Muğanlı-İsmayıllı yolu 7 gün bağlı olacaq
Aprelin 24-ü saat 07:00-dan 30 aprel saat 24:00-dək Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində təmir işləri aparılacaq.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı-Ağsu-Qaraməryəm-İsmayıllı marşrutu üzrə təmin ediləcək. Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq. Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər", - məlumatda qeyd olunub.
Digər Xəbərlər
22 Aprel 2026 17:52
Şuşada xəstəxana tikintisində külli miqdarda mənimsəmə aşkarlandı
22 Aprel 2026 17:18
Yağıntılar intensivləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
22 Aprel 2026 17:05
Metrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıb
22 Aprel 2026 15:42
Metrodakı problemin həlli davam edir - Yenilənmiş intervallar
22 Aprel 2026 15:32
Latviya Prezidenti “Bakı Ağ Şəhər”də - FOTOLAR
22 Aprel 2026 12:21
Məzahir Pənahovun yenidən MSK üzvlüyünə namizədliyi irəli sürüldü
22 Aprel 2026 12:19
YAP bu şəxslərin MSK üzvlüyü üçün Milli Məclisə təqdimat verdi - FOTOLAR
22 Aprel 2026 11:50


Bakı -°C

