“Donbasın Rusiyaya güzəştə gedilməsi Ukraynanın dövlətçiliyinin gələcəkdə...”
“Rusiya-Ukrayna Əbu-Dabi danışıqları üzrə prosesi davam etdirəcək. Rusiyanın Ukraynada yeni ərazilər işğal edə bilməməsi onu Əbu-Dabidə daha praqmatik danışıqlar masasına əyləşməyə məcbur edib. Hazırda Rusiya nə Kupyansk, nə də Pokrovsk istiqamətində əhəmiyyətli irəliləyiş əldə edə bilir. Digər cəbhə xəttlərində də hücum potensialı zəifləyib, ciddi canlı qüvvə və texnika itkiləri verilir. Bu vəziyyət danışıqlar prosesində Rusiyanın mövqeyinə birbaşa təsir göstərir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, ABŞ Rusiyaya siyasi və iqtisadi təzyiqləri artırarsa, Vladimir Putin müəyyən güzəştlərə getməyə məcbur qala bilər:
“Mövcud mərhələdə Rusiya Donbas məsələsində özünü nisbi üstün tərəf hesab edir. Moskva Donbası tam nəzarətə götürdükdən sonra atəşkəsə gedərək bunu faktiki qələbə kimi təqdim etməyi və növbəti mərhələdə qonşu ölkələrə qarşı təzyiq siyasətini gücləndirməyi planlaşdıra bilər. Donbasın Rusiyaya güzəştə gedilməsi Ukraynanın dövlətçiliyinin gələcəkdə mərhələli şəkildə zəiflədilməsi riskini yaradır. Krım, Xerson taleyi ilə bağlı isə hazırda real müzakirələr aparılmır. Bununla belə, Rusiya özünün çətin vəziyyətə düşdüyünün də fərqindədir. ABŞ prezidenti isə Donbasın verilməsi müqabilində atəşkəsə nail olmağa çalışır”.
O, deyib ki, Rusiya müharibədən ciddi şəkildə yorulub:
“Ölkə iqtisadiyyatı və maliyyə sistemi yaxın perspektivdə dərin böhran riski ilə üz-üzədir. Moskva işğal etdiyi ərazilərin heç olmasa bir hissəsinin de-yure tanınmasına nail olmağa çalışır. Lakin Ukrayna, Avropa İttifaqı və Böyük Britaniya buna razılıq verməyəcək. Avropa İttifaqı və Böyük Britaniya Ukraynanın ABŞ və Rusiya arasında bölünməsinə imkan vermədi.Əgər Ukrayna bir neçə ay ərzində Rusiya ordusunu cəbhə xəttində saxlaya və ona yeni itkilər yaşada bilsə, Vladimir Putin atəşkəslə razılaşmağa məcbur qala bilər”.
Vasif
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

