Su sayğacında gizlədilən açarı tapıb evi soydular
Paytaxtın Nizami rayonunda evlərin birindən oğurluq edilib.
Adalet.az xəbər verir ki, zərərçəkən polisə müraciətində mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyalarının və mobil telefonunun talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı X.Cəlilov və 36 yaşlı C.Səfərov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, ev sahibi azyaşlı övladı ilə gəzməyə gedərkən digər övladının evə daxil ola bilməsi üçün mənzilin açarını su sayğacının üzərinə qoyub.
Saxlanılan şəxslər isə binaya daxil olaraq sayğacları bir-bir yoxlayıb, açarın orada olduğunu aşkar etdikdən sonra mənzilə girərək oğurluq ediblər.
Yasamal rayonunda isə 600 manat dəyərində olan iki velosipedi talayaraq 50 manata satan, əvvəllər məhkum olunmuş 27 yaşlı M.Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
21 Aprel 2026 17:09
Azərbaycanda təhdid xarakterli paylaşımlar edən məktəbli saxlanıldı
21 Aprel 2026 15:29
DİN və DSX-dən əməliyyat - Bir nəfər həbs edildi - VİDEO
21 Aprel 2026 10:19
Xocalıda müsadirə olunmuş narkotik məhv edildi
20 Aprel 2026 10:45
Cinayətdə şübhəli bilinən 88 nəfər saxlanıldı
18 Aprel 2026 13:03
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb
17 Aprel 2026 17:19
Keçmiş arvadını qətlə yetirib evi və maşını partlatdı - Bakıda dəhşət
17 Aprel 2026 09:51
196 ölkədə axtarılan azərbaycanlı belə ələ keçirildi - VİDEO
16 Aprel 2026 11:07


Bakı -°C

