Ersin Tatar: Azərbaycanla hərtərəfli əlaqələrin inkişafı bizi çox sevindirir
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan səfəri və Xankəndində keçirilən 17-ci İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvəsindəki iştirakı ilə bağlı media nümayəndələri ilə görüşüb.
Adalet.az xəbər verr ki, Ersin Tatar Azərbaycanın həm özünə, həm də Kipr türk xalqına göstərdiyi yüksək səviyyəli diqqət və dəstəkdən məmnun olduğunu bildirib. O, xüsusilə Türkiyə və Azərbaycanın ŞKTC-yə qarşı tətbiq olunan embarqo və təcrid siyasətlərinin aradan qaldırılması istiqamətində verdiyi dəstəyi yüksək qiymətləndirib.
"Bu milli siyasətin həyata keçirilməsi prosesində çox mühüm mərhələlərə çatırıq. Azərbaycanla hərtərəfli əlaqələrin inkişafı bizi çox sevindirir," – deyə Prezident Tatar vurğulayıb.
O, Azərbaycanın ŞKTC-nin beynəlxalq imicinin güclənməsinə verdiyi mühüm töhfəni də qeyd edib və bu istiqamətdə Prezident İlham Əliyev və Azərbaycan xalqına göstərilən səmimi münasibətə görə təşəkkürünü bildirib.
Xankəndində təşkil olunan ECO Zirvəsində yüksək səviyyəli iştirakını və ŞKTC bayrağı ilə rəsmi təmsil olunmalarını “tarixi addım” kimi qiymətləndirən Tatar, bunun ölkəsinin artıq beynəlxalq səviyyədə qəbul edilməyə başladığını göstərdiyini bildirib.
"Tanınma məsələsində hələ çətinliklərlə qarşılaşırıq. Lakin Xankəndindəki tədbirdə iştirakımız, Kipr Türk xalqının öz dövləti ilə yoluna davam etdiyini və beynəlxalq müstəvidə yerini tədricən möhkəmləndirdiyini nümayiş etdirir. Kipirdə anlaşma əldə etmək üçün dəfələrlə addımlar atmağa hazır olduğumuzu bildirmişik. Lakin 1963-cü ildən bu yana, bütün xoşniyyətli təşəbbüslərimizə baxmayaraq, qarşı tərəf heç bir real addım atmayıb", – deyə Prezident Tatar sözlərini tamamlayıb.
Digər Xəbərlər
26 Mart 2026 13:00
"Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq" - Spiker
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07


Bakı -°C

