“Sabah” - “Qarabağ” matçına bütün biletlər satıldı
Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində bu gün keçiriləcək “Sabah” - “Qarabağ” matçına bütün biletlər satılıb.
Adalet.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena” 13 min tamaşaçı tutumuna malikdir. Bu gün saat 20:00-da start götürəcək qarşılaşmanı Rəvan Həmzəzadənin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk görüşdə tərəflər hərəyə iki qol vuraraq (2:2) bərabərliyə razılaşıblar. Bu gün qələbə qazanacaq komanda finalda artıq vəsiqəni təmin etmiş “Zirə”nin rəqibi olacaq.


Bakı -°C

