Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq
Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropolitenində iş qrafiki dəyişdiriləcək.
Adalet.az xəbər verir ki, mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya - “İçərişəhər”, “Sahil” və “28 May” gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, həmçinin Qırmızı xəttin digər stansiyaları saat 00:00-da bağlanacaq.
Digər Xəbərlər
24 Sentyabr 2026 10:36
Azərbaycanda hərbçilərin maaş və pensiyaları artırılır
24 Sentyabr 2026 10:25
"Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır" - Əli Nağıyev
23 Sentyabr 2026 20:16
“Birliyin Gücü - 2026" təlimindən - FOTOLAR + VİDEO
23 Sentyabr 2026 17:07


Bakı -°C

