SON DƏQİQƏ:

TÜRKLƏRDƏ AİLƏ

  61662   |  
Şriftin ölçüsü  
Bugünkü yazımda yenə bilinən tariximizə üz tutmaq və ictimai qurğumuzla bağlı bəzi məqamları təkrar yada salmaq istədim. Məncə bu cür mövzuları yazıçılarımız tez-tez dilə gətirməli və yeni nəsillərimiz öz tarixi keçmişimizi layiqincə öyrənib dövlətinə və millətinə olan inamı günü-gündən güclənməlidi.
Biz Türklər ictimai qurğumuzla digər xalqlardan fərqlənirik. İctimai qurğumuz haqda elm xadimləri müxtəlif vaxtlarda müxtəlif təsniflər aparıb. Hər tədqiqatçı isə öz sahəsinin əhatə dairəsindən eşiyə çıxa bilməyib və axtarış apardığı vaxta və ya Türk tayfasına baxıb ictimai qurğuya ad qoyub. Ümumiyyətlə aparılan təsniflər və adlandırmalar bir-birini tutmur; lakin Türklüyə ad qoyan Göytürklər, ictimai qurğu yönündən yaranan səhvləri aradan götürə biləcək qüdrətdədir.
Göytürklər, dövləti yaradan Türk adlı tayfaya görə bu adı alıb. Türk adlı tayfa onlara qohum olan digər tayfaları, Oğuz Xan demişkən "yay çəkən xalqları" bir bayraq altında topladıqlarına görə həmin xalqlara siyasi mənada Türk adı verilib. Əslində bilinən tarixə görə dünyada yaranan ilk Türk dövlətinin adı Arattadır və həmin dövlət mərkəzi Urmiyə gölü olmaqla Azərbaycan və Şərqi, Cənubişərqi Anadolu torpaqları üstündə yaranıb, sərhədləri də Şimali Azərbaycanın Kür-Araz məntəqəsini də əhatə etmək şərtilə Dağlıq Qarabağa kimi gedib çıxıb. Deməli, bu, iki coğrafiyada yaşayan qardaşların qohumluğu tarixi faktlarla sübut olunur. Mən şəxsən bilinən tarixi məlumatların təkrar yada salınması, onların yeni nəsillərə ardıcıl şəkildə çatdırılması tərəfdarıyam, çünki yeni nəsillərimizi ancaq gələcəyimizi qorumaq üçün milli şüurla silahlandırmaqdan bir addım da geri durmamalıyıq.
Göytürklər zamanında tikilən Orxun-Yenisey abidələrində türklərin ictimai qurğusu bütöv halda və ən sərrast şəkildə dilə gətirilib.
Türk ictimai qurğusu Orxun-Yenisey abidələrində nə cür təsnif edilib gəlin ona təkrar nəzər salaq:
Ailə (oquş); uruq (ailələr birliği); boy-bod (bir siyasə təşkilata bağlı qəbilə, digər adıyla desək ox); bodun (boylar birliği); El, digər adıyla desək müstəqil topluluq, dövlət vəya imperiya.
Gəlin əvvəlcə Türk ictimai qurğusunun bünövrə daşı və açarı rolundakı ailədən başlayaq. Qədim vaxtlardan bəri ailə ictimai qurğumuzun bünövrəsidir və qan qohumluğu əsası üstündə bərqərardır. Türk ailəsi, kiçik ailə sisteminə görə qurulub və orda yeganə söz sahibi atadır. Qədimdə mülk şərikliyi təkcə otlaq və heyvan sürülərinə məxsusdu, indi isə müasir qanunlar daxilində ortaqlığa görə tənzimlənib (Türkiyədə belədir). Ərə gedən qız və evlənən oğullar evdən ayrılıb özgə bir yerdə yeni bir ailə yaradırlar. Ata evi isə ailənin ən kiçik oğluna qalır. Bu qədim ənənə başda Azərbaycan olmaqla bir çox Türk bölgələrində bu gün də yaşayır. Türklərdə ümumiyyətlə bir arvadlılıq, yəni monoqami evlilik əsası hakimdir. Keçmiş uzaq vaxtlarda bəzən ölən qardaşın həyat yoldaşı və ən qədim vaxtlarda cavan və uşağı olmamış ögey ana, yəni analıqla evlənmə şəkli də müşahidə olunub, ancaq bu ənənənin biri deyilə bilər ki, indilərdə tamamilə ləğv olunub.
