adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 10:19
77
KRİMİNAL
A- A+

Xocalıda müsadirə olunmuş narkotik məhv edildi

Xocalıda məhkəmənin qərarı ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib.

Adalet.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Xocalı Rayon Polis İdarəsi tərəfindən qeydə alınmış 17 cinayət işi üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş, videoçəkiliş aparılmış və həmin görüntülər müvafiq məlumat daşıyıcısında aktlara əlavə edilib.