Azərbaycan və Türkiyə hərbçiləri “Heydər Əliyev-2026” birgə təlimində
Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən “Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edib.
Əvvəlcə hərbi təyinatlı müasir silah və döyüş texnikaları, həmçinin ərazidə bölmələrin yerləşməsi və mərhələlər üzrə icra olunacaq fəaliyyətlər haqqında məlumat verilib.
Planla tanışlıqdan sonra qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.
Təlim poliqonunda cəlb olunan iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.
Sonda təlimdə fərqlənən hərbi qulluqçular həvəsləndirilib və xatirə şəkli çəkdirilib.
Digər Xəbərlər
23 Aprel 2026 10:48
Nazirlik küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
23 Aprel 2026 10:26
“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi
23 Aprel 2026 10:14
Səhiyyə naziri Astanada Regional Ekoloji Sammit çərçivəsində keçirilən sessiyada çıxış edib
22 Aprel 2026 19:24
Yeni klinikanın direktor müavini də işdən çıxarıldı
22 Aprel 2026 17:52
Şuşada xəstəxana tikintisində külli miqdarda mənimsəmə aşkarlandı
22 Aprel 2026 17:18
Yağıntılar intensivləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
22 Aprel 2026 17:05
Metrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıb
22 Aprel 2026 15:53


Bakı -°C

