Sabah Bakıda yağış yağacaq
Azərbaycanda yanvarın 29-da havanın arabir yağıntılı olacağı gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 80-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Digər Xəbərlər
28 Yanvar 2026 12:56
Hazırda 647 əsgərin uşağına müavinət verilir
28 Yanvar 2026 11:16
Reklamda uşağın görüntüsündən bu halda istifadə edilə biləcək
28 Yanvar 2026 11:07
Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək
28 Yanvar 2026 11:00
Uşağa ad qoymaqla bağlı yeni qayda
28 Yanvar 2026 10:02
Videomüşahidə kameraları tərəfindən ötən il 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb
27 Yanvar 2026 14:19
Arpaçay su anbarının səthi dondu - FOTOLAR
27 Yanvar 2026 13:02
Qurudulmuş yemiş və halvalarda uyğunsuzluq aşkarlandı - FOTO
27 Yanvar 2026 12:37


Bakı -°C

