adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Noyabr 2021 13:00
1399
GÜNDƏM
A- A+

ARAŞDIRMA  - Rusiya - Azərbaycan münasibətlərini "vuran" erməniəsilli şəbəkə: Məmurlar, diaspora,holdinq rəhbərliyi, oliqarxlar...

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin, o cümlədən prezidentlər arasında şəxsi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq Moskvanın Qafqaz siyasətində ermənilərin xeyrinə meyllənmə vaxtaşırı olaraq özünü büruzə verir. 


Adalet.az xəbər verir ki, Kremlin siyasətinə təsir edən   bütün digər amillərlə yanaşı Rusiyadakı erməni əsilli yüksək vəzifəlilərin, oliqarx-mafioz qruplaşmalarının da rolu danılmaz faktdır . 

Hamıya gün kimi aydındır ki, Rusiyanın baş naziri Mixail Mişustin ana tərəfdən ermənidir.  1966-cı ildə Moskvada anadan olan baş nazirinəsli indiki Meqradzor kəndindən (keçmiş Tayçarıq) olub.Noyabrın 18-20-də Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində İrəvanda olan Rusiya baş naziri bir gecəni erməni caz mühitində – “Malxas” caz klubunda keçirib. Erməni köklü Mişustin cazmenlə sırf ermənicə danışıb, sonra onunla xatirə şəkli çəkdirib. Malxas Rusiya baş nazirinin ermənicə danışmasına təəccübləndiyini gizlətməyib. İfadan əvvəl orada olanlardan biri zarafatla deyib ki, “indi sərhədlərinizlə bağlı sual Malxasın necə çalacağından asılıdır”. Baş nazirlər Malxasın caz ifasına heyran olublar. 

 


 Rusiyanın xarici işlər naziri Sergey Lavrov milliyyətcə ermənidir. O, 1950-ci il martın 21-də Moskvada anadan olub. Atası - əslən Tiflisdən olan erməni və anası isə SSRİ-nin ticarət nazirliyinin əməkdaşı olub. Buna baxmayaraq, Sergey Lavrov özünü rus kimi təqdim edir. Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey İvanovun rəsmi saytlarda yerləşdirilmiş tərcümeyi-halının heç birində onun milliyyəti ümumiyyətlə açıqlanmır. Azərbaycana qarşı erməni mövqeyindən yanaşmasını da dilə gətirmişdik və onun Kalantarov(yan) soyadlı nəsildən olduğunu demişdik. İndi məlum olur ki, damarında erməni qanı axan bu şəxsin babasının qəbri də varmış və hətta Ermənistana səfərlərinin birində o bunu gizlətməmişdi. Kələntərov. 2005-ci il 17 fevralda o, İrəvan Slavyan Universitetində olmuşdu, o zaman tələbələr ondan erməni mənşəyinin ona mane olub-olmadığını soruşdular. Lavrov cavab verdi ki, onun Tbilisi kökləri var: “Çünki mənim atam ordandır, mənim damarımda erməni qanı axır və bu qan mənə heç nədə mane olmur”.

 

 1980-cı ildə Krosnadarda doğulan erməni əsilli Marqarita Simonyan  faşistliyini zaman –zaman sərgiləyib. Jurnalistin həm atası. həm də anası da ermənidir.   Azərbaycanda, Türkiyədə və eləcə də dünyanın bir-çox ölkəsində fəaliyyət göstərən böyük "Sputnik" xəbər agentliyinin baş redaktor, "Rossiya Seqodnya" və RT telekanalının baş redaktoru  Rusiyada genişmiqyaslı xəbər holdinqinə, ən strateji bir bazaya malikdir  və ölkələr arasında qarşıdurma yarada biləcək söz sahibidir. Marqarita Simonyan öz Facebook səhifəsində uşaqları - 8 yaşlı Maryana və 7 yaşlı Baqratın erməni millətçi mahnısı olan "Zartnir, lao!"nu ("Oyan, oğlum!") öyrədib. Simonyan təkcə erməniləri türklərə qarşı döyüşməyə və öldürməyə çağrıldığı bir faşist mahnısını təkrarlamaqla kifayətlənmir, eyni zamanda terrorçu-daşnak Arabonun (Arakel Mxitaryan) imicini tərifləyir, öz uşaqlarını etnik düşmənçilik ruhunda böyüdür, bütün erməni uşaqlarını etnik zəmində mübarizə aparmağa çağırır. 
Rusiyanın aparıcı mətbuat orqanları demək olar, erməni lobbisinin kontrolundadır. Onun sözlərinə görə, həmin şəxslərdən biri Artşes Qabrelyandır və “İzvestiya” qəzetinin sahibidir, “Life News” də onun əlindədir:

 

 

