"Azərbaycanla sülh Ermənistanın təhlükəsizliyinin qarantıdır"
"Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ölkənin təhlükəsizliyi üçün ən etibarlı təminatıdır".
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Ordu Günü münasibətilə xalqa müraciətində qeyd edib.
“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və bundan daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”, – Paşinyan vurğulayıb.
Baş nazir, eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin faktiki olaraq zəifləməsinin ölkə üçün yeni imkanlar açdığını da bildirib. Onun sözlərinə görə, 2022-ci ilə qədər beynəlxalq tərəfdaşlar Ermənistana silah satmaqdan imtina edirdilər, çünki bu silahların ölkə hüdudlarından kənara çıxarılmasından və ya KTMT-nin nəzarətinə keçməsindən ehtiyat edirdilər.
“Bu maneə artıq mövcud deyil”, – Paşinyan qeyd edib.
O əlavə edib ki, Ermənistan bundan sonra da silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

