adalet.az header logo
  • Bakı 25°C
02 Dekabr 2021 16:24
741
HADİSƏ
A- A+

Qubada modul tipli məktəb yandı 

Ötən gün gecə saatlarında Qubanın Zıxır kəndində modul tipli məktəbdə yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, baş verən hadisə nəticəsində 2019-cu ildə istifadəyə verilən modul tipli məktəb yanaraq yararsız vəziyyətə düşüb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğın qısaqapanma səbəbindən baş verib.

Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, 80 yerlik Zıxır kənd ümumi orta məktəbində 26 şagird təhsil alır. Yanğınla əlaqədar şagirdlər təhsilini köhnə məktəb binasında davam etdirəcək. Həmin məktəb binası artıq odun yanacağı ilə təmin olunub.