Rusiya Ermənistanda hakimiyyəti zəiflətmək üçün... - Politoloq
“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Azərbaycan sülh sazişinin imzalanması və Türkiyə ilə sərhədin açılması perspektivindən danışıb. İrəvan iki qonşusuyla münasibətlərin normallaşacağına əmindir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, İrəvanın ehtiyat etdiyi əsas istiqamət Rusiyadır:
“Bunu Ararat Mirzoyanın AŞPA-dakı çıxışında toxunduğu bir mövzudan da aydınlaşdırmaq olar. Ermənistanın xarici işlər naziri ölkəsində iyun ayının əvəlində keçiriləcək parlament seçkiləri ərəfəsində hibrid hücumların güclənəcəyini bildirib. “Biz dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyaları mühitində yaşayırıq” – deyən Mirzoyan hibrid hücumları dəf etmək üçün immunitet formalaşdırdıqlarını söyləyib. Ermənistan hakimiyyətini zəiflətmək məqsədilə hibrid hücumları həyata keçirən və planlaşdıran ünvan bəllidir. Bu Rusiyadır. Azərbaycan da ən çox Rusiyanın hibrid hücumlarından əziyyət çəkir, bunu aparılan monitorinqlər də sübut edir”.
O, deyib ki, seçki öncəsi Ermənistana Rusiya istiqamətindən hibrid hücumların miqyasının artacağı gözləniləndir:
“Çünki, Kreml və onun idarə etdiyi şəbəkələr Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə məğlub olmasına çalışacaqlar. Bunu əsaslandıran bir başqa xəbər İrəvandan gəlib. Paşinyanın seçkidə əsas rəqibi olacaq iş adamı Samvel Karapetyana dəstək vermək istəyən qüvvələr növbəyə düzülüblər. Keçmiş Prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan bildirib ki, Karapetyanın komandası ilə vahid siyasi blok yaratmaq üçün danışıqlar aparırlar”.
E.Şahinoğlu bildirib ki, beləliklə, vaxtilə Qərbə yaxınlığı ilə tanınan Levon Ter-Petrosyan Kremlin dəstəklədiyi firuqa üstünlük vermək qərarına gəlib:
“Bunun iki səbəbi var. Birincisi, Levon Ter-Petrosyan düşünür ki, müxalifətin zəifliyi fonunda Paşinyanın səslərini parçalayacaq yeganə güc Karapetyanın formalaşdırdığı partiya ola bilər. İkincisi, Karapetyan Rusiyada fəaliyyət göstərdiyi “Taşir” şirkəti hesabına 3 milyard dollardan çox sərvətə malikdir. Məşhuir filmdə deyildiyi kimi “Şakaya pul lazımdır”. Bu, “qərbpərəst” Levon Ter-Petrosyanı və digərlərini Karapetyanla birliyə cəlb edən əsas amildir. Bu hesabla Karapetyanın blokuna qoşulmaq üçün digər eks-prezidentlər Robert Köçəryan və Ser Sərkisyan da növbəyə düzüləcəklər”.
Vasif
Digər Xəbərlər
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08


Bakı -°C

