Avropa paytaxtları son onilliklərdə ilk dəfə olaraq "Avropa NATO-su" yaratmaq konturları üzərində çalışırlar. Böyük Britaniya, Almaniya, Fransa, Polşa, Avropanın şimalında yerləşən dövlətlər və Kanada, bağlı qapılar arxasında bu günədək əsasən Vaşinqtonun rəhbərlik etdiyi təhlükəsizliklərinin öz üzərlərinə götürmək məqsədiylə ssenarilər üzərində müzakirələr aparırlar.
ABŞ prezidrnti Donald Trampın NATO-dan çıxacaqları ilə bağlı bəyənatları fonunda Avropanın "əl-əyağa" düşməsi anlaşılandı.
ABŞ-ın hazırda tezliklə alyansdan çıxması prosesi texniki cəhətdən mümkün deyil. Çünki, qanunvericiliyə görə, ABŞ-ın NATO-dan çıxması üçün konqressin razılığı olmalıdır. Mövcud siyasi reallıqda konqressin Trampın bu qərarını təsdiqləyəcəyi inandırıcı görünmür.
Avropanın alternativ alyans yaratmaq barədə apardıqları müzakirələr hələ ki, qeyri-rəsmi xarakter daşıyır. Avropalı siyasilər, ABŞ-ın Avropanı müdafiə etməkdən imtina edəcəyi təqdirdə təhlükəsizliyini təmin etmək və ABŞ-ın hərbi potensialının yerini doldurmaq yollarını axtarırlar.
Nəzərə alınsa ki, hazırda Vaşinqtonun NATO sferasında liderliyinin-logistikadan tutmuş kəşfiyyat məlumatlarına və blokun komanda heyyətinə kimi əvəz etmək o qədər də asan olmayacaq.
Avropa artıq Vaşinqtonun etibarlı tətəfdaş olduğuna şübhə ilə yanaşır. Donald Tramp isə, avropanı Şimali Atlantika Blokunda aktiv iştirak etməməkdə və alyansın müdafiə işlərinə az vəsait xərcləməkdə günahlandırır. ABŞ prezidenti hesab edir ki, alyansın bütün ağırlığı Vaşinqtonun üzərinə düşürsə, digər üzvlər onların dediyi ilə hərəkət etməlidirlər. Əslində illər boyu elə belə də olub.
Lakin, son vaxtlar NATO ölkələri, ABŞ və İsrailin başladığı İran müharibəsində Trampın bu müharibəyə qoşulmaq təkliflərindən imtina etdilər. Bununla da ABŞ prezidentinin qəzəbinə tuş gəldilər.
Birləşmiş Ştatların Avropaya "qəzəbi" getdikcə genişlənməkdə davam edəcəyi gpzlənilir. Hazırda Avropanın əsas məqsədi məsələni nəzarətində saxlamaqdan ibarət olmalıdır.
Dünyanın nüvə müharibəsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda, alyans üzvləri, Rusiyanın atom silahı qarşısında "nüvə çətiri" yaratmaq barədə düşünməyə başlayıblar.
Avropanın ABŞ analoquna uyğun nə kəşfiytat imkanları, nə də düşmənin raket zərbələrini əvvəlcədən müəyyən edə bilən müvafik sistem qurğuları yoxdur. Bütün bu siatemləri yaratmaq üçün isə, on illərlə vaxt və yüz milyardlarla avro vəsait lazımdır.
Rüstəm Hacıyev
İz.ru saytının materiallarından istifadə olunub


Bakı -°C