 “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan Rusiyada yaşayan ən varlı erməni hesab olunur. Məşhur “Forbes” nəşrinin açıqladığı hesabata görə Samvel Karapetyan 4,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları sıralamasında 568-ci, Rusiyanın ən varlı adamlarının siyahısında isə 29-cu sırda yer alıb. 18 avqust 1965-ci ildə Ermənistanın SSR-nin Kalinino (Taşir) rayonunda anadan olub. 1992-ci ildə Rusiyaya köçüb. 1997-ci ildə Kaluqa şəhərində istehsal, inşaat, enerji,  tədarük və satış  şirkətlərini özündə birləşdirən “Taşir” şirkətlər qrupunu yaradıb. Samvel Karapetyan hazırda tərkibində  ticarət mərkəzləri, otellər, yaşayış binaları, kinoteatrlar, pərakəndə satış şəbəkələri və restoranların da olduğu ümumilikdə Rusiya iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox şirkətə rəhbərlik edir. Samvel Karapetyan 2000-ci ildə “Taşir” Xeyriyyə Fondunu qurub.
2020-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi üçün girovun bir hissəsini Samvel Karapetyan ödəyib.
4 avqust 2020-ci ildə Beyrut limanında baş verən partlayışdan sonra Samvel Karapetyan Beyrut ermənilərinə dəstək verəcəyini elan edib və zədələnən Müqəddəs Gevorg Kilsəsinin bərpasına 200 min dollar ayırıb.


Virtual.az məqalələrinin birində digər  erməni milyarderlər haqqında belə bir məlumat çap etmişdi:“Forbes”in siyahısına əsasən Rusiyanın ən zəngin adamlarının siyahısında yer alan ermənilər arasında ən zənginləri 6.8 milyard dollarla “Magnit” parakəndə satış şəbəkəsinin majoritar səhmdarı və baş direktoru Sergey Arutyunyan (Qalitski), 3.4 milyard dollarla “Taşir” qrupunun prezidenti Samvel Karapetyan, 2 milyard dollar kapitalla “Rosqostrax”ın prezidenti Danil Xaçaturov, 1 milyard dollara yaxın kapitalla investisiya bankiri Ruben Vardanyanın və digərlərinin adlarına rast gəlirik.

Lakin Rusiyadakı “bir nömrəli” erməni-mafioz şübhəsiz ki,  Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder, çoxprofilli “Soqlasie” şirkətinin sahibi Ara Abramyandır. Abramyan almaz ticarəti hesabına varlanıb. Onun qardaşı Qaqik vaxtilə Ermənistanın iri almaz emalı müəssisəsinə başçılıq edirdi. 90-cı illərdə Abramyan Rusiyada almaz biznesinə girib, özünün dediyi kimi “iki-üç il bu biznesdə fırlanıb”. 1998-ci ildə onun şirkəti Rusiyada 12 milyard dollarlıq ehtiyatlara malik  Lomonosov almaz yatağını işlədən “Severalmaz” şirkətinin səhmlərinin 53 faizini Cənubi Afrikanın “De Beers” şirkəti ilə birlikdə almışdı. 2002-ci ildə Abramyan həmin səhm paketini ALROSA şirkətinə satdı.
Abramyanın şirkəti uzun illərdir ki, Rusiya prezidentinin İşlər İdarəsinin sifarişi ilə bir sıra iri layihələri reallaşdırıb. Prezidentin İşlər İdarəsinin nəzdindəki “Nazaryevo” aqrosənaye kompleksinin səhmlərinin 58 faizə yaxını Abramyanın nəzarətində idi.
Həmin kompleksin istehsal etdiyi ekoloji təmiz məhsullar birbaşa prezident Boris Yeltsinin masasının üstünə gedirdi. Və 90-cı illərin sonlarında , Yeltsin hakimiyyəti dövründə Rusiya utilizasiya olunmaq adı altında ordudan silinən 1 milyard dollarlıq silah-sursatı gizlicə Ermənistana verəndə bu işin arxasında duranlardan birinin məhz Abramyan olduğu aydın idi.


 “Troyka Dialog” investisiya şirkətinin keçmiş sahibi Ruben Vardanyan 2011-ci ildə “Troyka Dialog”u “Sberbank”a 1.35 milyard dollara satandan sonra “AvtoVAZ”ın və “Kamaz”ın səhmlərinin bir hissəsini alıb. O da Rusiyanın hakim elitası ilə güclü əlaqələrə malik olan erməni mafiozdur. Vardanyan Rusiya Dəmir Yollarının keçmiş rəhbəri, prezident Vladimir Putinin dostu Vladimir Yakuninlə yaxın əlaqələrə malikdir, onun yaratdığı “Svilizasiyalar dialoqu”fondunun idarəetmə şurasına daxildir. Vardanyan özünün ailə fondu “RVVZ Foundation» vasitəsilə 2014-cü ildə Ermənistanda “Dilican Kolleci” adlı beynəlxalq məktəb açıb, bu layihəyə 150 milyon dollar xərcləyib. 2015-ci ildə “Phoenix Advisors” adlı yeni şirkət açan Vardanyanın ofisi Kremlin yaxınlığında yerləşən, Moskvanın ən prestijli biznes-mərkəzlərindən olan “Romanov Dvor”da yerləşir. O, həm də “Sberbank”ın rəhbəri German Qrefin müşaviridir.

Bələliklə,  bilmiş oldunuz ki, erməni məkri tək Qarabağda, Ermənistan- Azərbaycan sərhədlərində getmir, Yaxın Rusiyada,  Avropada  və eyni zamanda ABŞ-da da  ermənilərin Azərbaycana qarşı "məhvetmə" planları bir-birini əvəz edir

Əntiqə Rəşid