05 Iyul 2025 11:08
90
ƏDƏBİYYAT

 " Dəli"  

Yazıçı - jurnalist  və bizim tələbə yoldaşımız, gözəl insan Zemfira Ələkbərovanın yenicə çapdan çıxmış kitabı belə adlanır;"Dəli". Bu kitabda Zemfira xanımın müxtəlif vaxtlarda yazdığı romanı, hekayələri və xatirələri toplanıb.

" Dəli" adlanan romanda tarixi düşmənlərimizin torpaqlarımızda at oynatdığı vaxtlarda vətəndaşlarımıza etdikləri  zülümlərdən, həmin vaxtlarda itkin düşmüş dinc  əhalimizin, əsgərlərimizin axtarışlarından  bəhs edilir.

Yazıçı könüllü döyüşə getmiş və Birinci Vətən müharibəsində itkin düşmüş oğlunun yolunu gözləyən  Ayna ananın iztirablarını elə  böyük incəliklə , elə böyük həssaslıqla qələmə almışdır ki, kitabı oxuduqca həyəcanlanmamaq  mümkün deyil.

Əsərdə igid oğlanlarımızın vətənimizi qorumağa getdiyi bir vaxtda pullu, narkoman  birinin gənc qıza təcavüz etməsindən, bu hərəkəti ilə insanları qəzəbləndirməsindən, onların sonrakı  taleyindən danışır.

Kitabda yer almış hekayələr və " Mən kiməm?" adlı  xatirələr də maraqlıdır.     Bu" Qızıl gülün göz yaşları"' , " Ölüm mələkləri"  kitablarından oxuculara yaxşı tanış olan Zemfira Ələkbərovanın" Dəli" kitabı da  inanırıq ki, böyük oxucu kütləsi tərəfindən  maraqla  qarşılanacaq!

Emil Faiqoğlu