SON DƏQİQƏ:

iNSAN HAQLARINA MüNASiBƏT

  28449   |  
Şriftin ölçüsü  
Hələ Sovet dönəmində mətbuatın, eləcə də o vaxtların yeganə televiziyasının əsas xəbərlərindən biri fələstin qaçqınlarının problemi idi. Biz fələstin qaçqınları ilə bağlı reportajları, ayrı-ayrı verilişləri, yazılı nümunələri seyr edib, gözdən keçirdikcə onların halına acıyır və durumun nə qədər davam edəcəyi barədə daxilən özümüzü sorğu-sual edirdik. Əslində heç birimiz inanmırdıq ki, fələstin qaçqınlarının problemi zamansız, müddətsiz olacaq. Lakin siyasi müstəvidə baş verən hadisələr böyük dünyadakı yerdəyişmələr, həm də "sosializim" deyilən ictimai quruluşun iflası həmin problemi dərin bir quyuya atdı.
   
   İllər ötür, siyasi liderlər dəyişir, məsələyə münasibət gah ciddiləşir, gah arxa plana keçir, amma fələstin qaçqınları hələ də öz acı talehlərini yaşayırlar.
   
   Başqalarını deyə bilmərəm, mən bu gün də fələstin qaçqınları ilə bağlı orta məktəbdə topladığımız iyanəni, yardımı unutmuram. Müəllimimiz bu barədə bizim sinifdə öz fikrini bildirəndə tərəddüdsüz (hətta valideynlərimiz də buna etiraz etmədi - Ə.M) topladığımız həmin maddi yardımı ortalığa çıxardanda içimizdə həm bir ağrı var idi, həm də bir sevinc. Sevinirdik ki, biz də ehtiyac içərisində olan insanlara əl tuta bilirik. Acıyırdıq, ağrıyırdıq ona görə ki, həmin aclıq çəkənlər arasında, evsiz-eşiksiz qalanlar sırasında bizim həmyaşıdlarımız da kifayət qədər idi və bu da bizi daxilən çox narahat edirdi. Lakin...g
   
   Zaman dəyişdi və dəyişən zamanın sərt burulğanları bizim özümüzü də elə bir duruma gətirib çıxartdı ki, "Axırınıcı Aşırım" filmində deyildiyi kimi, "fələstinlərin müsibətini bizə unutdurdu". Biz ondan da acı, ondan da kədərli bir dönəm yaşamalı olduq. İstər bu güngü Ermənistandan, öz dədə-baba torpaqlarından silah gücünə, qan bahasına didərgin düşənlərimiz, istər Dağlıq Qarabağdan və ona bitişik rayonlardan döyüşə-döyüşə, yurd-yuvasız qovulanlarımızg
   
   Bunlar tarixin danılmaz və qaçılmaq bir səhifəsidir. Bi z o səhifədə qəhrəmanlıqlarla yanaşı, faciələr, göz yaşı, ölüm-itim də yaza bildik. Özü də istəməyə-istəməyə. Bizi buna məcbur etdilər. Təəssüf ki, həmin məcburiyyət vətəndaşı olduğumuz imperiyanın rəhbərliyinin yaratdığı şəraitin və verdiyi imkanın bəhrəsi idi. Düşmən öz ağasına sığınaraq, ona güvənərək yolverilməz, ağlasığmaz cinayətlərlə soydaşlarımızı öz isti yuvasından, öz əzəli torpaqlarından qaçaq saldı. Bu məqamda fələstin qaçqınlarının acıdığımız taleyi bizim üçün öz önəmini təkcə itirmədi, həm də onun bütün çılpaqlığını üzə çıxardı. Beləcə biz yurd-yuvamızdan didərgin düşüb, öz insanlıq haqqımızı, insan hüquqlarımızı dilə gətirmək, qorumaq cəhdimizi də bir anlıq ortaya qoya bilmədik. Çünki hadisələrin sürətli inkişafı və düşmənin arxalı olması bizə zaman kayb etmək, onun barəsində düşünməmək aurası yaratdı. O boşluqda biz uzun zaman özümüzə gələ bilmədik.
   
   Bu gün dünyanın əksər beynəlxalq təşkilatları, söz sahibi olan qurumları həm bəyanatlarında, həm keçirdikləri monitorinqlərdə dünyanın müxtəlif bölgələrində insan hüquq və azadlıqlarının pozulduğunu, tapdalandğını bəyan edir, hətta müstəqil Azərbaycanda da insan hüquqlarının pozulduğunu, siyasi məhbusların olduğunu özlərinin hesabatlarında az qala gözə soxurlar. Amma bu pozulan hüquqlar barəsində danışılanda ən böyük gerçəyi, ən böyük həqiqəti nədənsə görmürlər.
   
   Təbii ki, mən öz evindən-eşiyindən didərgin düşmüş bir vətəndaş kimi beynəlxalq təşkilatların azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı iradlarını qəbul edirəm və bilirəm ki, doğrudan da bizdə insan hüquqları tapdalanıb, pozulub., lap az qala ayaqaltı olubdur. Özü də bünü təkcə mən bilmirəm, bunu həm də bir milyona yaxın insan bilir. Həqiqətən bu bir mtlyona yaxın insanın öz evində yaşamaq hüququ əlindən alınıb. Öz torpağında əkib-becərmək hüququ güllələnib. Öz qəbirsanlığında dəfin olunmaq niyəti elə ürəyində qalıb. Öz məktəbində oxumaq, öz həyət-bacasında qurub yaratmaq, öz təsərrüfatında işləyib ailəsini dolandırmaq haqqı əsir götürülüb. Bax bütün bunlar həqiqtən də dözülməz və dünyanın etiraz etmədiyi ən böyük qanun pozğunluğudur. İnsanın insan kimi yaşamaq, doğulduğu torpağın, evin, ocağın pərvanəsi olmaq haqqı göz görəsi əlindən alınıb. Bunu isə heç bir beynəlxalq təşkilat öz hesabatında açıqlamır, öz bəyanatında dilə gətirmir, üstəlik bu bir milyona yaxın insanın düşmən əlində qalan malı, mülkü heç harda xatırlanmır. Heç bir beynəlxalq təşkilat bu insanların illərlə, alın təri hesabına yaratdıqları, qurduqları, sahibi olduqları əmlaklarının əllərindən alınmasına münasibət açıqlamır. Amma kiminsə qanunsuz mitinqdə həbs olunmasna dərhal hesabat hazırlaya bilir. Görəsən niyə?
   
   Yəqin Azərbaycan vətəndaşlarının müəyyən bir qisminin Avropa Məhkəməsinə müraciət etməsindən hər kəsin xəbəri var. Bu müraciətlərdə yurd-yuvasından didərgin düşən qaçqın soydaşlarımız Ermənistana qarşı iddia qaldırılmasını, əmlaklarının geri qaytarılmasını, öz evlərində yaşamaq hüquqlarının tanınmasını tələb edirlər. Təbii ki, məhkəmə hələ ki, heç bir qərar qəbul etməyib. Necə deyərlər sadəcə ərizələri icraata qəbul edib. Onların nə qərar qəbul edəcəyindən asılı olmayaraq, hələ ki, Ermənistan öz işğalçı siyasətini davam etdirir və bu siyasətə qarşı böyük dövlətlər, ikili standartlarla oyun oynayan Minsk Qurupu, eləcə də monitorinqlər, bəyanatlar verməkdə gecikməyən ayrı-ayrı dairələr susub gözləmək mövqeyini tutublar. Nəyi gözləyirlər, nə qədər və hara kimi gözləyəcəklər, yəqin ki, bunu zaman aşkarlayyacaq. Lakin bir gerçək həqiqət var - o da Azərbaycanın əlehidarlarının, onun müstəqilliyinin düşməni olanların məkirli siyasətidir. Məhz həmin siyasətin müəllifləri ölkənin daxilindəki xırda məsələləri qabartmaqla "demokratiya davası etmək" istəklərini bir milyona yaxın insanın hüququna qarşı qoyurlar. Unudurlar ki, həimin bir milyona yaxın insanın da insan haqları, insan hüquqları, o cümlədən də öz evinə, öz əmlakına sahib olmaq haqqı var və bu gec-tez tanınacaqdı. Sadəcə bu məsələdə ikili standartlara güvənib öz niyyətlərini gerçəkləşdirmək hələ ki, onların əlinə oynanılan oyundu. Bu oyun da nə vaxtsa bitəcəkdi. Lakin görünür indi zamana daha çox ehtiyac var.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-20
2021-01-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK