm də, onu kiminsə oxuyacağına inanmıram. Ona görə inanmıram ki, məktub yazan təkcə mən deyiləm. Əgər mənim arşınımla götürsək, bu məmləkətdə ən azı əhalinin yarıdan xeyli artıq hissəsi məktub yazır. Doğrudur, bunlar fərqli məktublardı. Amma hər halda onlar yazılır və onlar hansısa ünvanlara göndərilir. Mən isə yazdığım məktubları ancaq özümə göndərirəm. Düşünə bilərsiniz ki, bu necə olur? Onu da deyim. Yazdığım məktubu yazı masamın dolabına qoyuram. Növbəti məktuba qədər orada gözləyir. Sonra açıb oxuyuram və onun yerində növbəti məktub növbə tutur…

Bu məktubu yoldan yazıram. Bakıdan 1200 kilometrlik bir məsafədən. Bunu da özümə yazıram. Özü də çox nostalji duyğuların təsiri altında. Həyatın müxtəlif çalarlarını göz önünə gətirərək yazıram. Çünki dediyim bu məqamda mənim iç dunyamda bir təlaş baş qaldırdı, bir çevriliş stressi yaşandı. Belə ki, çox dəyərli, yetərincə tanınan, sayılan kordioloq Mustafa Göyçə üzümə baxıb bir anlıq dinmədi, susdu. Bəlkə də andan da az çəkdi bu susqunluq. Amma tuta bildim onun susmağını. Sonra çöhrəsinə bir həkim təbəssümü gətirdi və o təbəssümlə də bircə kəlmə dedi:

- Heç özünü qoruyan adama oxşamırsan.

Bunun ardınca həqiqətən susdu və öz işiylə, yəni ürəyimi oxumaqla məşğul oldu. Mən onun andan da az çəkən susqunluğu və dediyi bir kəlməni ildırım sürəti ilə bütün içimdən keçirdim. Yaşadıqlarımı, yaşaya bilmədiklərimi, həyatımı, olmuşları və olacaqları, bir də arzusunda olub, qovuşa bilməyəcəyimə əmin olduqlarımı düşündüm. Və onda mənə elə gəldi ki, bu həyat deyilən, bu ömür deyilən hər nədisə o məkanda, o ərazidə mən heç nəyə sahib ola bilməmişəm və heç harda, heç nədə yerim, heç kimdə xatirəm yoxdu. Bircə olsa-olsa səndən başqa. Ona görə «olsa-olsa» deyirəm ki, mən səni daha çox sevincli, qayğısız görmək və o günlərin içərisində yaşamaq haqqından istifadə etmənə çalışmışam, arzu etmişəm. Bilmirəm, bunlar alınıb yoxsa yox, amma etiraf edim ki, bədənimə qoşulmuş müxtəlif kordioloji apparatların yaratdığı görüntülər mənim üçün o anda heç bir əhəmiyyət daşımırdı. Çünki hər yerdə ancaq səni düşünürdüm. Son sözü, son düşüncələri, son istəkləri sənə çatdırmaq istəyirdim. Bəlkə də bu hardasa gücsüzlükdü, acizlikdi. Bəlkə də elə lap qorxaqlıqdı. Nə deyə bilərəm ki? Amma hər halda mən bunları yaşayırdım. Yaşadıqlarımın da bir ucu sənə gedib çatırdı. İstəyirdim ki, bütün bunları biləsən, duyasan, hiss edəsən.

Elə bu yerdəcə mütləq vurğulamalıyam ki, yazdıqlarıma görə kimlərsə məni qınayacaq. Buna əminəm. Nostalji hissləri, duyğuları qabartdığıma görə, mənə yanakı da baxacaq. Hətta kimlərsə daha çox ürəyə qulaq asdığıma, hisslərə, duyğulara təslim olduğuma görə məni asıb kəsəcək. Açıq şəkildə fikirdən, düşüncədən yararlanmadığıma, ağıla üstünlük vermədiyimə görə, ünvanıma dilinin ucunda olan hər şeyi deyəcək. Olsun. Elə bu mövzu barəsində dilimdən qaçırdığım bir sözə görə, dərhal təpki almışam, o da yadımdadı. Həmin təpkini göstərən məni şairlikdə, duyğusallıqda hisslərə təslim olmaqda qınayıb, bunların nə zaman ötüb keçəcəyini söyləmişdi. Mən bilmirəm o, nə qədər haqlıdır. Amma bildiyim bircə odur ki, mənim dünyam duyğuların, hisslərin üzərində, içində, aurasındadı. Ordan kənarda mən yoxam, mövcud deyiləm…

Qayıdıram yenə həmin o nöqtəyə, yəni xəstəxananın kordioloji şöbəsinin xüsusi odasına. O yerə ki, orda bir məktub yazdım. Yazdım ki, oxuyasan. Bilmirəm, aldın yoxsa yox. Elə bilmədiyimə görə də özüm etiraf etməliyəm. Axı o məktubu sənə göndərməmişəm. İndi pıçıldayacam.

Hər gün

hər saat

hər an

əmin edirəm

inan

mən

özümdən özümə

yazdığım məktublarla

yoldayam -

ünvanına gəlirəm…

yetişib yetişmədim

onu bilmək istəsən

gözünün altıyla bax

ürəyin olan yerdə -

soldayam!

yəni

qısa söyləyim

ürəyin hardadırsa

məktubumla birlikdə

elə, mən də ordayam!..

***

Bakıdan 1200 kilometr uzaqda… Səndən 1200 kilometr uzaqda və bir də həmin o məsafənin hamısını qət etdiyim bir anda ağlımdan min cürə fikirlər gəlib keçir. Onların baş xətti, əsas mövzusu olum və ölüm. Təbii ki, bütün insanlar üçün «olum və ölüm» həyatın sualıdı. Həyat da ki, insana bir dəfə verilir. Deməli elə o sual da elə bir dəfə cavabını alır. Mən bu yazdıqlarımın arxasında dayanan məntiqə söykənərək belə bir qənaətə gəlmişəm ki, insan yaşlandıqca həyata, dünyaya, elə yaşamın özünə də münasibəti, baxışı dəyişir, cilalanır, müsbət və mənfi nüanslar daha gerçək, daha aydın şəkildə ortaya çıxır. Və hər kəs də görə-görə gəldiyindən hər gün bir az da yaxşı, bir az da fərqli nələrəsə çatmağa, qovuşmağa çalışır. Bax, bu yerdə həmin o ürək öz sözünü o qədər ustalıqla pıçıldayır ki, heç cınqırını da çıxara bilmirsən. Çünki müəyyən mənada yumruq boyda ət parçası olan ürək əslində elə insanın bütövlüyüdü, insanın yaşamının qarantıdı. Dediklərim nəyinsə kəşfi deyil, nəyinsə yeni təqdimatı hesab oluna bilməz. Bunlar hər kəsə məlumdu. Lakin bütün bəlli olanların mütləq bir görünməyən, bəlli olmayan tərəfi də var. Böyük Bəxtiyar Vahabzadə demişkən, «İnsan göydə Ay kimidi, görünməyən tərəfi var».

Hə, yaşananlar başa gələnlərdi deyiblər. Mən bu yazını bilgisayara diktə etdiyim ana qədər həmin o 1200 kilometrlik məsafəni dəfələrlə gedib-qayıtdım. Xatırladım hər şeyi – gördüklərimi, eşitdiklərimi, toxunub təmasda olduqlarımı, yaddaşıma köçürdüklərimi, bir sözlə, hər şeyi. Xüsusilə dəyərli Əhməd bəyin mələklərə məxsus bütün keyfiyyətlərini düşünə-düşünə, ona cavab ola biləcək nələrisə özümdə tapmaq çabasıyla çox var-gəl etdim. Lakin bildiyim, dərk etdiyim o oldu ki, mənə hopanlar, mənim həm qazancım, həm yükümdü, boynumdakı haqdı. Mənm edə biləcəklərim isə indiki halda sadəcə xəyaldı, arzudu. Ancaq bu zaman kəsiyində mənim sözümün, misramın, qələmimin kağıza köçən hər toxunuşu bu iç dünyamı təlatümlərdən, ağrılardan uzaq tuta bilmədi. Mən bəlkə də ölçüsü, həcmi mövcud olmayan stressin içərisində bir daha anladım ki, kiməm, nəçiyəm və kimliyim, nəçiliym hamıya, xüsusilə sənə nə verir? Bax, bu sual indinin özündə də mənim üçün təkcə narahtçılıq yox, həm də bir bağırtı kimi ipə-sapa yatmır. Bəlkə də onun susması, onun öz ilkinliyinə qayıtması artıq heç nəyi dəyişməyəcək. Amma sən bir dəyişiklik istəyirsən, bir dəyişiklik gözləyirsən. Bunun olması mümkünsüz. Əvəzində mən sənə bu pıçıltıları göndərirəm.

Vücudumu sevgiyə

Nöqtə-nöqtə bölmüşəm…

Sən məni rahat ağla -

Elə bil ki, ölmüşəm…

Nə səsn titrəməsin,

Nə dodağın əsməsin…

Ölümüm yaşamağa -

Ümidini kəsməsin…

Sən məni rahat ağla

Fərqlənsin ağlamağın

Kirpiyinin ucunda -

Donmuş yaş saxlamağın…

Dilindəki ağını

Sər üstümə çiçək tək.

Ruhumu sevindirən -

Kövrək bir bayatı çək.

Əzizim təklənmişəm

Şumlanıb ləklənmişəm.

Ortada ayrılıq var -

Ölümdən şəklənmişəm…

Sən məni rahat ağla

Ölənlə həyat bitmir…

Bir xatirə, bir sevgi -

Ölənlə birgə getmir…

***

Bütün yollarda dayanacaqlar var, məsafəsindən asılı olaraq. Amma mənə elə gəlir ki, məsafəni qısaltmaq da mümkündü, dayanacağı qabaqlamaq da. Çünki ürək ağıla, ağıl ürəyə qarşı olanda qalib hisslər olur, duyğular olur. Və mən də bunu özüm üçün bir əminlik halına gətirmişəm. Şübhə etmirəm ki, sonda mən duyğulara, hisslərə tabe olacam, onların istəyini gerçəkləşdirəcəm…

Bir də ki, dünyanın istənilən nöqtəsində bir günlük, beş günlük, lap uzun müddətli yaşamaq, sığınmaq olar. Bu, xilas deyil, bu özündən qaçmaqdı. Amma özündən hara qaça bilərsən ki? Bir halda ki, özümdən özümə məktublar yazıram, onda özüm özümdən necə qaça bilərəm?

Deməli, bütün hallarda məni öz təsiri altında saxlayan, məni öz aurasından çıxmağa qoymayan ürəkdi. Mən onun əsiri, onun girovuyam. Ona görə də sözüm də, lap elə səsim də onun ritminə, onun ahənginə köklənir. Baxıb görürəm ki, yıxılmışam, yerdəyəm. Və gücüm ancaq ona çatır. Üzümü tutub deyirəm:

- Əyilmə! Amma qaldır məni! Rica edirəm, qaldır məni, ürəyim!

Hə, nə olur-olsun mənim inancıma və ürəyimə görə, ürək qalibdi. Çünki:

Ürəyim

və ağlım

bütün gücüylə

məni

dirəyib divara

para-para

gilə-gilə

olmuş kimi

toplaya

bilmirəm

özümü bir yerə…

səbəb soruşma,

günah

və ya günahkar

axtarma

çünki bütün bunlar

bir yaşanmayan

qarşılığı olmayan -

sevgiyə görə

çıxarılmış

qərardı!...




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK