adalet.az header logo
  • Bakı -°C
22 Aprel 2026 12:32
81
ƏDƏBİYYAT
A- A+

Əbülfət  Mədətoğlu: RAHAT OLURAM

Həmişə belə  susqunam,      
Özümlə,  rahat  oluram...          
İmkan  vermir  ki, udqunam -      
Gözümlə, rahat  oluram...

Nə  vaxt ki, havam  korranır,  
Gözlərim  sanki  torranır... 
Ocağım  səssiz   qorranır - 
Közümlə ,  rahat  oluram...

Duz  yükü   deyilki,  şələm,    
Yaşamağa  dəyər  hələm!   
Sirr  vermir kağıza  qələm - 
Dözümlə ,  rahat  oluram

Fərəh səpir  sanki,  bu  Dan 
Ruhdu  məni  kövrək tutan !    
Ay  könlümə    ümid,  fidan -  
Sözünlə , rahat  oluram!