Türk xalqlarında ailədə əsas söz yiyəsi ata olsa da, qadın daim azaddır və ailə ilə bağlı yetişiləcək qərarlarda sözü qulaq asılan bir mövqedədir, bu dünən də belə idi, bu gün də belədir. Yəni, evin anası digər xalqlarda olan kimi qul vəziyyətində və söz hüququ olmayan bir varlıq deyil, ailədə özünə məxsus hörməti olan bir insandır. Atadan sonra sözü ötən şəxs evin xanımı olan anadır. Türkənin müqəddəs kitabı Dədə Qorqudun deyilə bilər ki, hər səhifəsində bu anlayışın şahidi ola bilirik.
Tarixləri və yaşayışları yaxşı bilinən Asiya Hunlarından üzübəri Türk qadınları ata minər, ox atar, güləş tutar, hətta hərbdə də iştirak edərdi. Bu gün fərqlidirmiə Dədə Qorqudda Bamsı Bəyrək ilə adaxlısı Banuçiçək arasında gedən yarışı və tutduqları güləşi, Bamsı Bəyrəkin ona dediklərini oxuyanlar bilir.
Qədimlərdə hərbdə qadınların düşmən əlinə keçməsi ən böyük zillət sayılırdı. Bu anlayış toplumda həmişə canlı şəkildə yaşayırdı. Qarabağ döyüşlərində Azərbaycanlı qadın və qızların işğalçı ermənilərin əlinə keçməmək üçün özlərini yarğana tullayıb şəhid olduqlarının dünən şahidi olmadıq?! Bu da, türklərin dünən də, bugün də qadına verdikləri qiymətin özgə bir nümunəsidir. Əlbəttə hər cəmiyyətin ictimai və hüquqi qurğusunda özünə malik ailə nizamı var. Türklərdə də bu xüsusiyyətlər gözə batandır. Xüsusi mülkiyyət, şəxsi hüquq anlayışı, insanları himayə məqsədini nəzərdə tutan ictimai hərəkət tərzi, nəslə və soya hörmət, ədalət və dini hüquqlar barəsində yeganə tabe olunan qüvvə kimi qəbul edilən dövlətə də "dövlət baba" deyilməsi, Türklərin ata-ana-övlad münasibətləri əsasında yaratdığı prinsipləri büruzə verir.
Əslində Türk ailəsi, onun yaratdığı dövlətin mikro səviyyədəki qurğusudur. Buna görə Türklər tarix boyu ən çox önəmi ailəyə verib. Onu qoruyub saxlamaq hesabına hətta dövlətlərini də qurban veriblər. Türkün törəsi, yəni yazılı və ya yazılmamış qanunları sadəcə olaraq ailəni qorumaq üçündür; çünki o mikro mənada dövlətdir. Əgər ailə sistemi dağılarsa Türk dövləti də dağılmış sayılar. Əsrlər boyudu Türk ailə nizamını pozmaq istəyən qüvvələrin müasir informasiya vasitələri ilə cürbəcür oyunlardan çıxması daim göz qabağındadır.
Bir sözlə Türkün ailəsi onun dünyasıdır, digər bir mənada isə dövlətidir, ona görə orda Türk dövlət sisteminin işləyiş tərzini görə bilərik. Bu cür ailələrin birləşməsindən böyük birliklər yaranır və nəhayəti dövlətə kimi gedib çıxır.
Tanrı ailəmizi hər cürə bəlalardan hifz eləsin, çünki biz Allah eləməmiş onu itirsək millət olaraq bu dünyadan silinib gedərik.

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK