“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” - Əraqçi
“İran ABŞ ilə müharibədə qələbə qazandı”.
Adalet.az “Iska News”a istinadən xəbər verir ki, bu iddianı İranın xarici işlər naziri Abbas Əraqçi səsləndirib.
“Bu, xalqın fədakarlığının və müqavimətinin nəticəsi oldu. Müharibənin ilk günü İranın qeyd-şərtsiz təslim olmasını tələb edən düşmən təxminən 20 gün sonra danışıqlar üçün yalvarırdı”, - o deyib.
XİN rəhbəri İran Silahlı Qüvvələrinin dünyanın ən böyük ordusunu məğlub etdiyini bəyan edib:
“Bu heç də şüar deyil, bütün dünyanın etiraf etməli olduğu reallıqdır. İran dünyaya güclü və məğlubedilməz dövlət olduğunu sübut etdi. Heç kim düşünmürdü ki, İran İsrailin və bir çox başqa ölkələrin dəstəklədiyi ABŞ-yə bu cür müqavimət göstərə biləcək və nəticədə onları danışıqlar tələb etməyə məcbur edəcək”.
Digər Xəbərlər
12 Avqust 2026 13:28
Kolumbiyada zəlzələ: ölənlərin sayı 254 nəfərə çatıb
12 Avqust 2026 13:13
Ərdoğan Məkkə Sazişinin əsas mesajını AÇIQLAYIB
12 Avqust 2026 13:05
Zelenski Rusiyaya qarşı unikal əməliyyat keçirildiyini açıqladı
12 Avqust 2026 12:27


Bakı -°C

