hacklink Adalet.az | KÜLƏKLƏ SOVRULANLAR Adalet.az | KÜLƏKLƏ SOVRULANLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KÜLƏKLƏ SOVRULANLAR

32036    |   2013-02-02 02:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu boyda dünyada payına bircə ömür düşə, onu da küləklər sovura...

Amma... hamının ömrü küləklə sovrulmur ki...

Zamanına, məkanına sığmayanları sovurur külək... Saman çöpü kimi, qurumuş alaq otu kimi...

Mənsə, küləkləri sevirəm...

Sevgi heç nəyə baxmır. Elə buna görə Sevgidi...

İzaholunmazdı...

***

"Küləklə sovrulanlar..." Nə vaxtsa, bu adda filmə baxmışam. Hardan gəlib yadıma düşdü gecənin bu saatında?! Hə, bayırda yaxşı hava vardı. Yağışlı, küləkli... Tərtəmiz, ətirli. Bu dünyanın bütün ətirlərini özünə hopdurub gətirmişdi. Yarpaqsız ağacların budaqları arasından görünən sarımtıl işıqların aynasında rəqs edirdi yağış damcıları...

Gec xəbər tutmuşdum bayırdakı ilahi gözəllikdən. Yatmamışdan qabaq təkcə mənzilimin deyil, elə həyətimizin, küçəmizin durumuna da göz qoymaqçın balkona çıxıram. Ayı, ulduzları, uzaqlarda-göyün ətəklərində sallanıb qalan ağ-boz buludları yerin-göyün sahibinə əmanət edib rahatlanmaq istəyirəm. Bir də ona görə baxıram ki, hər günün düzəni təkrarsızdı, sabah eynisi olmayacaq, hər şey az da olsa, şəklini dəyişib başqalaşacaq...

İndi gecikmişdim. Maraqlı bir filmə baxırdım. Hindulardan. Onların həyatındakı ibtidailik, bəsitlik, saflıq günün gərginliklərindən tarıma çəkilmiş sinirlərimə balzam kimi yayılır...

Küləyi baxışlarımla, ruhumla, canımla oxşayıram. Quş lələyindən də çəkisiz vücudumla ona qoşulub uçmaq istəyirəm. Bəs, ayağım dəyəcək yerlərdə sıxıntı, darqınlıq, qüssə olmayacağına əmin edərmi küləklər?! Evə girmək, yorğan-döşəyə yaxın düşmək o qədər sıxıcı gəlir ki... Külək bütün hökmü, hökmranlığıynan bayırda qalacaq, axı... Belə havalarda həm yatmaq, həm də küləyi dinləmək istəyirəm. Beynimin yarısı, ürəyim oyaq qalsın, qulağım eşitsin. Canım, ruhum xoşlansın...

Vaqif Səmədoğlunun şeiri yadıma düşür...

Allah, məni yarı öldür,

Yarı saxla ağlamağa...

İlahi, bu nə dəhşətdi?! Harada görünüb bu? Kimin ağlına gəlib indiyəcən?! Ağlayanı yoxdumu bu adamın? Yoxsa, bəyənmir başqalarının ağlamağını? Ölümünə kiminsə ürəkdən, candan üzülməsinə, göz yaşı tökməsinə inanmır bəlkə?! Elə inanılası da deyil. Bizdən ötrü isti göz yaşları tökəcək adamları tanımırıq ömür boyu. Tanısaq da, qədrini bilmirik...

Şair bilmirmi insanın onsuz da yarı olmağını?! Bütün həyatını yarı yaşadı- yarı ağladı, yarı güldü, yarımçıq sevinib, yarımçıq təsəlli tapdı. Öləndə də yarı ölsünmü? Onsuz da yarı olanın yarısı dünyadan köçsün, o biri yarısı da ağlamaqçın bu dünyada qalsın? Bir ömür yetmədimi ağlamağa?! Gülməyə, şadlanmağa dəqiqələr bəs elədi. Həm də artıqlamasıynan...

Çox az pay ayrılıb insanın bəxtəvərliyinə...

g

***

O gecə iki-üç dəfə ayıldım. Küləyin divanı başa yetməmişdi hələ. Hər şeydən əlini üzüb qonşunun ipdən sallanan paltarlarını şappıldadırdı...

Burda küləklərin mayası ahdan,

Yaşılı yandırır, sarını tökür...

