Sabah yağış yağacaq, külək güclənəcək

İyulun 5-də Azərbaycanda bəzi yerlərdə yağış yağacağı, küləyin güclənəcəyi gözlənilir.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti,gündüz 12-17° isti olacaq.
Digər Xəbərlər

Məcburi köçkünlər psixososial dəstəkdən faydalanıblar

Arzu Əliyeva Leyla Əliyeva ilə bağlı paylaşım etdi - VİDEO

İlham Əliyev Xankəndidə Zəfər parkında - FOTO

Emin Ağalarov Leyla Əliyevanı belə təbrik etdi - VİDEO

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub - FOTO

233 ağac kəsildi - Təbiətə 63 min manatlıq ziyan vuruldu

Dalğanın hündürlüyü 3 metrdən çoxdur - FAKTİKİ HAVA
