Tramp Maliki ilə bağlı İraqı təhdid etdi: “Seçilsə, ABŞ artıq kömək etməyəcək”
ABŞ prezidenti Donald Tramp İraqın keçmiş baş naziri Nuri Kamal əl-Malikinin yenidən seçkilərə namizədliyini şərh edərkən deyib ki, "Əgər o seçilərsə, ABŞ artıq İraqa kömək etməyəcək".
Adalet.az xarici mediaya istinadla xəbər verir ki, Prezident Tramp çıxışına daha sonra bunları əlavə edib: "İraq Nuri Kamal əl-Malikini yenidən baş nazir seçməklə çox pis seçim edə biləcəyini elan edirəm. Əl-Maliki sonuncu dəfə hakimiyyətdə olanda ölkə yoxsulluğa və tam xaosa qərq olmuşdu. Bunun bir daha baş verməsinə icazə verilməməlidir. Onun çılğın siyasəti və ideologiyalarına görə, əgər o seçilərsə, ABŞ artıq İraqa kömək etməyəcək və biz kömək etməsək, İraqın uğur, rifah və ya azadlıq şansı sıfıra bərabər olacaq".
Qeyd edək ki, 11 noyabr 2025-ci ildə İraqda keçirilən ümumi seçkilərdə qalib gələn şiə partiya liderlərindən ibarət Koordinasiya Çərçivəsi, keçmiş Baş nazir Nuri əl-Malikini parlamentdəki ən böyük qrup olaraq baş nazirliyə namizəd elan etmişdi.
Vasif


Bakı -°C

