Multikulturalizm Mərkəzinin icraçı direktoru Qüds Yunan Pravoslav Patriarxı ilə görüşüb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov İsraildə səfərdədir.
İcraçı direktor səfər çərçivəsində Qüds şəhərini ziyarət edib, Qüds Yunan Pravoslav Patriarxı III Teofilosla görüşüb.
Görüş zamanı Azərbaycan Respublikasında multikulturalizm siyasətinin əsas prinsipləri, ölkədə mövcud olan dini və mədəni müxtəliflik mühiti, habelə müxtəlif dinlər arasında qarşılıqlı hörmət və dialoqun təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Rəvan Həsənov Azərbaycanın tarixən fərqli dinlərin və mədəniyyətlərin dinc şəraitdə birgə yaşadığı məkan olduğunu vurğulayıb.
O, Azərbaycanda xristian icmasının əsrlər boyu ölkənin ictimai və mədəni həyatının ayrılmaz tərkib hissəsi olduğunu, pravoslav, katolik və alban-udi xristian icmalarının dövlət tərəfindən qorunduğunu bildirib. Qeyd edilib ki, kilsələrin fəaliyyəti üçün hər cür şərait yaradılıb, dini abidələr bərpa olunur və xristian icması digər dini icmalarla bərabər hüquqlara malikdir.
Patriarx III Teofilos Azərbaycanda multikultural və dini tolerantlıq mühitinin, o cümlədən xristian irsinin qorunub saxlanılmasının və dövlət səviyyəsində dəstəklənməsinin yüksək qiymətləndirildiyini qeyd edib, dinlərarası dialoqun möhkəmləndirilməsinin müasir dünyada xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14


Bakı -°C

