SON DƏQİQƏ:

VƏTƏNDAŞ YANAŞMASI

  23306   |  
Şriftin ölçüsü  

Məsələyə yenidən baxılsa...

Bu yazını tam bir vətəndaş səmimiyyəti və həm də vətəndaş narahatçılığı ilə yazmaqda qərarlıyam. Çünki gördüyüm, duyduğum, yaşadığım, içərisində olduğum zaman mənim hadisələrə bir az özüm bildiyim kimi, özüm anladığım kimi yanaşmaq diqtəsini edir. Və mən də elə həmin o diqtənin içərisində az qala bir aydır ki, var-gəl edirəm, dağı-arana, aranı dağa çəkirəm. Və yenə tam səmimiyyətimlə deyim ki, içimdəki narahatlıq ötüb keçmir, üstəlik məni düşündürən məsələ, sual öz izahını tapmır. Ona görə də mən düşündüklərimi öz baxış bucağım altında kağıza köçürməyə, ictimailəşdirməyə qərar verirəm. Ola bilər ki, yanılıram, nəyisə doğru bilmirəm və yaxud da tələskənlik edirəm. Bütün bunlara görə mən öncədən üzrxahlıq etməyə hazıram. Lakin düşündüklərimi deməyə, yazmaya bilmərəm. Çünki...

Birmənalı şəkildə hər kəs bilir və görür ki, müstəqillik qazandığımız bu illər ərzində, xüsusilə cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın ictimai-siyasi həyatı köklü bir şəkildə zənginləşmiş və bu inkişaf artıq ölkə hüdudlarını tamamilə ötüb dünya çapına çıxmışdır. Artıq Azərbaycan Prezidentinin, ölkənin birinci xanımının, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin planlı şəkildə həyata keçirdiyi tədbirlər Azərbaycanı dünyaya tanıtmış və tanıtmaqda da davam edir. İstər YUNESKO-nun, istər İSESKO-nun, istər BMT-nin, istər Avropa, Amerika, Asiya dövlətlərinin, bir sözlə, dünyanın yaxın-uzaq bütün məmləkətlərinin paytaxtlarında, iri şəhərlərində bu gün Azərbaycan tanınır, qəbul olunur və həmin məmləkətlərdə Azərbaycan həqiqətləri getdikcə daha çox öz təsdiqini tapır, insanların yaddaşına hopur. Yenə deyirəm, bütün bu işlərin rəhbəri Azərbaycan Prezidenti, onun xanımı və təbii ki, bir icraçı qurum kimi həm də Mədəniyyət və Turizm Nazirliyidir. Deməli, görülən işlərin içərisində bizim ən böyük problemimiz olan Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının, Qaradağlı faciəsinin və digər ağrılarımızın tanıdılması çox peşəkarcasına sübutlarla, dəlillərlə, kitablarla, filmlərlə yayımlanır, təbliğ olunur və bu da haqqın, ədalətin öz təsdiqini tapmasında, təbii ki, rolunu oynayır. Bax, belə bir məqamda, yəni ölkənin prezidenti, birinci xanımı, ölkə hüdudlarından çox-çox yaxın və uzaqlarda Qarabağdan danışır, Qarabağı təbliğ etdiyi bir məqamda mənim anlamadığım bir fakt ortaya çıxır. Məlum olur ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə sənəd hazırlanır. Həmin sənəddə işğal olunmuş rayonlarımız, xüsusilə Dağlıq Qarabağın Xocalı, Xocavənd, Şuşa Mədəniyyət və turizm şöbələri yeni yaradılan Regional Mədəniyyət və Turizm İdarələrinin tərkibinə verilir.

Yenə birmənalı şəkildə vurğulayıram ki, mən regional idarələrin yaradılmasının əleyhinə deyiləm. Bunun mütərəqqi bir addım olduğunu başa düşürəm. Ancaq həmin idarələrin tərkibinin hansı parametrlərlə, hansı coğrafi, mədəni göstəricilərlə müəyyənləşdirildiyini təxmin edə bilmirəm. Bir anlıq siz də fikirləşin: Dağlıq Qarabağın və bütövlükdə işğal olunmuş rayonların mədəniyyətini və ölkənin cənub, Şirvan, aran, şimal bölgələrinin həyat səviyyələrinin və mədəni inkişaf tempinin göstəricisini... Yəni Xocalı, Xocavənd coğrafiyası, mədəni həyat tərzi... Kürdəmir, Gəncə coğrafiyası və mədəni həyat səviyyəsi... Bunların bir-birinə nə qədər yaxın olduğunu nə ilə izah etmək olar? Bax, bu mənada mənə çatmır ki, yeni yaradılan regional idarə öz ətrafında, tutaq ki, Füzuli, Beyləqan, Xocavənd, İmişli və Kürdəmiri birləşdirir. Və yaxud Sumqayıt şəhəri öz ətrafında Abşeron, Xızı, Zəngilan və Qubadlını, Şuşanı birləşdirir...

İndi özünüz, necə deyərlər, soyuq başla götür-qoy edin. Məgər işğal altında olan Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl rayonlarını işğaldan azad edilmiş Füzuliylə birləşdirmək mümkün deyildi? Faktiki olaraq Füzuli rayonu bu gün çox uğurlu bir inkişaf yolundadır və ərazisinin də böyük bir hissəsi işğaldan azad edilib. Üstəlik, bu coğrafiyanın mədəni əlaqələri bir-birinə daha yaxındır, nəinki Kürdəmirin və yaxud Gəncənin.

Bəli, burda bir faktı da diqqətə təqdim edim. Məgər biz dünyaya Xocalı harayını çatdırmaq istəmirik? Şuşa dərdini söyləmək istəmirik? Qaradağlı faciəmizi anlatmağa çalışmırıq? Əgər belədirsə və mən də bilirəm ki, bu həqiqətən belədir, onda Dağlıq Qarabağın öz rayonlarının, yəni Xocalı, Xocavənd və Şuşanın regional idarəsini yaratmaq mümkün deyildi? Bunun üçün kifayət qədər resursların olduğu göz önündədi. Axı, ermənilər Şuşa adı ilə, Qarabağ adı ilə olmayan mədəniyyətlərini təbliğ edir, olmayan abidələrini dünyaya sırımağa çalışır. Biz isə nədənsə bu gerçək həqiqətlərdən yayınırıq. Deyə bilərsiniz ki, bu gün Şuşa Mədəniyyət və turizm idarəsi, Şuşa əhalisi daha çox paytaxtda məskunlaşıb, xocalılar daha çox Naftalanda, Goranboy ərazisində məskunlaşıb. Mən bunları başa düşürəm, bilirəm. Amma onu da bilirəm ki, Ali Baş Komandan hər an Qarabağın işğaldan azad olunacağına bizi tam inandırıb, əmin edib və biz də onun arxasındayıq. Onu da bilirik ki, gec-tez biz də ora qayıdacağıq. Onda niyə sabah ləğv edəcəyiniz region idarələrini yaradırsınız? Elə bu gün onu Şuşa Regional İdarəsi kimi yaratmaq olmaz? Zənnimcə, bu daha doğru addım olar. Üstəlik, bir-birinin içində, qoynunda olan Qarabağ mədəniyyyəti Azərbaycan mədəniyətinin tacı olan Şuşa mədəniyyəti, abidələri, tarixi, eksponatları onda bir az da geniş təbliğ olunar, bir az da çox tanıdılar. Yoxsa Sumqayıt, yaxud Kürdəmir, ya da Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tərkibində Dağlıq Qarabağın mədəniyyət və turizminin yamaq kimi görünməsi heç də yaxşı hal deyil.

Ümumiyyətlə, mən bir vətəndaş olaraq bu struktur təkmilləşməsinin müsbət tərəflərinə dəyər verməklə bahəm, həm də işğal altında olan bölgələrin, xüsusilə Xocalı, Xocavənd və Şuşanın sözün həqiqi mənasında pərən-pərən salınmasını yaxşı hal hesab etmirəm və düşünürəm ki, bu layihəni hazırlayarkən hansısa tələskənliyə yol verilib. Ona görə də məsələyə vaxtında müdaxilə etmək, ona yenidən qayıtmaq və ən azından Şuşanın adının, tarixinin, həqiqətlərinin mədəni müstəvidə dünyaya tanıdılmasının davamlı olması üçün götür-qoy etmək lazımdır. Bu, mədəniyyətimizin də xeyrinə olar, apardığımız təbliğat işinin də.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK