adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2026 12:47
68
HADİSƏ
A- A+

37 yaşlı qadın qazdan boğuldu

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Adalet.az xəbər verir ki, noyabrın 24-ü saat 16 radələrində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Həmidə Təvəkkül qızı Aslanova Yasamal rayonunda yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.