SON DƏQİQƏ:

O, GÖZLƏRiNDƏ MƏNƏ QARABAğI GƏTiRMiŞDi

  28406   |  
Şriftin ölçüsü  
Elə gün olmur ki, xəyalən o yerləri dolaşmayım. Heç elə də bir gecə olmur ki, ani bir yuxu qanadında o yerlərə ziyarətə getməyim. Və bütün bu gecələrin-gündüzlərin içərisində mən bir şeyi daha çox hiss edirəm. Hiss edirəm ki, az qala gözümü, könlümü döyənək eləyən, qabar bağlayan həmin o gördüklərim, xatırladıqlarım sanki məndən zaman baxımından get-gedə uzaqlaşır. Və get-gedə mən o yerlərdən bir az da uzaq düşürəm. Çox da ki, içimdə, xəyalımda, duyğularımda hopmuş, cilalanmış, az qala elə hisslərimin, duyğularımın özünə çevrilmiş xatirələr var, amma...
   
   Amma xatirələrlə nə qədər yaşamaq olar ki? Bir halda ki, günümüzün reallığı, hadisələrin axarı, insanın xatirələrinə od vurub yandıra bilirsə və "uf" da demədən o yandırılan xatirələrin külünü göy üzünə, axar sulara, küləklərin cənginə atırsa ... onda ümid nəyə qalır ki? Düşünməyin ki, suallar qəlizdir. Xeyr. Bu, sadəcə olaraq az-çox duyumu, yanğısı, hissiyatı olan hər kəsə özü-özlüyündə hər şeyi deyən, açıqlama verən suallardı. Və mən də bu suallarla baş-başa qalanda gözümün önündən yenə həmin o dolamalar, həmin o aşırımlar, həmin o bulaqlar, o meşələr, o çaylar və ən vacibi baş daşlarının çilik-çilik olduğu, şumlanıb vəhşi bir çöllüyə çevrilmiş qəbiristanlıqlar gəlib keçir. Elə bilirəm ki, gəzib dolanıram, əlimlə toxunuram, dizimi yerə atıb bulaqları, çayları öpürəm. Baş daşlarındakı neçə min yerə bölünmüş şəkillərin qırıqlarını toplayıram... Bütün bunlar hamısı xəyal olsa da birdən qulağıma tanış bir səs gəlir. Bu çox hörmətli professorumuz, mənə son dərəcə doğma olan, yaradıcılığına könül verdiyim Kamal Abdullanın tanış səsidi. O, Qarabağ səfərindən dönəndən sonra jurnalistlərə, dostlara gördüklərini danışanda ilk dediyi bu oldu:
   
   - Qarabağ düşmən tapdağı altına düşəndən bəri ilk dəfə idi ki, biz Qarabağa, yəni doğma torpaqlarımıza, elə öz doğma torpaqlarımızdan keçib getdik. Həmin ana kimi işğal altında olan ərazilərə səfərlər gah Yerevandan, gah Tiflisdən keçməklə reallaşmışdı. Biz isə Bərdədən, Tərtərdən keçib qədim el yoluyla Xankəndinə, Şuşaya getdik...
   
   Bu sözlər qulağımda səslənəndə ürəyimdən və Kamal müəllimə həmin o sözləri deyərkən söyləyə bilmədiyim bir fikir keçdi. Özü də bu mənim üçün təzə fikir deyildi. Həmkarım, dostum Kərim Kərimli xeyli öncə Şuşaya gedib qayıdandan sonra ona rəhmətlik Şahmar Əkbərzadənin ithaf etdiyi şer var idi. Təqribən belə idi: "gözlərin Şuşanı görüb ay Kərim. gətir gözlərindən öpüm". Bax elə mən də Kamal Abdullaya onda deyə bilməmişdim, amma indi ərknən, özü də qəzet vasitəsilə deyirəm- gözləriniz Şuşanı, Xankəndini görüb gəlib, gətirin gözlərinizdən öpüm!
   