Zahid Sarıtorpağın bənzərsiz şeirlərindən bir misranı da külək gətirdi qulağıma elə bil. Ağaclarda yandırmağa "yaşıl", tökməyə "sarı" tapmayan külək özünü daşa-divara çırpırdı. Çırpacaq da... Nə əziləsi baş-gözü var, nə də sınası qolu-qıçı...

İndi bildim niyə sevirəm küləkləri. Şair düz tapıb; küləklərin mayası ahdandı. Dünyanın, zamanın ahıdı küləklər. Bir də dərdini, acısını kimsəyə deməyənlərin, deməyə adam tapmayanların nisgilidi, yanğısıdı... Uğuldayır, vıyıldayır, sızıldayır...

***

Mən də getmək istəyirəm. Çoxdan istəyirəm, lap çoxdan. Haraya qədər gedəcəyimi bilmirəm. Hər halda bir duracaq nöqtə olmalıdı...

Bəlkə o səsdə var hər şeyin cavabı...

Buraya qədərmiş yolumuz, demək

Acıya bağlıymış sonumuz, demək.

Tək çarə - Tanrıdan səbr diləmək,

Qədərə sitəmin nə faydası var?!

Düz deyir. Bütün ömrümüz qədərimizə sitəmlə keçir. Heç nəynən razılaşmırıq. Nə gözümüzün qabağında olanlarla, nə başımıza gələnlərlə (gətirilənlərlə)... Nə ümidimizi kəsir, nə göz-qulağımızı yığırıq. Başımıza gələnləri yaşaya-yaşaya, olacaqları görə-görə barışmırıq taleyimizlə...

"Tale" deyəndə gözümün önünə bir vərəq ağ kağız gəlir. Gözəgörünməzlərin əlimizə verdiyi bu kağızda nələrin yazıldığını oxuya bilmirik. Yazılanlardan xəbərsizik. Amma orada çox şeylər yazılıb. Özümüz də nəsə əlavələr etmək istəyirik. Alınmır... Qələmimiz işləmir bu kağızda...

Küləklə sovrulanlar?!.

Biz də zəmilərdən yığılmışıqmı, küləyin ağzına verib sovursunlar ömrümüzü?! Yəqin elə belədi; külək kimisini təmizləyib arındırır, kimisini də özüynən aparır, dağdan-daşdan, dərədən-təpədən keçirir...

Ömrümüzdən nə qədər çağları yelə veririk. Elə bilirik kədərimizi, həsrətimizi aparır küləklər...

Nə qədər özünü aldatmaq olar, İlahi!

***

Bu boyda dünyada payına bircə ömür düşə, onu da küləklər sovura...

Amma... həmının ömrü küləklə sovrulmur ki...

Zamanına, məkanına sığmayanları sovurur külək...

Saman çöpü kimi, qurumuş alaq otu kimi...

- O da oyuncaq olub da, "mujik"lərin əlində...

"Ədalət" qəzetində İnqrid Berqman haqqında yazını oxuyan iş yoldaşım elə belə də dedi. Mən də nəsə deməliydim. Demədim. Susmaq hamısından yaxşıdı bu yerdə. Elə şeylər var ki, onun üstündə mübahisə etmək olmur. Ürəyin boşalmaq əvəzinə bir az da dolur...

O, öz ömrünü darıxdırıcı saymırdı, axı... Əsas olanı da budu. Bir də... kim bilir ki, bu dünyada oyuncaq kimdi, oynadan kim?! Hamımız kükla teatrındakı oyuncaqlar kimiyik. Belimizə ip bağlayıb idarə edirlər...

Bəlkə küləklər də sifarişlə əsir? Kimini sığallamaq, kimini sovurmaq üçün...

***

- Unudulan qadın budu?

- Unudulmayan qadın budu!

O boyda sərkərdə necə də yalan deyir. Elə unutmuşdun ki... Cavidanın dul qarısının qoynunda xumarlananda gözünü yolda, özünü yağıların əlində qoyduğun məsum qızcığazı düşünəcək baş qalmışdımı səndə?!.

Bu küləklər mənim yadıma daha nələri salacaq, görəsən?! Bəlkə qapını-pəncərəni bərk-bərk bağlayım?!. Yox, qoy nə qədər əsir-əssin, nələri yada salır-salsın...

Heç nə edə bilməz bu küləklər...

Mənim ömrümü başqa küləklər sovurdu...

Səmtini bilmədiyim küləklər...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK