Yaylaqlara köç edəcək fermerlər üçün təlimlərə start verilib
İşğaldan azad edilmiş ərazilərə mövsümi köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair maarifləndirmə təlimlərinə start verilib.
Adalet.az xəbər verir ki, təlimlər Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) təşkil olunur. Bu məqsədlə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) təlimçilərinin təlim keçdiyi DAİM əməkdaşları tərəfindən fermerlərə təhlükəsizlik qaydaları və riskli ərazilərdə davranış prinsipləri barədə ətraflı məlumat verilir.
Fermerlər öz rayonlarını tərk etmədən bu təlimlərdə iştirak edə bilirlər. Bu yanaşma həm vaxt itkisinin qarşısını alır, həm də təlimlərin daha geniş əhatə dairəsində həyata keçirilməsinə şərait yaradır.
Xatırladaq ki, ötən 5 mövsüm ərzində bu təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və ANAMA-nın iştirakı ilə müxtəlif şəhər və rayonlarda mərkəzləşdirilmiş qaydada keçirilib. Həmin dövrdə fermerlər üçün genişmiqyaslı maarifləndirici tədbirlər təşkil olunaraq təhlükəsizlik qaydaları ətraflı izah edilib.
Digər Xəbərlər
21 Aprel 2026 18:34
Kür və bəzi dağ çaylarında son vəziyyət
21 Aprel 2026 15:13
Qaz xətlərində və tüstü bacalarında müayinənin keçirilməsi Qaydası təsdiqləndi
21 Aprel 2026 13:50
Qırmızı Bazar qəsəbəsinə daha 17 ailə KÖÇDÜ
21 Aprel 2026 12:16
Deyirlər ki...
21 Aprel 2026 11:58
Qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alınır - VİDEO
21 Aprel 2026 11:17
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
21 Aprel 2026 11:07
Bakının bu ərazisində tramvay şəbəkəsi yaradılır
21 Aprel 2026 10:34


Bakı -°C