   Ola bilsin ki, mənim bu yanaşmam, bu münasibətim kimlərinsə ürəyincə olmasın. Amma açığını deyəcəm. Heç kimlərinsə düşüncələrimə necə yanaşması mənim üçün elə bir əhəmiyyət kəsb etmir. Çünki mən yurd itirməyin də, şəhid verməyin də, çadırda yaşamağın da, adını beynəlxalq təşkilatların kif basmış dəftərlərində yaşatmağın da nə olduğunu yaxşı bilirəm. Hər kəsin öz arqumenti olduğu kimi, mənim də yetərincə arqumentlərim var. Və hərdən burda, yəni redaksiyanın şəraitli otağında və yaxud çayxanada, müxtəlif məclislərdə, lap elə tutaq ki, mitinqdə, piketdə "Qarabağ!" - deyə qışqırmağın o qədər də çətin olmadığını özüm üçün dəqiqləşdirmişəm. Hətta bir dəfə islamçılar "Azərbacyan nəşriyyatı"nın qarşısında piket edəndə mən 6-cı mərtəbədən "Qarabağ!" - deyə qışqırdım. Mənə yumruq sirkələdilər. Bunu elə-belə xatırlamadım. Bu xatırlamanın bəlli səbəbi var. O da... yenə həmin o tanış səs...
   
   - Mən də, mənimlə birlikdə olan ziyalılarımız da, o cümlədən İlhami də Şuşada qarşılaşdığımız hər bir erməniyə dedik ki, nə siz burdan köçüb gedənsiniz, nə də biz. Biz burda qonşu kimi yaşamağa məhkumuq və gec-tez də biz bura qayıdacağıq. Çünki bu torpaq bizimdi. Və onlar da bu həqiqəti başa düşdüklərini etiraf etdilər... Bəli, doğrudur- dedilər.
   
   Zaman o qədər iti sürətlə işini görür ki, bəzən nəyin necə olduğunu, hardan başlayıb, harda qurtardığını qavramamış, qiymətini verməmiş, ikinci, üçüncü dalğalar gəlir. Oğul istəyir ki, bu dalğaların qoynunda boğulmasın. Üzüb məqsədinə doğru gedə bilsin, çatsın ona. Bu heç də bədii bənzətmə deyil. Mənim içimdə olan və hər gün də mətbuatda, efirdə, müxtəlif yerlərdə səslənən, dartışılan bir fikrə özəl münasibətimdi. Bu günlərdə dostum Xanəmir məndən bir söz soruşdu və xahiş etdi ki, Dağlıq Qarabağadan olan bir insan kimi səmimi cavab verim. O sual da eyni ilə belə idi:
   
   - İtirilmiş torpaqlarımızın hansı yolla geri qaytarılmasını istərdin?
   
   Cavabım izahlı və geniş olsa da, indi necə deyərlər kəsə deyəcəm. Atalar sözü var: "Qanı su ilə yuyarlar". Amma o yerdə ki, onu qarşı tərəf də dərk eləsin!!!. Dərk eləmirsə qanı-qanla yumaq artıq kişi işidir!!!!. Bax, bu mənada mən Qarabağa səfər etmiş ziyalılarmızın hərəkətləri ilə bir məqamda razılaşıram. Bu elə Kamal Abdullanın dediyi məqamdı:
   
   - Biz bu addımı da atdıq. Bizi dünyaya qaniçən, cəllad kimi tanıtmağa çalışan ermənilərə və dünyaya göstərdik ki, torpaqlarımızın azad olunması üçün istənilən yerdə, istənilən səviyyədə danışıqlar aparmağa hazırıq. Biz heç də ermənilərin iddia etdiyi kimi cəllad, qaniçən deyilik. Ermənilərin arqumentləri onların boş xülyalarının bir təbliğat vasitəsidi. Edilən səfər də bu boş xülyanın sabun köpüyündən başqa bir şey olmadığını hər kəsə göstərdi.
   
   Yazımın əvvəlində o yerlərə xəyalən, yuxu qanadlarında getdiyimi elə-belə söyləməmişdim. Etiraf edim ki, işğal altında olan ərazilərimizi o yerləri tərk edəndən sonra yaxından görmək imkanım ancaq cəbhənin ön xəttindən mümkün olub. Bir də müxtəlif yollarla gətirilmiş çəkilişlərə baxmışam. Mətbuatda gedən, müxtəlif agentliklərin yaydığı xəbərlər, informasiyalar olsa-olsa ötəri bir mahiyyət kəsb edib. Qarabağdan qayıdan ziyalılarımzla görüşəndə mən canlı şahidlərin dediklərini özümə hopdurdum. Yəni, elə bildim ki, mən də onlarla birlikdə həmin səfərdə olmuşam.
   
   - Bizim Şuşa, Ağdərə, Xankəndi barəsində son bilgilərimiz ancaq adda-budda informasiyalardan ibarət idi. Reallığı isə gözlərimizlə gördük. Təsəvvür edin ki, iki saat yarımdan artıq yol qət elədik. Bu müddət ərzində qarşımıza iki-üç köhnə "

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK