adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
01 Dekabr 2021 16:21
795
GÜNDƏM
A- A+

Həbs edilən bütün Qarabağ müharibələrinin "qəhrəman"ını deputat müdafiə etdi: "Sınmayacaq"

Sosial şəbəkələrin erməni seqmentində  izləyicilər çox maraqlı bir məlumat paylaşıblar


 Adalet.az xəbər verir ki, bütün Qarabağ müharibələrinin iştirakçısı olan Aşot Minasyan həbs edilib. əvvəlcə qeyd edək ki, “qəhrəman Aşot”  “Sisakan” dəstəsinin keçmiş komandiri olub. Həbsinin səbəbi isə  Ermənistanın baş nazirinə sui-qəsd cəhdində ittiham olunmağıdır. 
 Erməni komandirin oğlu Taron Minasyan bildirib ki, atasının həbsinə səbəb, Nikol Paşinyanın torpaqların təhvil verilməsində məsuliyyət daşıdığını deməsi olub.
Keçmiş erməni döyüşçü, komandir Ruben Gevorqyan Minasyanın həbs olunmasına toxunaraq qeyd edib: “Döyüşən könüllü dəstələr arasında ən böyük itkini Sisakan dəstəsi verdi - 40 ölü, 10 itkin düşmüş və çoxlu sayda yaralı oğlanlar, müharibənin ilk istiliyinə tab gətgirmək Sisakan üzvlərinin payına düşdü. Komandir Aşot Yerkata səbr. Hər şey məlum olacaq və çoxları bu vəziyyətə görə utanacaqlar”

 


 Məsələyə rəsmilərdən də münasibət bildirilib. “Ermənistan” fraksiyasının deputatı Aqnessa Xamoyan öz Facebook səhifəsində Aşot Minasyanın həbsinə münasibət bildirərək yazıb:
“Elə bilirsiniz, qorxularınız Aşot Minasyanın (Aşot Yerkat) həbsi ilə dağılacaq, onu da bilin ki, Minasyanın həbsi onu  sındırmayacaq”.

 


“Yaxşı, tutaq ki, Sünikli Aruşa Aruşanyanı, Mxitar Zakaryanı, Artur Sarkisyanı, Manvel Paramazyanı, indi də Aşot Yerkatı həbs etdiniz… Bu sizi sakitləşdirdi?  Sakitlik tapdınız, bəs minlərlə ölü əsgərin ruhunu necə həbs edəcəksən, onlar  sizi əbədi ziyarət edəcəklər?”
Məlumatda bildirilir ki, Aşot Minasyan Nikol Paşinyan hökumətinə qarşı İrəvanda keçirilən etiraz aksiyaları zamanı saxlanılıb.

 Əntiqə Rəşid