SON DƏQİQƏ:

"AZƏRBAYCAN"

  14574   |  
Şriftin ölçüsü  
Bu ilin 8-ci ayının ikinci ongünlüyü başa çatmamış aylıq dərgi olan "Azərbaycan"ın növbəti sayı işıq üzü görüb. Hər bir söz adamının, ümumiyyətlə ədəbi mühitlə maraqlanan oxucunun yolunu maraqla gözlədiyi jurnalın artıq vaxtlı-vaxtında işıq üzü görməsi şəxsən məni çox sevindirir. Çünki hər sayında maraqlı imzalarla, təzə tər ədəbi nümunələrlə tanış olmaq imkanı yaradan jurnal həm nüfuzuna, həm ədəbi dəyərinə görə uzun illərdi ki, ədəbiyyatımıza xidmət edir. Daha doğrusu, ədəbiyyatı oxucuya çatdırır, yaşadır. Bu da təbii ki, onun oxucu dairəsinin həm sabitliyinə, həm də genişlənməsinə imkan verir.
Bu il üçün 8-ci say olan və sizə təqdim etdiyim növbəti nəşr xalq şairi Fikrət Qocanın 80 illiyi ilə bağlı publisist qeydlər və xalq şairinin şeirləri ilə oxucunun gözləri önündə vərəqlənir. Həyatını poeziyaya, sözə həsr etmiş Fikrət Qocanın jurnalın bu sayında çap olunmuş şeirlərinin yaşı çox uzaq illərə gedib çıxır. Yəni həmin şeirlər 1965-ci ildə qələmə alınıb. Sadəcə, bu şeirlər bütün zamanla səsləndiyi üçün xalq şairi onları təkrar oxucu yaddaşına qaytararaq bir növü keçdiyi yolu bizlərə xatırladır.

Bir durna təkləndi, bir şam qaraldı,
Bir dalğa qıy çəkib itdi dənizdə.
Şeir rübabından bir tel qırıldı,
Bir səs çatışmayır xoş nəğməmizdən.

Keçib fırtınadan, tufan içindən,
İşıqlı sahili haqlamışdı o.
Keçib tarixinin keşməkeşindən,
Bir şair ürəyi saxlamışdı o.

Bəli, bir şairin ölümünə inanmayan Fikrət Qoca digər şeirlərində də sözə, poeziyaya öz sevgisi, şairin, sözün ölümsüzlüyünü tərənnüm edir. Jurnalın poeziya bölümündə Kəmaləddin Qədimin, İslam Sadiqin, Zeynal Vəfanın, Ayişə Nəbinin, Vəfa Mürsəlqızının, Sənəm Səbayelin şeirləri də işıq üzü görüb. Oxucuların imzasını tanıdığı müəlliflərlə yanaşı, jurnalın bu sayında şəxsən mənim ilk dəfə qarşılaşdığım şairələrin şeirlərində də maraqlı nüanslar, təzə fikirlər diqqəti çəkir.
"Azərbaycan"ın 8-ci sayının nəsr bölümündə dünyamızı vaxtsız tərk etmiş Gülşən Lətifxanlının "Kabus" povest-kritçası, Əlişirin Şükürlünün "Su pərisi" povesti, Qərib Mehdinin "Evin kişisi" hekayəsi, İntiqam Mehdizadənin "Qaçqın qarları" hekayələri oxucu müzakirəsinə verilibdi. Bu sayda həmçinin "Ədalət"in oxucularının yaxşı tanıdığı Əlövsət Bəşirlinin dəyərli yazıçımız Əlibala Hacızadənin 80 illiyinə həsr etdiyi "Əsərlərimlə yaşayacam" məqaləsi də yer alıbdı. Yeri gəlmişkən xatırladım ki, jurnalın son saylarında maraqla oxuduğum yazılardan biri də Qəşəm Nəcəfzadənin "Şəkillər"idi. Elə bu sayda da Qəşəm dəyərli ziyalımız, unudulmaz Aydın Məmmədov haqqında həmin silsiləni davam etdiribdi.
Oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, baş redaktor İntiqam Qasımzadə, redaktor müavinləri Südabə Ağabalayeva və Əsəd Cahangir, məsul katibi Tofiq Mahmudov olan "Azərbaycan" jurnalının bu sayında mənim də silsilə şeirlərim işıq üzü görüb. Göstərdikləri diqqətə görə jurnalın yaradıcı kollektivinə öz təşəkkürümü bildirirəm və ümid edirəm ki, digər sayları kimi "Azərbaycan"ın 8-ci sayı da oxucuların marağına səbəb olacaq və hər kəs onu oxumağa tələsəcək.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK