adalet.az header logo
  • Bakı -°C
27 Yanvar 2026 14:06
130
ƏDƏBİYYAT
A- A+

Əsgərin anasına məktubu

Bu şeir 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalçılarından azad edilməsində misilsiz qəhrəmanlıq göstərmiş və ağır yaralanaraq sağlamlığını itirmiş, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülmüş şuşalı qazi Ələkbərov Hüseyn Elxan oğlunun anasına məktubu əsasında yazılmışdır.

 

Ana, soruşma mənim,

Yerimi bir kimsədən.

Sənə məktub yazıram,

Döyüş səngərlərindən.

 

Ana, vətən naminə,

Silaha sarılmışam.

Azərbaycan adını,

Hər an uca tutmuşam!

 

Məndən ötrü ağlasan,

Göz yaşına dözmərəm.

Başıma papaq qoyub,

Ortalıqda gəzmərəm!

 

 

Sən məni doğmusan ki,

Həm vətəni, həm səni.

Kişitək qoruyum mən,

Kişi qorxmaz ölümdən!

 

Ana, gözlərin aydın:

  • Bu gün qələbə çaldıq!

Xocalıda tökülən,

Qanın qisasın aldıq!

 

Ana, sənin gözünlə,

Baxdım Ana Vətənə!

Qürurlu yaşamağı,

Sən öyrətmisən mənə!

 

Haşiyə: Bu gün fəxrlə deyirik ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında bütün torpaqlarımız düşmən tapdağından azad olmuşdur. Şuşada və digər el-obalarımızda bərpa və quruculuq işləri aparılır. Erməni vandalları tərəfindən xarabalığa çevrilmiş şəhər və kəndlərimiz gülüstana çevrilir. Qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. İnanıram ki, belə bir xoş günə qovuşan körpə bir qız atası olan Vətən Qazisi Hüseyn Ələkbərov da tezliklə Şuşamıza – doğma ocağına qayıdacaqdır.

Bu evdə ata Elxan Firat oğlu Ələkbərov 1-ci Qarabağ müharibəsinin veteranı-Qazisi və oğlu 44 günlük Vətən müharibəsinin veteranı-Qazisi Hüseyn Ələkbərov yaşayacaqdır. Bu əsər Ələkbərov Hüseyn Elxan oğlunun anasına məktubu əsasında 2020-ci il 8 Noyabrda – Zəfər Günü yazılmışdır.

 

Dərin hörmətlə:

 

Əyyub Şirlanlı, şair-publisist, əməkdar müəllim,

1-ci Qarabağ müharibəsinin veteranı,

“Məclisi-üns”-“Söz gülüstanı” Ədəbi Birliyinin rəhbəri.