SON DƏQİQƏ:

"YEVLAXDA MüXALiFƏTiN DEMƏYƏ SÖZü YOXDUR"

  29260   |  
Şriftin ölçüsü  
Bu gün Azərbaycan adlı məmləkətin təkcə paytaxtında deyil, regionlarında da həyatın müəyyən mənada qaynaması, yəni iş yerlərinin açılması, adamların öz istəklərinə uyğun müxtəlif sahibkarlıq növləri ilə məşğul olması, bütövlükdə isə əyalət və paytaxtın bir axarda qovuşması istiqamətində məqsədyönlü iş aparılır. Təbii ki, burada dövlət başçısının regionların inkişaf etdirilməsinə dair imzaladığı "Dövlət Proqramı" da xüsusi önəm daşıyır. Bütün bunlar və eləcə də bir millət vəkili olaraq düşüncələri, gördüyü işlərlə bağlı fikirlərini öyrənmək üçün "Deputat otağı"mıza növbəti qonaq kimi İlham Məmmədovu dəvət etdik.
   
   
   
   - İlham müəllim, siz Yevlax rayonundan millət vəkili seçilmisiniz. Bu mənada təmsil etdiyiniz bölgəni oxucularınıza necə təqdim edərdiniz?
   
   - Mən sizin layihənizlə tanışam və mütəmadi olaraq da izləyirəm. Bu müsahibələrin özü müəyyən mənada həm də millət vəkili ilə onun seçicisi arasında bir körpüdür, daha bir hesabat vermək imkanıdır. Yəni bizim cəmiyyətlə əlaqəmizin əlavə bir variantıdır. Nəticədə bizim müsahibələri oxuyan oxucular, bütövlükdə seçicilər nələr etdiyimizi, nələr düşündüklərimizi "Ədalət"in vasitəsilə bir az da artıq bilirlər, məlumatlanırlar. Bu baxımdan mən sizin layihənizi çox yüksək qiymətləndirirəm və ümid edirəm ki, bu davamlı olaraq millət vəkili ilə seçici körpüsünün daha da genişlənməsinə yardım edəcəkdir. Həm də bu dediklərimdən çıxış etməklə mən dəvətinizi məmnuniyyətlə qəbul etdim. Bildirim ki, mən Yevlaxdakı 48 saylı mərkəzi seçki dairəsindən millət vəkili seçilmişəm. Mənə etimad göstərilib, səs verilib və mənim bilavasitə vəzifəm bu etimadı doğrultmaqdır. Parlamentdə təmsil olunduğum bu müddət ərzində ardıcıl olaraq çalışmışam ki, seçicilərimin qarşıma qoyduğu tapşırıqları, eləcə də millət vəkilinin vəzifələrini ardıcıl yerinə yetirim və seçicilərim öz seçimində yanılmadıqlarına daha ürəkdən inansınlar. Qeyd edim ki, bütün Azərbaycanda mövcud olan problemlər təbii ki, Yevlaxdan da yan keçmir. Burada da sosial, məişət problemləri mövcuddur. Ümumiyyətlə, birmənalı demək lazımdır ki, həyat varsa, onun problemləri də var və bütün problemləri sehrli çubuqla bir anda həll etmək mümkün deyil. Lakin elə problemlər var ki, onu yerlərdə həm icra strukturlarının, həm millət vəkilinin, həm də digər əlaqədar təşkilatların köməkliyi ilə aradan qaldırmaq mümkündür. Ancaq elələri də var ki, o, respublika səviyyəsində öz həllini gözləyir. Hər bir millət vəkili kimi mən də bütün müraciətləri təbii qəbul edirəm. Çünki seçilmişəmsə, dinləməyi, köməklik göstərməyi də bacarmalıyam. Axı bizə müraciət edəni dinləməyin özü ona bir köməklikdir, ona yol göstərməkdir, ona məsləhət verməkdir. Onda seçici də görür ki, nəyi etmək, nəyi aradan qaldırmaq mümkündür, nəyi yox. Heç vaxt seçicidən qaçmaq, ondan gizlənmək olmaz. Konkret olaraq həmişə seçiciyə qarşı getmək lazımdır, ona qarşı addım atmaq lazımdır. Lap müraciət əhəmiyyətsiz bir şey olsa belə insanı dinləmək ona ümid verməkdir. Hər kəs bunu nəzərə almalıdır...
   
   - İlham müəllim, konkret olaraq Yevlaxın bugünkü iqtisadi, siyasi müstəvisində baş verənlər barədə nə deyə bilərsiniz?
   
   - Öncə onu deyim ki, mən həm də Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının sədriyəm. Şübhəsiz ki, bu da mənə rayonun bütün mənzərəsini görmək, bilmək imkanı verir. Digər tərəfdən də həmin proseslərin içərisində oluram. Yəni ictimai, siyasi, mədəni və sosial proseslərin ən xırda detallarına qədər bütün mənzərəsindən məlumatlıyam. Mən həm partiya sədri kimi, həm millət vəkili kimi çalışıram ki, nöqsanların, problemlərin aradan qaldırılmasında iştirak edim. Yəqin ki, televiziya kanallarından izlədiniz. Bu günlərdə möhtərəm prezidentimiz Yevlaxa səfər etmişdi. Ölkə başçısının müxtəlif obyektlərin açılışında iştirakı rayon ictimaiyyətinə, şəhər sakinlərinə böyük ruh yüksəkliyi bəxş etdi. İstər mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün parkların, idman kompleksinin, istər iş yerlərinin açılması Yevlaxın bügünkü reallığıdır. Şəhərin bugünkü mənzərəsi kökündən dəyişib. Yeni iş yerlərinin açılması ikinci bir məqama, yəni rayonda yoxsulluğun səviyyəsinin xeyli aşağı düşməsinə şərait yaradıb. Həm də ölkə prezidentinin seçki öncəsi xalqımıza verdiyi vədlərin reallaşmasını sübut edir. Bir anlıq möhtərəm prezidentimizin andiçmə tarixinin dörd ilini göz önündən keçirəndə bütün respublikamızda olduğu kimi Yevlaxda da görülən işləri xatırlamamaq, qiymətləndirməmək qeyri-mümkündür. Bunlar isə məhz ölkə rəhbərinin, eləcə də onun yerdəki təmsilçilərinin, ictimaiyyətin xidmətlərinin bəhrəsidir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK