"TikTok"da özünü hüquqşünas kimi təqdim edən qadın həbs olundu
TikTok platformasında “Hüquq mərkəzi” adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli Adalet.az-a bildirib ki, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manatının ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.
S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.
Digər Xəbərlər
28 Yanvar 2026 10:16
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı
27 Yanvar 2026 16:21
Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanıldı - VİDEO
27 Yanvar 2026 11:53
Narkotikin təsirində qayda pozan "Shacman" sürücüsü həbs edildi - VİDEO
27 Yanvar 2026 11:19
DİN bank kartlarından oğurluqlarla bağlı məlumat yaydı
27 Yanvar 2026 10:52
Prokurorluqdan özünü öldürən məhkəmə sədrinin oğlu ilə bağlı açıqlama
27 Yanvar 2026 09:20
DTX əməliyyat keçirdi: Səfirliyə terror hücumu planlaşdıranlar həbs olundu - VİDEO
26 Yanvar 2026 16:52
Bakıda əməliyyat - Saxlanılanlar var - VİDEO
26 Yanvar 2026 10:11


Bakı -°C

